Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir

Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir

31.03.2020 [18:22]

Ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Qəsd edib özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma “əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub. 1918-ci ilin 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə saxta “erməni soyqırımı” arasında paralellər apararaq deyib.

O bildirib: “Ermənilər Osmanlı dövlətinin bütün yaxşılıqlarına terror və separatçılıqla, Azərbaycan xalqının qonaqpərvərliyinə soyqırımlar törətməklə qarşılıq verdilər. Azərbaycanın sovetlər birliyinin tərkibində olduğu dövrdə ermənilər bütün dünyanı uydurduqları yalanlarla aldadaraq saxta “erməni soyqırımı” anlayışını gündəmdə saxladılar. Amma “Haqq üzülər, amma qırılmaz” deyiblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara işıq saldı. Ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürərək bəd və məkrli niyyətlərini ortaya qoydular. Sonrakı illərdə Xocalı soyqırımını törətməklə saxta “erməni soyqırımı” mövzusunun yalan olduğunu öz əməlləri ilə təsdiq etdilər”.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bütün Azərbaycan xalqına başsağlığı verən dərnək sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərman əsasında görülən işlər Azərbaycan və Türkiyənin milli maraqlarını əks etdirən fəaliyyət istiqamətinin əsaslarını təşkil edir.

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30