Ana səhifə »  Xəbər lenti »  Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var
A+   Yenilə  A-
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var

“Xeyli müddətdir ki, koronavirus epidemiyası dünyanı lərzəyə salıb. Səhiyyəsi və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqçıl ölkələr virusun ildırım sürəti ilə yayılmasının qarşısında, demək olar ki, aciz qalıb. Xəstəlikdən həyatını itirənlərin sayı artıq minlərlədir. Dövlətlər bütün gücü və imkanları ilə amansız virusa qarşı sözün əsl mənasında mübarizəyə başlayıb.” Bu sətirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov rəsmi facebook səhifəsində “İki virusa qarşı mübarizə” sərlövhəsi ilə yayımlanmış məqaləsində yer almışdır.

Əli Əhmədov hökumətin qorxunc virusa qarşı apardığı tədbirlərdən bəhs edərək yazır: “Koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin də gündəliyində birinci sırada dayanır. Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində Operativ Qərargah yaradılıb, bütün dövlət strukturları virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımi qabaqlayıcı tədbirlər görülür, tövsiyyələr verilir, səhiyyə müəssisələri ən zəruri avadanlıq və tibbi ləvazimatlarla təchiz edilir. Əhalinin virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır. Ümumdünya səhiyyə təşkilatı ilə mütəmadi əlaqələr saxlanılır, onun tövsiyyələri səhiyyə qurumlarına və əhaliyə çatdırılır. Bir sözlə, virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və etiraf etmək lazımdır ki, həyata keçirilən işlər sayəsində yaxşı nəticə göz önündədir.

Koronavirusa qarşı səmərəli mübarizədə, digər ölkələrin təcrübəsinin də göstərdiyi kimi, dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də müvafiq tövsiyyələrə intizamla əməl etməsi sayəsində lazımi nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, bir-birinə və birlikdə dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.”

Baş nazirin müavini daha sonra qeyd edir ki, cəmiyyətin mütləq əksəriyyətinin məhz belə davranış nümayiş etdirməsi sevindirici haldır: “Lakin cüzi sayda olsa da, cəmiyyətin nümayiş etdirdiyi davranış tərzindən eybəcərcəsinə fərqlənənlər də var. İndi dünyanın hər yerində tibbi ifadələrdən daha çox istifadə olunur. Bu adətə uyğun ifadələrdən istifadə etməli olsaq, görünür nə vaxtsa, yəqin ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bəzi insanlarda mutasiya baş verməsi nəticəsində virus insanlar yaranıb. Həmin virus insanların müəyyən hissəsi indiyə qədər qalmaqdadır. Doğrudur, onlar cəmiyyətin sağlam qüvvələri tərəfindən tarixin tullantı qablarına atılıb, orada öz bəd əməllərini davam etdirməkdədirlər. Bu mənada hazırda Azərbaycanda iki virus insanları narahat edir: biri koronavirusdur, digəri isə ifrat radikalçılar, beşinci kolon kimi təzahür edən siyasi virus. Açıq etiraf etmək lazımdır ki, göstərilən virusların hər ikisi cəmiyyət üçün eyni dərəcədə təhlükəlidir, deməli hər iki virusa qarşı amansız mübarizə aparılması labüddür.”

Əli Əhmədov: “Hazırda Azərbaycanda bütün sahələrdə dərin islahatlar həyata keçirilir. İslahatlar partiya sistemlərini də əhatə edir, müxalifət-iqtidar dialoqunun inkişaf etdirilməsi istiqamətində məsləhətlər aparılır. Ölkədə mövcud olan siyasi partiyaların əksəriyyəti haqqında söhbət etdiyimiz prosesdə iştirak edir və iqtidar-müxalifət münasibətlərinin yeni konstruksiyasının yaradılmasında maraqlı olduğunu nümayiş etdirir. Məqsəd milli maraqlar uğrunda birləşmək, xalqın və dövlətin inkişafı naminə xidmətlər göstərməkdir. Lakin hamının məmnuniyyətlə faydasını etiraf etdiyi bu strategiyaya qarşı çıxan azsaylı bir qrup var. Söhbət Əli Kərimlinin ətrafında toplaşaraq ayrı-ayrı xarici antiazərbaycan qüvvələrin tapşırığı və maliyyəsi əsasında Azərbaycana qarşı siyasi və ideoloji təxribatlar törətməklə məşğul olan qruplaşmalardan gedir. Virus sağlam bədənə hücum etdiyi kimi, onlar da bütün səylərini Azərbaycana böhtan atmağa, imicini zədələməyə yönəlmiş şaiyə və yalanlar uydurmağa, insanların zehnini zəhərləməyə səfərbər etmişlər. Ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə apardığı halda Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır və bu əməllərində ən çirkin vasitələrdən belə çəkinmir. İllər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Hər cür yalanlarla, uydurma və şaiyələrlə əhalidə hökumətin koronavirus xəstəliyinin qarşısının alınması sahəsində həyata keçirdiyi, hesab edirəm ki, kifayət qədər düşünülmüş və səmərəli qabaqlayıcı tədbirlərə inamsızlıq yaratmağa çalışırlar. Onlar əvvəllər də dəfələrlə müxtəlif formalarda və məqamlarda Azərbaycan xalqına qarşı xəyanət sayıla biləcək əməlləri ilə haqlı olaraq lənətlənmiş beşinci kolon adını qazanıblar. İndiki həssas məqamda həmin siyasi virusların hərəkətləri təkcə xəyanət deyil, həm də cinayyətdir. Çünki onların təbliğatı hökumətin qabaqlayıcı tədbirlərinə insanlarda inamsızlıq yaratmağa yönəldiyindən birbaşa əhalinin sağlamlığının təhlükə altına atılması mahiyyəti daşıyır. Doğrudur, bu qədər rəzil yol seçən siyasi virus – beşinci kolon nümayəndələrinə inanan yoxdur. Lakin onların haqqında söhbət açdığımız çağırışları əsl mənada milli təhlükəsizliyə təhdid xarakteri daşıyır və bu mənada hər cür nifrətə layiqdir.”

Baş nazirin müavini Əli Əhmədov fikirlərini belə bir inamla tamamlamışdır: “Azərbaycan koronavirusa qarşı apardığı mübarizədə uğur qazanacaq, xalqımız ağır sınaqdan ən az itkilərlə çıxacaq. Elə etmək lazımdır ki, bu, eyni zamanda ölkəmizin canına hopmuş siyasi virusun da sonu olsun.”

 
  • Oxunub:  3330  |  
  • Tarix:  23-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30 Mart 11:30
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30 Mart 11:26
Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana
30 Mart 11:20
Hikmət Babaoğlu: Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər
29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA