Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub

Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub

28.02.2020 [15:34]

Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında ötən ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. 2019-cu ildə müəssisədə 146 kiloqram (5034 qutu) sağlam ipəkqurdu toxumu istehsal olunub. Hazırlanan toxum builki mövsümdə kümçülərə paylanılacaq.

AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, müəssisənin yeni mövsümə hazırlıq işləri ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, ötən il damazlıq barama yetişdirmək üçün Qum, Ləkit və Güllük kəndlərindən olan 86 kümçü ilə müqavilə bağlanılıb və onlara 200 qutu elit toxum paylanılıb. Mövsüm ərzində həmin damazlıq təsərrüfatlarda 7236,7 kiloqram yaş barama istehsal olunub. Məhsulun 4709,9 kiloqramı sənaye baraması kimi “Azəripək” MMC-yə təhvil verilib, 2526,8 kiloqramı isə stansiya tərəfindən toxum istehsalı üçün seçilib. Qəbul olunmuş damazlıq baramanın hər kiloqramı üçün kümçülərə 20 manat, sənaye baraması üçün isə 9 manat ödənilib. Stansiyada damazlıq baramadan 18 kiloqram (620 qutu) elit və 128 kiloqram hibrid (4414 qutu) toxum istehsal olunub.

Əkrəm Fətəliyevin sözlərinə görə, Qax Damazlıq İpəkçilik Stansiyası cari təsərrüfat ilində 450-500 kiloqram (15 min qutu), yəni ötən ildəkindən 3 dəfə çox ipəkqurdu toxumu hazırlamağı öhdəsinə götürüb. Toxum istehsalının ilbəil artması növbəti illərdə respublikamızın ipəkqurdu toxumuna olan tələbatının tam şəkildə ödənilməsinə imkan yaradacaq, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq. Buna nail olmaq üçün kümçülər onlara paylanacaq damazlıq ipəkqurduna yüksək səviyyədə qulluq göstərməli, bol və keyfiyyətli damazlıq barama istehsal etməlidirlər.

Stansiyanın direktoru barama yetişdirəcək kümçülərə öz tövsiyəsini də bildirib: “Baramanın damazlıq tələblərə cavab verməməsini yemləmə zamanı yol verilən bəzi nöqsanlarla izah etmək olar. Yemləməyə nəzarət həyata keçirilərkən məlum oldu ki, ipəkqurdunun paylanılması zamanı siyahıda kümçülərin sayı çox olmasına baxmayaraq, yemləmə aparılan yerlərin sayı xeyli azdır. Belə ki, ipəkqurdu paylandıqdan sonra bəzi kümçülər təsərrüfatlarını birləşdirərək yemləməni ictimai kümxanalarda aparırlar. Bu zaman yemləmə sahəsinin az olması ipəkqurdlarında sıxlığın yaranmasına, yemin çatdırılmamasına, bəzi hallarda xəstəliklərin əmələ gəlməsinə, son nəticədə isə məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də, baramanın keyfiyyətli olması və damazlıq tələblərə cavab verməsi üçün hər kümçüyə 1-2 qutu ipəkqurdu toxumu verilməli, kümxanalar əvvəlcədən hazırlanmalı, dezinfeksiya edilməli, təsərrüfatlar birləşdirilməməli, ipəkqurdu müntəzəm surətdə yemlə təmin olunmalıdır”.

Qeyd edək ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb. Ötənilki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub. Hazırda tut bağına yaz becərmə işləri davam etdirilir, ərazi suvarılır, gübrə verilir, alaq otlarından təmizlənir.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30