Ana səhifə »  Xəbər lenti »  Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
A+   Yenilə  A-
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında bir çox sahəni əhatə edən mühüm sənədlərin imzalanması mərasimi keçirilib. Xüsusilə hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair imzalanan müqavilələr iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına müsbət töhfə verəcək.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin iki ölkə arasında hərbi əlaqələrə müsbət təsiri ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb. Sonrakı illərdə isə bu sahədə bir çox müqavilə imzalanıb. Türkiyə ilə Azərbaycan arasındakı hərbi əlaqələr bir sıra normativ-hüquqi aktlara söykənir. Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsidir. İki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclası qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir.

Ölkələrimiz arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir. Bu günədək Türkiyədə keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan Ordusunun 9 minə yaxın nümayəndəsi iştirak edib. 2018-ci il dekabrın 19-da Türkiyə ilə Azərbaycan arasında imzalanan hərbi tibb sahəsində təhsil və əməkdaşlıq müqaviləsinə əsasən hər il ölkəmizdən 100 hərbi qulluqçu ödənişsiz müalicə olunur.

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” və bu il keçiriləcək “Heydər Əliyev - 2020” təlimlərini göstərmək olar. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bakıda 2018-ci ildə “ADEX-2018” və İstanbulda 2019-cu ildə “İDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə əməkdaşlığının inkişafına da öz töhfəsini verir. Belə ki, Azərbaycan sülhməramlıları Türkiyə hərbi kontingentinin tərkibində 1998-2008-ci illərdə Kosovoda (KFOR) və 2002-2014-ci illərdə Əfqanıstanda (İSAF) keçirilmiş əməliyyatlarda, 2015-ci ildən bu günədək isə NATO-nun rəhbərliyi altında keçirilən “Qətiyyətli Dəstək” Missiyasında iştirak edir. Bununla yanaşı, NATO-nun Sülh Naminə Elm Proqramı çərçivəsində Azərbaycan və Türkiyə mütəxəssisləri üçün “Kibertəhlükəsizlik üzrə təkmilləşdirmə” kursları keçirilir.

“Qeyd edək ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Bunun bariz nümunəsi Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da keçirilmiş hərbi paradda Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin, həmin il sentyabrın 15-də isə Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar ölkəmizin paytaxtında keçirilən paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsidir.

Cari il fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalandı. Bu sənədlərə əsasən azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq”, - deyə V.Dərgahlı vurğulayıb.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  28-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA