Ana səhifə »  Xəbər lenti »  Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
A+   Yenilə  A-
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib

Eldar İbrahimov: Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində mühüm rol oynayacaq
“Azərbaycan dövləti və xalqı bütün dövrlərdə qardaş Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyi ilə əhatə olunub. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmağımız bu iki ölkənin xalqlarını həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Məhz buna görə tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənir və əhatə dairəsi genişlənərək dərinləşir. Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının keçirilməsi bunu bir daha təsdiq edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri, professor Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, iclasda görülən işlərə yekun vurularaq əlaqələrin gələcək inkişafına dair müzakirələr aparılıb və 14 sənəd - memorandum, saziş və protokol imzalanıb. Bu iclas və imzalanan sənədlər Azərbaycan-Türkiyə dövlətləri arasında münasibətləri Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi xarakterizə etməsinin dərin köklərə əsaslandığını əyani olaraq sübut etdi. Əlbəttə, bu münasibətlər uzun müddətdir ki, hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü və qarşılıqlı fayda verən siyasətin məntiqi nəticəsidir. Buna görə də hazırda Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir və bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni mərhələyə keçməkdədir. “Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputat kimi imzalanan sənədlər sırasında Naxçıvan ilə Türkiyə arasında dəmir yolu və qaz xəttinin çəkilməsi məsələsinin razılaşdırılmasını xüsusi qeyd etmək istəyirəm. Belə ki, “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində və Naxçıvanda müxtəlif adda və çeşiddə məhsul istehsalının artımında bu dəmir yolunun işə düşməsi olduqca böyük əhəmiyyət kəsb edir. Çünki Ermənistanın uzun illərdir ki, Naxçıvanı blokadaya alması muxtar respublikada istehsal olunan məhsulların xarici ölkələrə ixrac olunmasına böyük maneə törədir. Bu da ölkədə sahibkarlığın inkişafına mane olur, mövcud potensialdan səmərəli istifadə etməyə imkan vermir və əhalinin rifah halının daha da yaxşılaşmasında əngəl yaradır. Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi isə bu problemləri aradan qaldıracaq və Naxçıvan Muxtar Respublikası özünün sənaye və kənd təsərrüfatı potensialını genişləndirərək daha çox xarici ölkələrlə iqtisadi əlaqələr qurmaqla yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Beləliklə, bu dəmir yolu xəttinin çəkilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində mühüm rol oynayacaq. İğdırdan Naxçıvanın sərhədinə qədər 160 kilometrlik qaz xəttinin çəkilməsi də çox önəmli məsələdir və bu layihənin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasına və təbii qazla etibarlı təminatına böyük dəstək olacaqdır. Bu da Naxçıvanda əhalinin sosial şəraitinin yaxşılaşmasına öz töhfəsini verməklə iqtisadiyyatın inkişafına da təkan verəcəkdir”, - deyə E.İbrahimov vurğulayıb.
YAP İdarə Heyətinin üzvü söyləyib ki, bu iclasın gedişində Naxçıvan Muxtar Respublikası üçün önəmli məsələlərdən biri də son günlər Türkiyə-Naxçıvan sərhədində tətbiq edilən məhdudiyyətin aradan qaldırılması oldu: “Belə ki, Türkiyə koronavirus infeksiyasını əsas gətirərək İranla mövcud sərhəd-keçid məntəqələrini bağlamaqla yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də Azərbaycan tərəfi ilə müzakirə aparmadan hərəkəti məhdudlaşdırmışdı. Bu məsələ prezidentlərin görüşündə müzakirə edildi və Azərbaycanda koronavirus infeksiyasının aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırıldı. Bununla da Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən artıq Dilucu sərhəd-keçid məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyət aradan qaldırılıb və məntəqənin fəaliyyəti tam bərpa edilib. Bütün bunlar bir daha onu təsdiq edir ki, Türkiyə və Azərbaycan arasında həllini tapmayan heç bir məsələ yoxdur, Türkiyə həmişə Azərbaycanın yanında olduğunu daim sübut edir və sözün həqiqi mənasında qardaş olan bu iki ölkə arasında münasibətlər yüksək səviyyədə olmaqla yeni inkişaf mərhələsinə keçib. Bu da onu göstərir ki, hələ keçən əsrin əvvəllərində Naxçıvanın Azərbaycan Respublikasının tərkibində Muxtar Respublika kimi fəaliyyət göstərməsi üçün həyata keçirdiyi hərbi, siyasi və iqtisadi fəaliyyəti bu gün də davam edir və dərin tarixi köklərə əsaslanan bu münasibətlər bundan sonra da yeni zirvələr fəth edəcək”.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1770  |  
  • Tarix:  28-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA