Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir

20.02.2020 [09:34]

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda yaxşı yerli özünüidarəetmə proqramı”nın rəhbəri Gerald Duda ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə səmərəli əməkdaşlıq qeyd olunaraq bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi istiqamətində görülən işlərdə GİZ-in xüsusi rolu vurğulanıb. Ötən ilin dekabrında keçirilmiş seçkilər nəticəsində bələdiyyələrin yeni tərkibinin formalaşması ilə əlaqədar maarifləndirmə işinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək sahəsində görülən işlər barədə məlumat verilib, müasir dövrdə elektron informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti nəzərə alınaraq bələdiyyələrlə iş portalının yaradılması istiqamətində işlərə başlanıldığı bildirilib.
Gerald Duda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə əməkdaşlığı yüksək qiymətləndirərək cari ilin aprelindən həyata keçiriləcək yeni proqram haqqında məlumat verib. O, proqram üzrə maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə yanaşı, elektron idarəçilik, rəqəmsallaşma, yerli özünüidarəetmə sahəsində qadınların rolunun artırılması kimi yeni istiqamətlərin də əhatə olunacağını qeyd edib.
Görüşdə, həmçinin “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə təcrübə mübadiləsinin təşkili üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30