Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

Paytaxtda nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə parkinq imkanlarının artırılması, tıxacların aradan qaldırılması, xətlərə ekoloji cəhətdən təmiz işləyən avtobusların buraxılması, təhlükəsizliyin təmin olunması qarşıya mühüm hədəflər kimi qoyulub
İndiki dövrdə dünyanın əksər iri şəhərlərində ictimai nəqliyyatla bağlı məsələlərin aktuallığı əhəmiyyətli dərəcədə artıb. Deyilənlər baxımından müstəqil Azərbaycanın paytaxtı Bakı şəhəri də istisna təşkil etmir. Bu gün Bakı respublikamızın dinamik inkişafını özündə dolğun şəkildə əks etdirir - şəhərimiz böyüyür, burada əhali artır, avtomobillərin, istehsal və xidmət müəssisələrinin sayı getdikcə çoxalır. Bütün bu və ya digər amillər isə öz növbəsində paytaxtımızda yol-nəqliyyat infrastrukturunun adekvat şəkildə yenilənməsini tələb edir. Qeyd etmək yerinə düşər ki, son illərdə bu istiqamətdə paytaxtımızda məqsədyönlü tədbirlər həyata keçirilib və nəticədə Bakıda şəhər nəqliyyatının fəaliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bununla belə, görüləsi işlər də çoxdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev elə bu günlərdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Paytaxtımızda yol-nəqliyyat sahəsində reallaşdırılan yeni layihələrdən məmnunluğunu bildirən dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir.
Bəhs olunan qəbulda paytaxtda nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə parkinq imkanlarının artırılması, tıxacların aradan qaldırılması, xətlərə ekoloji cəhətdən təmiz işləyən avtobusların buraxılması, təhlükəsizliyin təmin olunması və bu kimi digər məsələlər qarşıya mühüm hədəflər kimi qoyulub. Paytaxtımızda ictimai nəqliyyatın önəminə diqqət çəkən dövlətimizin başçısı “Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır”, - deyə vurğulayıb.
Avtobus parkının 40 faiz yenilənməsi paytaxtda sərnişindaşımanın keyfiyyətinə müsbət təsir göstərib
Paytaxtımızda ictimai nəqliyyatın fəaliyyətinin yüksək səviyyədə qurulmasını təmin etmək məqsədilə görülən tədbirlər sırasında avtobus parkının müasirləşdirilməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Azərbaycan müasir dövlət kimi inkişaf edir, müxtəlif sahələrdə ən yüksək standartların tətbiqinə geniş meydan verir. Hədəf belə müəyyənləşdirilib ki, paytaxtımızın ictimai nəqliyyatı da ökəmizin daim yenilənən müasir simasına uyğun gəlməlidir. Qeyd edək ki, son beş ildə Bakıya gətirilən avtobusların əksəriyyəti dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Avtobusların yüksək kriteriyalar əsasında seçilərək Bakıya gətirildiyinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk”.
Bütövlükdə, son beş ildə paytaxtımızda 855 avtobus yenilənib. Bunlardan 600-ü dövlət başçısının tapşırığı əsasında xarici ölkələrdən gətirilib. O cümlədən şəhərdə sərnişindaşıma xidməti göstərən şirkətlər tərəfindən 295 müasir avtobus alınaraq xətlərə buraxılıb. Yaxın üç ildə isə avtobus parkının yenilənməsini 100 faizə çatdırmaq nəzərdə tutulub.
Öz növbəsində avtobus parkının 40 faiz yenilənməsi paytaxtda sərnişindaşımanın keyfiyyətinə müsbət təsir göstərib. Bəhs olunan qəbulda da bildirildiyi kimi, 2019-cu ildə Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artması paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ictimai nəqliyyata inamını ifadə edir.
Xətlərə buraxılan avtobuslar yüksək ekoloji tələblərə cavab verir
Paytaxtımızda avtobus parkının yenilənməsindən söhbət açarkən vacib bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır. Söhbət xətlərə buraxılan avtobusların yüksək ekoloji tələblərə cavab verməsindən gedir. Məlumdur ki, respublikamızda dünya miqyasında meydana çıxan yeni çağırışlara uyğun olaraq “yaşıl iqtisadiyyat” quruculuğuna böyük önəm verilir. Bu strateji xəttə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin və özəl şirkətlərin qarşısına ekoloji məsələlərlə bağlı ciddi tələblər qoyulub. Tələb ondan ibarətdir ki, Bakıya gətirilən avtobuslar ekoloji baxımdan da müasir standartlara yüksək səviyyədə cavab verməlidir. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.
Bəhs olunan qəbulda Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlətimizin başçısına məlumat verərək deyib ki, Bakıya gətirilən yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Müqayisə üçün bildirək ki, dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda 3070 avtobusdan 239-u STQ ilə işləyir. Bakıda isə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Prezident İlham Əliyev ölkəmizə ekoloji cəhətdən təmiz işləyən avtobusların gətirilməsini müsbət hal kimi dəyərləndirib. “Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Yol infrastrukturunun yenilənməsi ictimai nəqliyyatın funksionallığının artmasında çox mühüm amil qismində çıxış edir
Bəhs olunan qəbulda Prezident İlham Əliyev paytaxtımızda ictimai nəqliyyatın funksionallığının artmasını şərtləndirən amillərin geniş spektrinə diqqət çəkib. Dövlət başçımız xüsusi olaraq vurğulayıb ki, əsas məsələ tıxacların azaldılmasıdır. Bu gün paytaxtımızın mənzərəsinə istinadən deyə bilərik ki, son illərdə yol infrastrukturunun yenilənməsi tıxacların azalmasında və ictimai nəqliyyatın funksionallığının artmasında çox mühüm amil qismində çıxış edir.
Bütövlükdə son 16 ildə ölkəmizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublika miqyasında 16 min kilometr yol çəkilməsi, yüzlərlə körpünün, yol qovşağının istifadəyə verilməsi böyük nailiyyətdir. O cümlədən paytaxtımızda da yol infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulmasını təmin etmək üçün çoxlu sayda layihələr reallaşdırılıb. Bəhs olunan qəbulda dövlətimizin başçısının qeyd etdiyi kimi, o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi.
Son illərdə paytaxtımızda çoxlu sayda yollar yüksək səviyyədə yenidən qurulub, hərəkətin intensivliyini təmin etmək məqsədilə müxtəlif ünvanlarda müasir yol qovşaqları, körpülər, yeraltı və yerüstü keçidlər inşa olunub. Bakı ətrafında hələ keçmiş sovet dönəmində nəzərdə tutulan, ancaq müxtəlif bəhanələrlə çəkilməsi ildən-ilə təxirə salınan dairəvi yolun inşası uğurla tamamlanıb. Bir vaxtlar şəhərdən hava limanına gedən yol dördzolaqlı sayılsa da, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün həmin yolun üzərində bir dənə də dairə yoxdur və hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Eyni zamanda, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Əvvəllər Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. Qısa müddətdə həmin istiqamətdən hava limanına yüksək standartlar səviyyəsində yeni yol çəkildi və hazırda həmin yol da paytaxt sakinlərinə, şəhərimizin qonaqlarına xidmət göstərir. Eyni zamanda, Bakıərtafı qəsəbələrdə də yolların təmiri intensiv şəkildə davam etdirilir. 2019-cu ildə şəhərətrafı qəsəbələrdə 10 yol layihəsinin icrası yüksək səviyyədə tamamlanıb. 2020-ci ildə isə Bakı şəhərinin 12 rayonunun ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulub.
Şəhərdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi baxımından münasib parkinq yerlərinin yaradılması da vacib məsələdir. Etiraf etmək lazımdır ki, paytaxtımızda bu sahədə vəziyyət hələlik arzuedilən səviyyədə deyil. Bir sıra ünvanlarda avtomobilləri parklamaq üçün yerlər yoxdur və yaxud azdır. Digər hallarda isə sürücülər intizamsızlıq edərək avtomobillərini parklama üçün nəzərdə tutulan yerlərdə deyil, elə yol kənarlarındaca saxlamağa üstünlük verirlər ki, bu da ictimai nəqliyyatın normal fəaliyyətinə ciddi əngəllər yaradır. Prezident İlham Əliyev bildirib ki, biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. “Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Paytaxt sakinlərini yaxın perspektivdə şəhər nəqliyyatı ilə bağlı daha bir yenilik gözləyir. Söhbət 2020-ci ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin etməkdən gedir. Bu isə öz növbəsində kölgə iqtisadiyyatının, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaq.
Mübariz

 
  • Oxunub:  3120  |  
  • Tarix:  20-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

07 Aprel 13:49
Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq
07 Aprel 13:47
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
07 Aprel 13:41
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxılıb
07 Aprel 13:30
Prezident İlham Əliyevin əfvlə bağlı Sərəncam imzalaması əsl humanizm nümunəsidir
07 Aprel 13:26
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07 Aprel 13:21
Musa Quliyev: Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür
07 Aprel 13:18
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı - Rufiz Qonaqov
07 Aprel 13:16
Neftçalada 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
07 Aprel 12:54
Azərbaycan Diaspor Könüllüləri #Evdəqal kampaniyası ilə bağlı videomüraciət hazırlayıblar
07 Aprel 12:49
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır
07 Aprel 12:44
Hikmət Babaoğlu: Əfvlə bağlı qərar həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür
07 Aprel 12:41
Deputat: Ölkəmizdə birliyin vacib olduğu hazırkı zamanda müəyyən qüvvələrin pozuculuq fəaliyyəti təəssüf doğurur
07 Aprel 11:49
Deputat: Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək
07 Aprel 11:38
Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı
07 Aprel 11:31
Bəhruz Quliyev: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun
07 Aprel 11:29
Azərbaycan sülhməramlılarının yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb
07 Aprel 11:09
““Milli Şura”nın bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır” ÖZƏL-MÜNASİBƏT
07 Aprel 11:02
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
07 Aprel 10:59
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır - Elşad Mirbəşir oğlu
07 Aprel 10:52
Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb
07 Aprel 10:44
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+6 +8