Ana səhifə »  Xəbər lenti »  Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
A+   Yenilə  A-
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub

2019-cu ildə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 232,8 milyon manat çoxdur. Ümumi məhsul buraxılışının 52,81 milyon manatını sənaye, 123,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. 54,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beyləqan rayon Mədəniyyət Mərkəzində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyub, mədəniyyət mərkəzinin foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxıblar.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsində bildirilib ki, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 10/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən mədəniyyət və istirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Yığıncaqda bildirilib ki, ötən il rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan şəhərinə Beyləqan-Daşburun və Şəfəq qəsəbəsi ərazisindən giriş hissələrində işıq dirəkləri yenilənərək led işıqlarla təmin edilib, yol kənarlarında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Mücirəddin Beyləqani adına park yenidən qurulub, Veteranlar parkı bərpa olunub. Beyləqan şəhərinin Sərdar Mirəliyev küçəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Nasimi parkı salınıb. İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayonda 10 min ədəd müxtəlif növ ağac əkilib. Beyləqan şəhərinin küçələrində, ümumilikdə, 33 min 352 kvadratmetr əraziyə asfalt örtüyü döşənib, 332,9 kvadratmetr divarlar qaya daşları ilə bəzədilib. Yeni quraşdırılan işıq qurğuları Beyləqan şəhərinə xüsusi yaraşıq verir. Hazırda Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.

Aqrar sahədən bəhs edilərkən qeyd olunub ki, ötən il 9706 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə pambıq istehsalı 7523 ton çox olub. Bundan başqa ötən il 12 min 431 hektarda taxıl, 558,7 hektarda şəkər çuğunduru, 385 hektarda kartof, 1293 hektarda tərəvəz, 413,5 hektarda bostan, 60 hektarda paxlalılar, 483 hektarda soya əkilib. Hesabat dövründə heyvandarlığın stabil inkişafı davam edib, iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 258 baş artaraq 59 min 194 başa, xırda buynuzluların sayı 2747 baş artaraq 302 min 759 başa çatıb. 8005 ton ət, 39 min 663 ton süd, 24 min 763 min ədəd yumurta, 596 ton yun istehsal edilib.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  19-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA