Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...

Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...

19.02.2020 [10:00]

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş panel müzakirələri zamanı Paşinyanın düşdüyü gülünc vəziyyət Ermənistan mətbuatında da əksini tapıb.
“Armenainreport.com” saytında Tevos Arşakyanın “Paşinyanın Münxen biabırçılığı” adlı yazısında Ermənistan baş nazirinin debatda məğlub tərəfi təmsil etdiyi qənaəti hasil olduğu qeyd edilib. Müəllifin sözlərinə görə, son 2 gündə yalnız Ermənistandakı tənbəllər baş nazir Paşinyanı Münxen müzakirəsindəki mənasız, inandırıcı olmayan çıxışına görə qınamadılar: “Erməni xalqının həmin debatlarda yaşadığı utanc nəticəsində Paşinyan təkcə siyasi rəqibləri tərəfindən deyil, dünənə qədər ondan ötrü boğazını və köynəyini yırtanlar tərəfindən də sərt tənqid olundu”.
Müəllif yazır ki, bir vaxtlar Sarkisyanın cinayətkar-oliqarxik anti-xalq rejiminin devrilməsini səmimi qarşılayan ermənilər yeni hökumətin dövründə Ermənistanda rifah halının yaxşı, ölkənin daha təhlükəsiz olacağına ümid ediblər: “Təəssüf ki, təxminən 2 ildə həyatımızın yaxşılaşması mümkün olmadı. Son nəticədə bunların hamısının gözə kül üfürməkdən başqa heç nə olmadığı ortaya çıxdı”.
Paşinyanın nüfuzlu beynəlxalq məkanlarda özünü apara bilmədiyi qənaətini ifadə edən müəllif yazır ki, Münxen müzakirələrində Paşinyanın ingilis dilində öz fikrini ifadə edə bilmədiyi halda tərcüməçidən istifadə etməməsi nəticəsində baş nazirin başını və ya boynunu fırladaraq aciz şəkildə uyğun sözləri necə axtardığını görmək olduqca iyrənc idi.
Erməni müəllif həmkarları və politoloqların dövlət başçısının acınacaqlı, aciz göründüyünü söyləməsini haqlı hesab edir: “Paşinyanın çıxışı tutarsız, yarıtmaz idi”.
Müəllif Paşinyanın Münxen rüsvayçılığı fonunda onu müdafiə edənlərə də cavab verib: “Doğrudanmı, hakimiyyətdə bu cür Paşinyanın nüfuzunu qorumağa ümid edən axmaqlar var? Yoxsa onlar kor və kar olduğumuzu, heç nə görmədiyimizi düşünürlər?”

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30