Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BDU-nun tələbələri “AzerGold” şirkətində təcrübə keçəcək

BDU-nun tələbələri “AzerGold” şirkətində təcrübə keçəcək

18.02.2020 [11:24]

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və qurumun digər nümayəndələri ilə görüşü olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU və “AzerGold” QSC arasında imzalanmış protokola uyğun olaraq keçirilən görüşdə illik müştərək fəaliyyət planı müzakirə edilib.
Protokola uyğun olaraq universitetdə “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi, gənc mütəxəssislər üçün “Universitetdən karyeraya uğurlu keçid” mövzusunda seminarların təşkili, təhsil müəssisəsi tərəfindən keçiriləcək Karyera həftəsində “AzerGold” QSC-nin əməkdaşlarının iştirakının təmin edilməsi, o cümlədən cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisasları üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsinə göndərilməsi reallaşdırılacaq.

Görüşdə, həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən BDU-da təhsil alan tələbələr üçün müvafiq proqramlar üzrə master-klassların təşkili, tələbələrə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim-seminarın keçirilməsi barədə ilkin razılıq əldə olunub.

Sonda “AzerGold”un nümayəndələri universitetin geologiya və coğrafiya fakültələrində olub, Faydalı qazıntılar muzeyini ziyarət ediblər.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31