Ana səhifə »  Xəbər lenti »  Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
A+   Yenilə  A-
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
- Elxan müəllim, bugünlərdə dünyanın diqqəti 56-cı Münxen Təhlükəsizlik Konfransında idi. Konfransın önəmi, orada müzakirə olunan məsələlərin qlobal təhlükəsizlik kontekstində əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik…

- Qeyd edim ki, Davos İqtisadi Forumu dünya üçün hansı əhəmiyyəti daşıyırsa, Münxen Təhlükəsizlik Konfransı da bir o qədər dünya ölkələri üçün vacibdir. Vaxtilə, Münxen Təhlükəsizlik Konfransı NATO ölkələri üçün nəzərdə tutulmuşdu. O zaman soyuq müharibə var idi. Soyuq müharibə bitdikdən sonra başqa dövlətlər, keçmişdə rəqib sayılan ölkələr bu platformada iştirak edir. Azərbaycan da hər il bu platformada təmsil olunur. Bütövlükdə, dünyanın təhlükəsizliyi üçün bu tədbirin böyük əhəmiyyəti var. Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır

Münxen Təhlükəsizlik Konfransında açıq fikirlər söylənilir. Məsələn, ən məşhur toplantılardan biri 2007-də oldu. O zaman Rusiya Prezidenti Vladimir Putin böyük nitq söylədi və dünyanı gözləyən açıq təhlükələrdən söhbət açdı. Eləcə də, digər dövlətlərin başçıları da maraqlı çıxışlar etdilər. Bilirsiniz ki, bir çox beynəlxalq tədbirlərin böyük hissəsi qapalı formada keçir və ictimaiyyət oradakı müzakirələrin gedişindən məlumatlı olmur. Amma Münxen Təhlükəsizlik Konfransında açıq diskussiyalar gedir, mətbuat bu müzakirələrin gedişatını izləyir.

- Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxışı zamanı çox mühüm məqamlara toxundu. Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsas istiqamətlərindən bəhs etdi. Necə düşünürsünüz, ölkəmizin regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında rolu nədən ibarətdir?

- Prezident İlham Əliyev enerji təhlükəsizliyi ilə bağlı toplatında iştirak etdi və ən vacib tezisləri söylədi. Ən vacib tezis odur ki, artıq TANAP layihəsi dördüncü mərhələdə bitəcək və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropaya çatdırılacaq. Bu, Avropanın enerji təhlükəsizliyi üçün də çox vacibdir. Çünki Avropa şaxələndirilmiş yollarla yeni təbii qaz əldə edəcək. Azərbaycan üçün də çox vacibdir ki, Avropa bazarına ilk dəfə çıxacağıq, həm də maliyyə imkanları artıracağıq. Bunun siyasi əhəmiyyəti də var. Çünki boru xəttinin keçdiyi ölkələrlə Azərbaycanın əlaqələri daha da güclənəcək. Boru xətti Gürcüstan, Türkiyə, oradan da, Avropaya istiqamətlənir. Bunun sayəsində Azərbaycan qazının alıcısı daha çox olacaq. Bir qism ölkə də var ki, SOCAR həmin ölkələrin qazlaşdırılmasına maraqlıdır. Bu da Azərbaycan üçün çox vacibdir.

Bilirsiniz ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uzun illərdir ki, işləyir. Bu boru xətti vasitəsilə bir çox ölkə neftimizi alır. İndi isə ilk dəfə olaraq Avropa ölkələri Azərbaycan qazını alacaqlar. Qeyd etdiyim kimi, bu hadisənin siyasi əhəmiyyəti ondadır ki, bır sıra ölkələrlə siyasi əlaqələrimiz güclənəcək. Eləcə də, iqtisadi və ticari əlaqələrə də müsbət təsir edəcək.

- Dövlətimizin başçısı İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə tarixi həqiqətləri, o cümlədən Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və digər mühüm reallıqları diqqətə çatdırdı. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla debatı çox vacib idi. Çünki münaqişənin mövcud olduğu uzun illər ərzində ilk dəfə olaraq iki dövlətin lideri beynəlxalq aləmin, dünya mediasının gözü qarşısında diskussiya apardılar. Bu diskussiyada Azərbaycan Prezidentinin Ermənistanın baş nazirindən dəfələrlə üstün olduğu açıq aşkar göründü. Göründü ki, işğalçı kimdir, işğalçının məqsədi nədir, siyasəti nədir və s. Prezident İlham Əliyev bir çox məqamları açdı ki, Dağlıq Qarabağ tarixən Azərbaycana bağlı olub, bu torpağın bizdən qoparılmasına heç vaxt imkan verilməyəcək.

Bir vacib məqamı da qeyd etmək istəyirəm. Ermənilər çox deyirdilər ki, guya 1920-ci illərdə sovetlər hakimiyyəti Dağlıq Qarabağı Azərbayacana veriblər və buna görə onlar günahkardır? Prezident İlham Əliyev də Paşinyanın səhvini tutaraq dedi ki, əgər bolşeviklər günahkardırsa, nə üçün onların təmsilçisi olan Stepan Şaumyanın adını daşıyan Stepanakertin adını saxlayırsınız. Yəni burada bir daha ermənilərin ikiüzlülüyü ortaya çıxdı.

Bu debat həm də onu göstərdi ki, danışıqlarda nəticə yoxdur və Ermənistan bundan sonra çalışacaq ki, münaqişə həll olunmasın. Amma Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan bütün hallarda öz torpaqlarını işğaldan azad edəcək.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  17-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA