Ana səhifə »  Xəbər lenti »  Moldovada yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib
A+   Yenilə  A-
Moldovada yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib

Azərbaycanın Moldovadakı Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Kişineunun “Marriott” hotelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədi” şüarı altında bu ölkədə yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədi” şüarı ilə böyük banner quraşdırılıb, iştirakçılar üçün ölkəmizin inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Forum Moldovanın bütün bölgələrində yaşayan gənclərimizi bir araya gətirmək, onların yeni təklifləri ətrafında fikir mübadiləsi aparmaq, gənclərin problemləri ilə yaxından tanış olmaq, bununla yanaşı istedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yer tutmaları üçün dəstək vermək məqsədilə təşkil olunub.

Forumda Moldovanın Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Ruslan Quliyev, səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri, ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bağlı söylədikləri sözləri əks etdirən videoçarx nümayiş olunub, sonra Azərbaycan və Moldovanın himnləri səsləndirilib.

Tədbirdə Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidov çıxış edərək iştirakçılara forumun məqsədindən danışıb.

Moldovanın Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu çıxışında ilk dəfə forumun təşkil edilməsi münasibətilə gənc soydaşlarımızı təbrik edib, “Güc Birlikdədi” şüarının artıq bütün forumun məqsədini açıq göstərdiyini və belə bir forumun təqdirəlayiq olduğunu qeyd edib. O gənclərimizi nazirlik ilə çalışmağa çağırıb, öz tərəflərindən müvafiq dəstək verəcəklərini söyləyib.

Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa çıxışında çoxsaylı gənclərimizin ilk dəfə bir araya toplanmasının onda qürur hissi yaratdığını, belə bir forumun ilk dəfə təşkil edilməsi üçün səfirliyə dərin təşəkkürünü bildirib. N.Reditse agentliyin qapılarının gənclərimizə daim açıq olduğunu bildirərək onları fəaliyyətlərində agentliyin resuslarından istifadə etməyə çağırıb. Həmçinin o, Azərbaycan Prezidentinin və Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımıza göstərilən qayğı və diqqətinin Moldova üçün gözəl nümunə olduğunu vurğulayıb.
Daha sonra forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdiri Ruslan Quliyev komitənin sədri Fuad Muradovun tədbir iştirakçılarına xoş sözlərini çatdırıb. O, komitənin həyata keçirdiyi layihələr barədə söz açaraq, gənc soydaşlarımıza təmsil etdiyi qurumun nəzdində Diasporaya Dəstək Fondunun fəaliyyəti barədə məlumat verib. R.Quliyev gənclərin maraqlı layihələrini fond tərəfindən maliyyələşdirilməsi üçün fəal olmağa çağırıb.

Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanov çıxışında ulu öndər Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, bu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirdiyini bildirib. Səfir Prezident İlham Əliyevin Moldova Prezidenti ilə dəfələrlə görüşlərində soydaşlarımızın məsələlərini gündəmdə saxladığını xüsusi vurğulayıb. Q.Osmanov gənclərimizi yerləşdiyi ölkənin dilini və mədəniyyətini öyrənməklə yanaşı, öz ana dilini, köklərini unutmamağı, milli ruhun qorunmasına çağırıb. O, gənc soydaşlarımızı bir arada topladıqları üçün məmnun olduğunu, çoxsaylı gənclərimizin iradəli, savadlı və bacarıqlı olmalarından fəxr etdiyini bildirib. Səfir vurğulayıb ki, gənclərin Moldovanın ictimai-siyasi həyatında aktiv olmaqlarına ehtiyac var.

Moldova Azərbaycanlılar Konqresinin gənc üzvü Zamir Qubadov fevralın 1-2-də komitə tərəfindən Vyanada təşkil edilmiş Azərbaycanlı Gənclər Forumunda iştirak və təəssüratları tədbir iştirakçıları ilə bölüşüb.

Digər bir gənc, Moldova Azərbaycanlılar Konqresi Şurasının üzvü Ruslan İsmayılov Moldova Azərbaycanlılar Konqresinin daha da güclü və bir yumruq kimi birləşməsi üçün, gənclərimizin gələcəkdə Moldovanın bütün strukturlarında təmsil olunması məqsədilə icmada güclü və müdrik liderin olmasının vacibliyini vurğulayaraq, konqresdə liderliyi Forumun qərarı olaraq Moldovada tanınmış və nüfuzlu soydaşımız, hər zaman icmaya dəstək olan Firuz İsayevə həvalə etməyi irəli sürüb. Forum iştirakçıları bu təklifi dəstəkləyərək, Moldova Azərbaycan Konqresinə rəhbərliyi Firuz İsayevə həvalə etmək qərarına gəliblər.

Forumda gənclər çıxışları zamanı qeyd ediblər ki, Moldovanın ictimai-siyasi həyatında aktiv iştirak etməyə ehtiyac var. Gənclər diasporun 15 illik passiv fəaliyyətində təmsil olunmayıb. Moldovada ermənilər və digər azlıqlar siyasətdə, parlament və bələdiyyələrdə təmsil olunduqları halda, azərbaycanlı gənclər orada yoxdur. Bu baxımdan gənclərə lider və səfirliyin dəstəyi qaçılmazdır.

Sonda gənclərin yeni ideyaları, fikir və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  17-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA