Ana səhifə »  Qəzetin pdf formatı »  MSK qarşısında qeyri-qanuni aksiya cəhdi bu məsul və müstəqil quruma təzyiq kimi qiymətləndirilməlidir
A+   Yenilə  A-
MSK qarşısında qeyri-qanuni aksiya cəhdi bu məsul və müstəqil quruma təzyiq kimi qiymətləndirilməlidir

Yaxud radikal ünsürlər xalqın seçiminə hörmətlə yanaşmamaqla yanaşı, növbəti dəfə dağıdıcı təfəkkürlərindən əl çəkmədiklərini nümayiş etdirdilər
Məlum olduğu kimi, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçirildi və bu seçkilər bir çox müsbət məqamları ilə yadda qaldı. Belə ki, indiyə qədər ölkəmizdə keçirilən parlament seçkiləri arasında rekord sayda namizədin iştirakı ilə baş tutan bu seçkilərdə həm beynəlxalq, həm də yerli müşahidəçilik olduqca yüksək səviyyədə təmin edildi. Vurğulayaq ki, bir çox ölkələrin seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn nümayəndə heyətlərinin üzvləri, həmçinin beynəlxalq və regional təşkilatların müşahidə missiyaları seçkilərin yüksək səviyyədə keçirildiyini, eləcə də təbliğat kampaniyası dövründə demokratik rəqabət mühitinin formalaşdırılıdığını bəyan etdilər. Hətta bir sıra beynəlxalq müşahidə missiyalarının üzvləri ölkəmizdə keçirilən seçkilərin Avropa ölkələri üçün bir nümunə ola biləcəyini də bildirdilər. Yeri gəlmişkən, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən şəffaflığın təmin olunması üçün xeyli sayda beynəlxalq və yerli müşahidəçilərin prosesdə iştirakına sərbəst şərait yaradılması, ümumilikdə 78 minə yaxın yerli, 883 beynəlxalq müşahidəçinin qeydiyyata alınması da ölkəmizdə demokratik seçki mühitinin olmasından xəbər verir. Eləcə də seçkilərdə 19 siyasi partiyanın iştirak etməsi yaradılan şəffaf və demokratik seçki mühitinin və bu mühitə inamın göstəricisidir.
Təəssüflər olsun ki, bütün bunları görməzdən gələrək fevralın 9-da baş tutmuş azad və demokratik seçkilərə kölgə salmaq, bir sıra maraqlı qüvvələrin təhriki ilə “seçkilərə etiraz” adı altında ara qarışdırmaq və xaos yaratmaq, qanunun tələblərini pozmaq istəyənlər də tapılır. Elə fevralın 11-də MSK-nın qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirmək cəhdi də məhz bundan xəbər verir.
Qanunun tələblərini pozaraq “etiraz” edənlərin məqsədi MSK-ya təzyiq göstərməkdir
Beləliklə, ilk olaraq vurğulanmalıdır ki, istənilən halda icazəsiz aksiya keçirmək qanun pozuntusudur. Yəni qanunun tələblərini gözardı edərək qeyri-qanuni aksiya keçirmək cəhdi birmənalı şəkildə həmin şəxslərin başqa niyyətdə olduğunu göstərir. Ən əsası isə, həmin qeyri-qanuni aksiyanı seçkini keçirməklə vəzifələndirilmiş Mərkəzi Seçki Komissiyasının qarşısında keçirməyə cəhd göstərmək bu quruma təzyiq kimi qiymətləndirilməlidir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 171-ci maddəsinin müvafiq bəndlərində göstərilir ki, MSK səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Demək ki, fevralın 11-də “etirazçı” obrazında MSK-nın qarşısında qeyri-qanuni aksiya keçirməyə cəhd göstərənlər ya qanundan xəbərsizdirlər, ya da bilərəkdən qanunu pozaraq seçkiyə məsul ali qurumun işinə təzyiq və təsir göstərmək niyyətində olublar. Yeri gəlmişkən, Seçki Məcəlləsinin tələbləri həmin qanunsuz aksiyada haray-həşir salanlara MSK nümayəndələri tərəfindən sivil qaydada izah olunsa da, onlar asayişi pozmaq və qarşıdurma yaratmaqdan çəkinməyib, bunun üçün bütün vasitələrə əl atıblar.
Bir məqamı da vurğulamaq yerinə düşər ki, ölkəmizə seçkini qiymətləndirmək üçün gələn müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların çoxsaylı müşahidə missiyaları da öz bəyanatlarında xüsusi olaraq MSK-nın fəaliyyətinə yüksək qiymət verib, bu qurumun fəaliyyətinin şəffaf və obyektiv olduğu ilə bağlı fikirlər səsləndiriblər. Belə olan halda ali qanunverici orqanda təmsil olunmaqda iddia irəli sürmüş keçmiş namizədlərin və onların tərəfdarlarının qanunu pozmaq cəhdləri başadüşülən deyil və ictimai rəy tərəfindən şiddətlə qınanır.
Asayişi qoruyan polislərə qarşı təzyiq göstərən “etiraz”çılar məqsədli şəkildə ara qarışdırmaq istəyiblər
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyasının qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirməyə cəhd etməsinə münasibət bildirib. Qeyd olunub ki, fevralın 11-də saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər və saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər. Polis əməkdaşları hadisə yerinə gələrək qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsələr də, həmin şəxslər ictimai asayişin pozulmasına yönələn hərəkətlər etməyə cəhd ediblər. Nəticədə, polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanuni tələblərinə əməl etməyən bir nəfər saxlanılıb.
Bəli, asayişi qorumaqda görəvli olan polis əməkdaşlarının həmin qeyri-qanuni aksiya iştirakçılarına dəfələrlə qanunun tələblərini xatırlatmaları, onları dəfələrlə qanunun tələblərinə riayət etməyə çağırmaları sosial şəbəkələrdə yayılmış videogörüntülərdə də əks olunur. Sadəcə olaraq, niyyəti ara qarışdırmaq, seçki sonrası hansısa süni qarşıdurma əsasında seçki prosesinə kölgə salmaq olan, həmçinin bir sıra maraqlı xarici dairələr tərəfindən bu işə təhrik edilmiş radikal ünsürlərin məqsədi qanun və ya onun tələblərinə riayət etmək deyildi və bu, hər bir məqamda özünü bariz şəkildə göstərirdi.
Beləliklə, qanunun tələblərini pozaraq qanun keşikçilərinə qarşı kobud şəkildə davranan, başqalarının hüquqlarını pozan, eləcə də Seçki Məcəlləsinin tələblərinə zidd əməllərlə “seçki etirazı” edənlərin məqsədi bəllidir - ara qarışdırmaq. Onlar xalqın iradəsinə, seçiminə hörmətlə yanaşmamaqla yanaşı, növbəti dəfə dağıdıcı təfəkkürlərindən əl çəkmədiklərini də aşkar şəkildə ortaya qoydular...
PƏRVİZ

 
  • Oxunub:  3090  |  
  • Tarix:  13-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6