Ana səhifə »  Qəzetin pdf formatı »  YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
A+   Yenilə  A-
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası tərəfindən sizin də deputatlığa namizədliyiniz irəli sürülüb. Ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?

- Hər bir demokratik cəmiyyətdə seçkilərin keçirilməsi növbəti demokratiya yarışıdır. Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək və üzv olduğum ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə iştirak edir. Seçkilərdə YAP-ın müəyyənləşdirdiyi namizədlər siyahısında adımın olması mənim üçün çox böyük qürur və şərəfdir. Mən buna görə partiyamızın rəhbərliyinə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkürümü bildirirəm.

Yeni Azərbaycan Partiyası özünün ən fəal üzvləri və ali qanunverici orqanda yeni keyfiyyət dəyişiklikləri yarada biləcək namizədlərlə seçkilərə gedir. Ümumiyyətlə, YAP ötən müddət ərzində ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olmağı bacarıb. Bu, ondan xəbər verir ki, iqtidar partiyası olan YAP-ın fəaliyyəti və bütövlükdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət xalqımız tərəfindən dəstəklənir.

Hazırda çox mürəkkəb bir tarixi mərhələdən keçməkdəyik və bu mərhələdə müsəlman Şərqində çox ciddi problematik hadisələr baş verməkdədir. Sabitlik pozulub, milli dövlətlər dağılmaqdadır. Yaxın Şərqdə olan dövlətlərin hamısı, demək olar ki, bu və ya digər formada müharibələrə cəlb edilib. Amma sabitlik adasını xatırladan Azərbaycan inkişaf edir, ölkəmizin iqtisadiyyatı böyüyür, irihəcmli sosial layihələr həyata keçirilir, qeyri-neft sektorunun inkişafı ilə bağlı xüsusi tədbirlər görülür.

Azərbaycanın fəal təşəbbüsü və birbaşa iştirakçılığı ilə strateji əhəmiyyətli meqalayihələr reallaşdırılıb, ölkəmiz Avrasiyanın yeni nəqliyyat-kommunikasiya və enerji xəritəsini yaradıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm ölkəmizdə sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malikdir. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır. Daha dəqiq desək, bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin, 2007-ci ildə isə daha bir nəql marşrutu-Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi tarixi nailiyyətdir. Bunlarla yanaşı, Azərbaycanın yeni qazötürücü xəttin-Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etməsi, TANAP qaz kəmərinin istifadəyə verilməsi, TAP seqmentinin icrası istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyətə malikdir. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da ayrıca qeyd edilməlidir. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Digər tərəfdən, Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib. Son 16 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə böyük iş həcmi yerinə yetirilib, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər bir sıra önəmli layihələr reallaşdırılıb. Bütövlükdə, son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir.

Eyni zamanda, ölkəmizdə elmin, təhsilin, səhiyyənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, respublikamızda bu ildən etibarən icbari tibbi sığorta tətbiq olunur. Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənir, dostluq və strateji tərəfdaşlıq münasibətləri möhkəmlənir.

2015-ci ildən sonra dünyada bəzi siyasi qərarlar nəticəsində iqtisadi krizis yaşansa da, Azərbaycan qəbul etdiyi operativ qərarlarla böhranlı prosesi də idarə etməyi bacardı. Ölkəmizdə bütün sahələrdə çoxşaxəli, genişmiqyaslı, sistemli və kompleks xarakterli islahatlar həyata keçirilməyə başlandı. Əlbəttə ki, bütün bu islahatların müəllifi Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevdir. Ona görə də bundan sonrakı mərhələdə də Azərbaycanı gələcəyə aparacaq yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır, yeganə lider Prezident İlham Əliyevdir.

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı müşavirə keçirildi və bəlli oldu ki, ötən il çox böyük nailiyyətlərlə yadda qalıb. Cənab Prezident ötən ili qısaca xarakterizə edərkən qeyd etdi ki, 2019-cu il dərin islahatlar ili oldu. 2019-cu ildə də Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılmasına xidmət edən çoxsaylı addımlar atılıb, mühüm strateji qərarlar qəbul olunub. Ona görə də düşünürəm ki, bu vaxta qədər əldə edilən nailiyyətlər, həyata keçirilən islahatlar Azərbaycanın bundan sonrakı mərhələdə inkişafını təmin etmək üçün çox gözəl şərtlər yaradıb.

- Seçki kampaniyasında Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər bir sıra partiyalar da iştirak edirlər. Siyasi şərhçilər seçki kampaniyasının favoritinin YAP olduğunu əminliklə ifadə edirlər. Bu qənaəti formalaşdıran amillər barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyimiz kimi, xalqın dəstəyinə arxalanan Yeni Azərbaycan Partiyası qatıldığı bütün seçkilərdə inamlı qələbə qazanmaqla öz gücünü və nüfuzunu dəfələrlə nümayiş etdirib. Təsadüfi deyil ki, YAP qələbələr partiyası kimi səciyyələndirilir və bu seçkilərdə də favorit olaraq göstərilir.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarmışdır. Biz bilirik ki, hər hansı partiyanın ümumxalq partiyası kimi səciyyələndirilməsinin özünəməxsus şərtləri var. Bu şərtlər yerinə yetirilməyənə qədər heç bir siyasi təşkilat haqqında bu sözü demək mümkün deyil. YAP-ın ümumxalq partiyasına çevrilməsi, heç şübhəsiz ki, ilk növbədə onun qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki partiyamız yaranan zaman onun Proqram və Nizamnaməsini Ulu Öndər Heydər Əliyev şəxsən yazmışdı. Əslində, bu Proqram və Nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli-mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. Məhz bu sənədlərdən irəli gələn tələblərin yerinə yetirilməsi YAP-ı ümumxalq partiyası kimi səciyyələndirməyə gətirib çıxardı.

YAP elə bir siyasi təşkilatdır ki, burada Azərbaycan cəmiyyətinin bütün stratalarını təmsil edən üzvləri tapmaq olar. Başqa sözlə, Azərbaycanın sosial iyerarxiyasının bütün təbəqələrinin nümayəndələrini YAP-da görmək mümkündür. Hesab edirəm ki, bu, partologiya tarixində mühüm bir hadisədir. Ən əsası, YAP sıralarında birləşən insanlar milli dəyərləri, azərbaycançılıq ideologiyasının əsas prinsiplərini mənimsəmiş insanlardır. Vəzifəsindən, peşəsindən, sosial statusundan asılı olmayaraq, YAP-ın Proqram və Nizamnaməsində əks olunan müddəaları, milli maraqlarımızı qorumağa hazırdırlar. Məhz buna görə YAP güclü partiya, aparıcı siyasi qüvvədir, Azərbaycanda ona rəqib olacaq partiya yoxdur.

2020-ci ilin parlament seçkiləri də Azərbaycanın siyasi sistemindəki bu reallıq fonunda baş tutur.

YAP seçkilərdə 123 seçki dairəsində namizədi ilə mübarizə aparır. Bu namizədlərin tərkibi də YAP-ın bir partiya kimi zəngin daxili strukturunun göstəricisidir. Yəni burada ilk növbədə ziyalılar, qadınlar, gənclər və sosial mənsubiyyət etibarı ilə bütün kateqoriyalara mənsub olan insanlar namizəd kimi öz əksini tapıb. Bunun özü YAP-ı cəlbedici etməklə bərabər, seçkidə uğur qazanmasına əsas yaradan səbəblərdən biridir. Amma bütün bunlarla bərabər, YAP-ın qələbə qazanmasını şərtləndirən ən birinci amil onun Sədrinin, Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətidir. Cənab İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli və dövlət maraqlarını qorumaqla yanaşı, ölkənin ən ciddi problemlərinin həlli üçün bütün resursları səfərbər etməyi bacaran uğurlu bir lider kimi tanınıb. O, ən mürəkkəb vəziyyətlərdə belə bir neçə siyasi gedişi öncədən hesablayan unikal siyasətçi keyfiyyətlərinə sahib olan şəxsiyyətdir.

- Yeni Azərbaycan Partiyası 19 saylı Nərimanov birinci seçki dairəsindən növbəti dəfə sizin deputatlığa namizədliyinizi irəli sürüb. Millət vəkili seçiləcəyiniz təqdirdə, müasir çağırışları, islahatlar kursunu nəzərə alaraq parlamentdə hansı məsələlərlə bağlı çıxış etməyi nəzərdə tutursunuz?

- Bilirsiniz ki, mənim namizədliyim YAP tərəfindən irəli sürülüb. Buna görə də əgər millət vəkili seçilərəmsə, ilk gündən bütün fəaliyyətim partiyamızın tapşırıq və tövsiyələri, hədəflədiyi istiqamətlər üzrə olacaq. Əlbəttə ki, seçicilərimizin arzuları, istəkləri, müraciətləri də daima diqqət mərkəzində olacaq. Millət vəkili seçiləcəyim təqdirdə, ötən beş ildə olduğu kimi, yenə də onların fikirlərinin parlamentdə səsləndirilməsi, problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərəcəyəm.
Hesab edirəm ki, növbəti mərhələdə ali qanunverici orqan olaraq Milli Məclis müasir dövrün çağırışlarına, Prezident İlham Əliyevin islahatlar kursuna uyğun fəaliyyət göstərəcək. YAP-ın nümayəndəsi kimi, mən də bu istiqamətdə səylərimi əsirgəməyəcəm.

- Təbliğat kampaniyası çərçivəsində seçicilərinizlə görüşləriniz necə davam edir?

- Mən 2015-ci ildə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişəm. Bu müddətdə seçicilərimlə sıx ünsiyyət qura bilmişəm, onların problemlərini ictimailəşdirməyi, onları maraqlandıran məsələləri Milli Məclisin tribunasından səsləndirməyi bacarmışam. Yəni mümkün qədər onların yanında olmağa çalışmışam. Ona görə də düşünürəm ki, YAP-ın namizədi kimi növbəti dəfə seçkilərə qatılmaqla seçicilərin yenidən etimadını qazana biləcəyəm.

Bəzən seçicilər qanunverici orqanın nümayəndəsi ilə icra orqanlarının nümayəndələrini dəyişik salırlar və hesab edirlər ki, qanunverici orqanda təmsil olunan şəxs icraedici orqanın da səlahiyyətlərini həyata keçirə bilər. Azərbaycanın oturuşmuş hüquqi sistemi, çox optimal idarəetmə məktəbi var və hesab edirəm ki, vətəndaşların problemlərinin böyük əksəriyyəti həll olunur. Millət vəkilləri seçicilərinin probleminin həlli ilə bağlı müvafiq icra qurumlarına müraciət edirlər. Bu baxımdan, seçicilərim əmin olsunlar ki, mənə etimad göstərsələr, qanunverici orqanın təmsilçisi kimi onları layiqincə təmsil edəcəyəm.

Ümumiyyətlə, hansı seçki dairəsində olursa olsun, onların arzularını, istəklərini həyata keçirəcək potensiala malik olan şəxslər məhz YAP-ın namizədləridir. Ona görə ki, bu namizədlərin arxasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası dayanıb. YAP siyasi sistemimizin lokomotiv gücü, sütunu olaraq bu vaxta qədər çox böyük işlər görüb və bundan sonra da Azərbaycanın inkişafına öz müstəsna töhfəsini verəcək. İnanıram ki, məhz bu inkişafın davamlı olması üçün hörmətli seçicilərimiz YAP-ın namizədlərinə səs verəcəklər.

Mən bir daha seçiciləri fevralın 9-da fəal olmağa, daha güclü Azərbaycan naminə YAP-ın nümayəndələrinə səs verməyə çağırıram!

 
  • Oxunub:  4530  |  
  • Tarix:  29-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA