Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
A+   Yenilə  A-
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var

“Avropa Şurası Parlament Assambleyasının zaman – zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində paylaşdığı “AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi” sərlövhəli məqalədə bildirib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan surətli inkişaf və transformasiya dövrünü yaşayır. Onun seçdiyi yolun uğurlu davamı bir çox amillərlə yanaşı aşkarlığı, informasiya azadlığını, dünyaya açıqlığı nəzərdə tutur. Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi ölkəmizin seçdiyi yolla irəliləməsinə təkan verən əsas şərtlərdir. Eyni zamanda, Azərbaycan daim milli və dövlət maraqlarını üstün tutmasını da açıq və qəti şəkildə bəyan edir. Bütün məsələlərdə olduğu kimi söz və mətbuat azadlığına münasibət də Azərbaycanda Konstitusiyada və qanunlarda təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Azərbaycanın söz və mətbuat azadlığının geniş qorunduğu ölkələr sırasında olduğunu sübuta yetirən onlarla səbəb sadalamaq mümkündür.

YAP Sədrinin müavini vurğulayıb ki, bütün bunların fonunda AŞPA-nın yuxarıda qeyd olunan qətnaməsində Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı “repressiyalara” son qoymağa çağırması təəccüb doğurmaya bilməz. Təkcə onu demək kifayətdir ki, Avropanın nüfuzlu beynəlxalq qurumlarından biri olan AŞPA özünün uydurduğu “repressiyaların” nədən ibarət olmasını aydın şəkildə izah edə bilmir. Azərbaycana qarşı “ittihamları” əsaslandırmaq üçün bu mötəbər qurumun istifadə etdiyi 2 “arqumenti” nümunə olaraq gətirmək istəyirəm. Birinci arqumentin mahiyyəti ondan ibarətdir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Belə bir təklifin (yaxud tələbin) səsləndirilməsinin insan hüquqları və qanunun aliliyi prinsipləri baxımından nə dərəcədə doğru və ədalətli olmasını buraxaq vətəndaşların öz mühakiməsinə. Belə çıxır ki, AŞPA Azərbaycanı hansısa niyyətlər xatirinə tənqid etmək naminə jurnalistləri ayrıca bir kastaya ayırmaq dərəcəsinə qədər qeyri-demokratik yanaşma nümunəsi ortaya qoymaqdan belə çəkinmir. Əgər jurnalist qanunları pozursa, cinayət törədirsə, digərlərinə qarşı böhtan atır, günahsız insanları ən ağır şəkildə təhqir edirsə, deməli onlara qarşı heç bir hüquqi tədbir görülə bilməz və görülməməlidir. Bəs belə olan halda jurnalistin əməlləri nəticəsində təhqir olunan, mənəvi terrora məruz qalan insanların hüquqları necə qorunmalıdır?

AŞPA-nın məlum qətnaməsində Azərbaycana qarşı “iddia” həm də jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunması kimi absurd arqumentə əsaslanır. Guya hakimiyyət bu yolla jurnalistləri ələ alır. Azərbaycanda mənzilə ehtiyacı olan bir çox kateqoriyadan olan insanlar dövlət tərəfindən mənzillə təmin olunur. Bunların ən çoxsaylısı məcburi köçkünlərdir. Hər il Azərbaycan dövləti məcburi köçkünlərin evlə təmin olunması üçün yüz milyon manatlarla vəsait ayırır. Xatırlatmaq yerinə düşərdi ki, əhalinin bu kateqoriyasının məskunlaşdığı şəhərciklərin sayı artıq 100-ü keçib. Yaxşı olardı, AŞPA üzvü olduğu Azərbaycanın əhalisinin 10 faizinin, 1 milyon insanın Ermənistanın təcavüzü səbəbindən məcburi köçkün vəziyyətinə düşməsinə diqqəti çəkəydi, təcavüzkarın geri oturdulması, ədalətin bərpa edilməsinə azacıq töhfə verəydi. Lakin bunu etmək əvəzinə Azərbaycanı tənqid etmək üçün bəhanələr axtarır, olmayanda isə uydurur.

“Onu da deməliyəm ki, Azərbaycana qarşı təcavüzün qurbanları olan Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlilləri də dövlət tərəfindən mənzillərlə təmin olunur. Digər kateqoriyadan olan əhali də var ki, onlar da dövlətin güzəştli mənzillər proqramından faydalana bilirlər. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin ayrı-ayrı istiqamətləridir və AŞPA-nın jurnalistlərin mənzillərlə təmin olunmasına siyasi don geydirməyə çalışması, yumşaq desək, təəccüb doğurur. Ən azından, obyektiv yanaşma onu tələb edir ki, jurnalistlərə qayğı göstərməyə çalışan Avropa qurumu Azərbaycan hakimiyyətinin bu addımını təqdir etməli idi. Lakin AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyi əvvəlcədən proqramlaşdığından, onun alqoritmində hər hansı müsbət yanaşmaya yer yoxdur və jurnalistlərin mənzilə olan ehtiyaclarının ödənilməsinə dövlət yardımı mahiyyətcə, sosial ədalət baxımından təqdirəlayiq hadisə olmasına rəğmən, sözügedən qurumun tənqidinə tuş gəlib. Görünür, AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var. Belə olmasaydı, qurum Azərbaycanda jurnalistlərə və onların fəaliyyətinə münasibəti qiymətləndirərkən dövlət tərəfindən mövqeyindən asılı olmayaraq, bütün KİV-lərin borclarının dəfələrlə silinməsi ilə əlaqədar qəbul etdiyi qərarlar sözügedən qətnamənin qəbul olunmasına səs verənlərin yadına düşərdi. Lakin AŞPA qərarverənləri bu barədə susurlar, çünki onlara nəyin xatirinə olur-olsun ölkəmizi və hakimiyyəti tənqid etmək üçün “arqument” lazımdır.

Avropanın sözügedən mötəbər qurumunun Azərbaycana qarşı proqramlaşdırılmış növbəti qərəzli mövqeyi, əlbəttə, bizi məyus edir. Lakin hər cür qərəz ilk növbədə, AŞPA-nın nüfuzuna zərbə vurur, onun səviyyəsini aşağı salır, obyektivliyinə şübhə yaradır. Arzu edərdik ki, Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilat daşımalı olduğu missiyanı ləyaqətlə yerinə yetirsin, konyukturaya uymasın, ədalətsiz və qərəzli olmasın.

Demək istədiyim başqa bir şey də var. AŞPA-nın qərəzli qətnaməsi radikal müxalifəti deyəsən yaman sevindirib. Az qala toy-bayram edirlər. Nədənsə, Azərbaycana qarşı haradasa problem yaradılırsa, ölkəmizə kimlər tərəfindənsə iftiralar uydurulursa, radikallar sevinir. Görünür, vaxtilə bolşeviklərin tətbiq etdiyi taktikanı yaxşı mənimsəyiblər, ona görə də hər vəchlə çalışırlar ki, müxtəlif hesabatlarda Azərbaycan haqqında tənqidlər səsləndirilsin. Ancaq başa düşə bilmirlər ki, bizim üçün ən vacibi xalqın rəyidir. Xalq isə öz dövlətini sevir, Prezident İlham Əliyevə inanır və Onun siyasətini qətiyyətlə dəstəkləyir”-deyə, Əli Əhmədov qeyd edib.

 
  • Oxunub:  4470  |  
  • Tarix:  29-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA