Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir

Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir

29.01.2020 [14:45]

İyirmi bir saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasında Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə bağlı fəaliyyət planına müvafiq olaraq məntəqə seçki komissiyasının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər aparılır. Secki-2020.az saytı xəbər verir ki, yanvarın 29-da keçirilən treninqdə dairə seçki komissiyasının sədri Çingiz Dadaşov çıxış edərək maarifləndirici treninqlərin Milli Məclisə seçkilərin şəffaf və qanunauyğun təşkili üçün mühüm əhəmiyyətə malik olduğunu, iştirakçıları seçkilərə hazırlığın gedişi ilə bağlı hərtərəfli şəkildə məlumatlandırmağın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Sədr məlumat verib ki, dairə üzrə 29 seçki məntəqəsi fəaliyyət göstərir və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə MSK-nın Treninq Qrupu tərəfindən yerlərdə keçirilən treninqlərin cədvəli, eləcə də səsvermə günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə əlaqədar təqdimatlar və slaydlarla izahlı şəkildə məlumatlandırırlar.

Sədrin verdiyi məlumata görə, fevralın 9-da keçiriləcək seçkilərdə məntəqələrdə 34 min 395 seçici səs verəcək. Onlardan 50 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Seçicilərin 1005 nəfəri yaşı 80-dən 100-dək olanlardır. İndiyədək 20 minədək seçiciyə bildiriş göndərilib və bu, dairə üzrə ümumi seçicilərin 57-58 faizini təşkil edir. Seçki gününə 7 gün qalana qədər bütün bildirişlər ünvana çatdırılmalıdır.

Milli Məclisə seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran sədr onu da qeyd edib ki, dairə üzrə 10 namizəd deputat mandatı əldə etmək uğrunda mübarizə aparacaq. Seçkiləri izləmək üçün dairədə indiyədək 438 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb, məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə bəzi məntəqələrdə veb-kameralar quraşdırılıb.

Treninqlər zamanı iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin hüquq və vəzifələri, onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti barədə məlumat verilib. Həmçinin müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər sənəd nümunələri təqdim edilib.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30