Ana səhifə »  Qəzetin pdf formatı »  Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
A+   Yenilə  A-
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Yanvarın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində muxtar respublikada əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilib. Ət-süd emalı müəssisələrinin yaradılması muxtar respublikanın bütün rayonlarında əhalinin əsas məşğulluq sahəsi olan heyvandarlığın inkişafına səbəb olub. 2019-cu ildə muxtar respublikada heyvandarlıq sahəsinə 9 milyon 982 min manatdan artıq kredit verilib. Hazırda muxtar respublikada 115 min 620 baş iribuynuzlu, 704 min 57 baş xırdabuynuzlu heyvan, 1 milyon 307 min baş quş və 99 min 798 arı ailəsi saxlanılır. Yeni baytarlıq idarələri və məntəqələrinin tikilməsi, laboratoriyaların qurulması, süni mayalanmanın tətbiqi heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına səbəb olub. Muxtar respublikada biotəhlükəsizliyin qorunması da diqqətdə saxlanılıb, Dövlət Baytarlıq Xidməti dərman və bioloji preparatlarla təchiz olunub, profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılıb, epizotiya əleyhinə ardıcıl tədbirlər görülüb.

Babək Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Həsənov kollektiv adından minnətdarlıq edərək deyib: Muxtar respublikada hər bir sahədə olduğu kimi, baytarlıq xidmətində də əsaslı inkişafa nail olunub. Babək Rayon Baytarlıq İdarəsinin inzibati binasının istifadəyə verilməsi bu tədbirlərin davamıdır. Binada işçilər üçün nümunəvi iş şəraiti yaradılıb, həmçinin analizləri yüksək səviyyədə aparmaq üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya yaradılıb. Hazırda rayon ərazisində epizootik vəziyyət tam sağlamdır. Yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəyik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin etmişdir. Kənd təsərrüfatının inkişafında əsas sahələrdən biri də baytarlıq təbabəti və baytarlıq xidmətinin təşkildir. Çünki bu sahədə lazımi şəraitin yaradılması, müasir avadanlıqların alınması, eləcə də kadrlarla təminat heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafına şərait yaradır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada baytarlığın inkişafı üçün lazımi tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar fəaliyyət göstərir. Həmçinin baytarlıq idarələri və məntəqələri üçün lazımi iş şəraiti yaradılır, süni mayalanmanın tətbiqi ilə bağlı tədbirlər görülür. Epizootik tədbirlərin görülməsi üçün dərmanlarla təminat vaxtında həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada bu sahədə sabitlik vardır. Hər bir ölkənin müstəqil yaşaması üçün ərzaq təhlükəsizliyinin təmin olunması vacib məsələdir. Baytarlıq xidmətinin düzgün təşkili də həm əhalinin təsərrüfatının, əmlakının qorunmasına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına, insanların sağlamlığına, onların keyfiyyətli heyvandarlıq, quşçuluq və arıçılıq məhsulları ilə təminatına imkan verir. Hazırda ölkəmizdə bu məsələyə xüsusi diqqət yetirilir.

Qeyd olunub ki, kənd təsərrüfatının inkişafı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı rayonudur. Əhalinin 70 faizi kəndlərdə yaşayır və bu sahə ilə məşğul olur. Bu da baytarlıq xidmətinin təşkilini zəruri edir. Çünki mal-qaranın normal artımı və sağlamlığı təmin olunmasa, bu sahəyə maraq da azalar, ərzaq təhlükəsizliyinin təmin olunmasında çətinliklər yaranar. Ona görə də baytarlıq xidmətinin təşkili qarşıda duran əsas vəzifələrdəndir. Bu vəzifələrin icrası üçün lazımi şərait yaradılıb. Babək rayonu muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir. Kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, arıçılıq, quşçuluq sahələri rayonda inkişaf etdirilir. Hazırda rayonda 15 mindən yuxarı iribuynuzlu, 143 minə yaxın xırdabuynuzlu heyvan, 330 minə yaxın quş, 15 minə yaxın arı ailəsi saxlanılır. Rayonda süni mayalanma işi də yaxşı təşkil olunub. Belə ki, təsərrüfatlarda saxlanan 15 mindən artıq iribuynuzlu heyvanın 9 faizi bir il ərzində süni mayalanma yolu ilə alınmış cins buzovlardır. Bu da göstərir ki, bir neçə il ərzində rayonda mal-qaranın cins tərkibi tamamilə dəyişiləcəkdir.

“Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəliklər yoxdur”, - deyən Ali Məclisin Sədri kollektivin timsalında muxtar respublikanın bütün baytarlıq təbabəti xidmətinin əməkdaşlarına təşəkkürünü bildirib, bundan sonra da Babək rayonunda heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd edib, kollektivə işlərində uğurlar arzulayıb.

Sonra binaya baxış olub.

Məlumat verilib ki, Babək Rayon Baytarlıq İdarəsi baytarlıq laboratoriyası, baytar sanitar ekspertiza laboratoriyası və 29 sahə baytar məntəqəsini əhatə edir. Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Zirzəmidə parazitologiya, bakteriologiya və serologiya şöbələri, dərman və boyaq maddələrinin saxlanc otağı, yeməkxana, anbar və qazanxana vardır. Birinci mərtəbədə iş otaqları, ikinci mərtəbədə 2 baytar həkimi otağı, sahə baytar məntəqəsi və texniklər üçün otaqlar, süni mayalanma avadanlıqlarının saxlanc otağı, arxiv və 26 yerlik iclas zalı yerləşir.

Baytarlıq İdarəsi mikroskop, termostat, distilyator, sentrafuqa, sterilizator, analiz aparatları, maye azot tankı, süni mayalanma çantası və digər lazımi avadanlıqlarla təmin olunub.

Həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, suvarma və işıqlandırma sistemləri, eləcə də yandırma quyusu qurulub.

Ali Məclisin Sədri baytarlıq sahəsində Dövlət Proqramının hazırlanması və xidmətin təşkilində maarifləndirməyə diqqətin artırılması barədə aidiyyəti üzrə tapşırıqlar verib.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  29-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7