Ana səhifə »  Qəzetin pdf formatı »  Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
A+   Yenilə  A-
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib

Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Sədr Fərhad Abdullayev ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan başqa 2019-cu ilə dair sorğu və müraciətlər də daxil olub. Hesabat dövründə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib. Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranmış hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektorları müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Qeyd olunub ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf edib. Konstitusiya Məhkəməsi Plenumu qəbul etdiyi bütün qərarlarda dövlətdaxili qanunvericiliklə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə diqqət yetirir.

Sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Konstitusiyasında və Fərmanda əks olunmuş əhəmiyyətli aspektlər Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün mühüm istiqamətləri müəyyənləşdirib.

Fərhad Abdullayev bildirib ki, dövlətimizin başçısının bu Fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması üçün mühüm hüquqi təməldir.

Sədr diqqətə çatdırıb ki, son illər ədalət mühakiməsinin inkişafı ilə bağlı baş vermiş müsbət dəyişikliklər bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Bütövlükdə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində proqram xarakterli sənədlər qəbul edilib, məhkəmələrin infrastrukturunun yenilənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni nəsil hüquqşünasların formalaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.

Həmçinin qeyd olunub ki, ötən il Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsi yenilənib. Yeni internet səhifəsi müasir tələblərə cavab verərək, vətəndaşların ərizə və şikayətlərinin qəbulu və operativ şəkildə baxılması üçün daha geniş imkanlar yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi və hakimləri yubiley medalı ilə təltif olunub. Sədr Məhkəmənin fəaliyyətinə və onun kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə kollektivin adından bir daha dərin minnətdarlığını ifadə edib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin kollektivinin bu yüksək etimadı layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacağını bildirib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikri əsas götürülərək, bununla bağlı Aparatın müvafiq şöbələrində vətəndaşların ərizə və şikayətləri diqqətlə araşdırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Konstitusiya Məhkəməsində vətəndaşların müraciətləri diqqətlə dinlənilir və araşdırılır. Müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyə uyğun qaydada həll olunması üçün müvafiq tədbirlər görülür. Konstitusiya Məhkəməsinə daxil olan ərizə və şikayətlərin araşdırılmasına 2020-ci ildə ciddi diqqət yetirilməlidir.

Fərhad Abdullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində insanların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaratmaqla, Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul olunmuş qərarların hüquqtətbiqetmə təcrübəsinə müsbət təsir göstərməyə xidmət edir.

Sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısında gənclərin potensialından daha səmərəli istifadə olunması və ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsi vəzifəsi qoyulub. Bununla əlaqədar fevralın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri tərəfindən Məhkəmənin Aparatında könüllülərin fəaliyyətini təşkil etmək məqsədilə İşçi Qrupunun yaradılması haqqında Əmr imzalanıb. İl ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü fəaliyyətə cəlb edilən 17 nəfərə Məhkəmə tərəfindən xüsusi sertifikatlar və xasiyyətnamələr təqdim olunub.

Sədr xüsusi vurğulayıb ki, Konstitusiya Məhkəməsi Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan olunması barədə dövlətimizin başçısının 2019-cu il 30 dekabr tarixli Sərəncamını rəhbər tutaraq, cari ildə könüllülərlə işi daha da inkişaf etdirəcək.

Bildirilib ki, ötən ilin nəticələrindən irəli gələn məsələlərlə bağlı bütün məhkəmələrə hüququn tətbiqi və dürüst başa düşülməsi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib.

Hesabat tədbirinə yekun vuran Konstitusiya Məhkəməsinin Sədri 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələrini və Aparatın qarşısında duran vəzifələrlə bağlı tapşırıqlarını verib.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  28-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA