Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
A+   Yenilə  A-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub

Yanvarın 24-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sistemli çoxşaxəli islahatlar sayəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edildiyini vurğulayıb.
Qeyd edilib ki, mərkəzində Azərbaycan vətəndaşı və onun mənafeləri dayanan dövlət siyasətinin reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın bütün sektorlarında əhəmiyyətli irəliləyişə, əhalinin rifah halının yaxşılaşdırılmasına və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə xidmət edib. Bir çox digər sektorlarda olduğu kimi, xüsusi sosial-iqtisadi əhəmiyyətə malik olan şəhərsalma və tikinti fəaliyyətinin təşkilində də hesabat dövründə ciddi islahatlar həyata keçirilib, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm layihələrin icrası davam etdirilib. Prezidentin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli Fərmanına və şəhərsalma proseslərini planlı, sistemli və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun təşkil etmək, bu sahədə dövlət nəzarətini gücləndirmək məqsədilə qəbul etdiyi digər qərarlara əsasən, komitənin bununla əlaqədar məsuliyyəti artırıb, yeni fəaliyyət istiqamətləri üzrə işi 2019-cu ildə də uğurla yerinə yetirib.
A.Quliyev vurğulayıb ki, komitənin mütəxəssisləri tərəfindən hesabat ilində tikinti sifarişçiləri ilə aparılan maarifləndirmə işi və qurulmuş qarşılıqlı əməkdaşlıq nəticəsində hazırlanan və baxılması üçün komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur. Genişləndirilmiş səlahiyyətləri çərçivəsində komitənin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 milyon 647 min 211 kvadratmetrdir ki, bu sahənin 2 milyon 520 min 808 kvadratmetr hissəsini mənzillər təşkil edəcək. Eyni zamanda, hesabat dövründə Komitə tərəfindən Bakı şəhərində ümumi sahəsi təqribən 1 milyon kvadratmetr təşkil edən tikinti obyektlərinin inşasına icazələr verilib. Bununla yanaşı, hesabat ilində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri üzrə ümumi sahəsi 10 milyon 397 min 148 kvadratmetr təşkil edən tikinti obyektlərinin istismarına icazə verilib ki, bu sahənin 7 milyon 154 min 15 kvadratmetr hissəsi mənzillərin payına düşür. Bunlardan ümumi sahəsi 9 milyon 532 min 857 kvadratmetr, mənzillərin sahəsi isə 6 milyon 736 min 933 kvadratmetr təşkil edən yaşayış binalarının istismarına icazə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanına uyğun olaraq verilib.
Komitə sədri qeyd edib ki, ötən illər ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu inqilabi Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib. Sözügedən Fərman çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş müsbət rəylər əsasında Bakı şəhəri üzrə komitə tərəfindən, ölkənin digər şəhərləri üzrə isə aidiyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş istismara icazələr əsasında ümumilikdə 74 min 46 ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiq olunması mümkün olacaq.
A.Quliyev çıxışında dövlətimizin başçısının tikintiyə və istismara icazə prosedurunun rəqəmsallaşdıraraq sadələşdirilməsi, sahibkarlar üçün rahat və şəffaf olması ilə bağlı Komitə qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində 2019-cu ildə görülmüş işlərə də toxunub.
Bildirilib ki, dövlət başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli Fərmanına əsasən, Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən elektron müraciət sistemi hazırlanaraq istifadəyə verilib. Məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən “Bir pəncərə” sisteminə hesabat dövründə onlarla istifadəçinin elektron formada edilmiş müraciəti Komitənin mütəxəssisləri tərəfindən emal olunaraq elektron qaydada icazələr verilib. Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur. İstifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, hesabat dövründə aparılmış təkmilləşdirilmə nəticəsində 2019-cu ilin sonuna ölkənin 56 yerli icra hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinin sistemə qoşulması təmin edilib, ölkənin digər şəhərlərində də elektron icazələrin verilməsi üçün şərait yaradılıb.
O da vurğulanıb ki, “Bir pəncərə” elektron sisteminin təkmilləşdirilməsi işi davam etdirilir və bir neçə gün öncə ekspertizası tələb olunan obyektlərin də istismarına icazələrin portal vasitəsilə verilməsinə test rejimində başlanılıb. Şəffaflığın təmin edilməsi üçün icazə icraatında tələb olunan ödənişlərlə bağlı kalkulyator hazırlanaraq “birpencere.arxkom.gov.az” portalında yerləşdirilib, habelə icazə icraatında həyata keçiriləcək ödənişlər elektronlaşdırılıb. Perspektivdə bu növ obyektlərin həm də tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və birbaşa nəzarəti ilə son illər ərzində paytaxt Bakı və ölkənin digər şəhərlərində böyük quruculuq və abadlaşdırma işləri aparılır, xalqın tarixi-memarlıq irsinin qorunmasına xüsusi diqqət ayrılır, şəhər infrastrukturu təkmilləşdirilir, yeni möhtəşəm binalar, parklar, yaşayış kompleksləri, biznes mərkəzləri istifadəyə verilir. Dövlətimizin başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş əsas vəzifələrdən biri şəhərlərimizin gələcək səmərəli inkişafını təmin etmək məqsədilə şəhərsalmanın planlı və sistemli aparılması, əsas ərazi planlaşdırılması sənədlərinin aparıcı dünya təcrübəsi nəzərə alınaraq hazırlanmasıdır.
Bildirilib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş Planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib. Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış “AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının Baş Planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə komitə tərəfindən yaradılmış qurumlararası işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-dək ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilib, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılıb. Bakı şəhərinin Baş Planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, qeyd olunub ki, komitə tərəfindən respublikanın digər şəhərlərinin Baş Planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsi prosesi də davam edib. 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin Baş Planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə başlanılan daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) Baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir. Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib.
A.Quliyev, həmçinin şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verməyən tikintilərlə mübarizə sahəsində görülmüş işlər, Komitənin bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığı mövzusuna da toxunub. Deyib ki, keçən il komitə tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb. Bununla yanaşı, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib olunub.
Daha sonra Komitənin Aparatının vəzifəli şəxsləri 2019-cu ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.
İclas çərçivəsində komitə tərəfindən hazırlanmış 3 texniki normativ hüquqi akt layihəsi müzakirəyə çıxarılaraq kollegiyanın qərarı ilə təsdiq olunub.

 
  • Oxunub:  1950  |  
  • Tarix:  25-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6