Ana səhifə »  Qəzetin pdf formatı »  33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
A+   Yenilə  A-
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb

Yanvarın 22-də “Bakı” kinoteatrında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə ilk görüşü keçirilib.

YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova ölkəmizin mühüm siyasi kampaniya-növbədənkənar parlament seçkiləri ərəfəsində olduğunu önə çəkərək bildirdi ki, xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, ən böyük siyasət dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, real işlərdir. Real işlər isə göz qabağındadır. Azərbaycan inkişaf edir, gündən-günə qüdrətlənir, müasirləşir, gələcəyə böyük inamla irəliləyir.

Yeganə Qurbanova namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürülən YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən illərdə millətin təmsilçisi kimi gördüyü işlərdən, partiyanın, eyni zamanda seçicilərin etimadını doğrultması istiqamətində göstərdiyi səylərdən, bir vətəndaş kimi şəxsi keyfiyyətlərindən, yaradıcılıq fəaliyyətindən geniş bəhs edərək bildirdi ki, Hüseynbala Mirələmov fikrində, əqidəsində, inamında çox dönməz və ardıcıl bir şəxsdir.

Namizədin vəkili, tibb elmləri doktoru, professor Vəsadət Əzizov H.Mirələmovun portretini seçicilərə belə təqdim etdi - Yüksək ixtisaslı mütəxəssis, böyük nüfuza malik olan alim, tanınmış yazıçı, görkəmli ictimai-siyasi xadim, fədakar ziyalı, qayğıkeş, vətənpərvər, səmimi insan.

Vəsadət Əzizov bildirdi ki, seçicilərinin hər bir təklifinə, müraciətinə böyük təmkinliklə yanaşan, onların həlli istiqamətində ciddi səylər göstərən Hüseynbala Mirələmov təmsil olunduğu partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına, irsinə, böyüklüyünə və ucalığına daim sədaqəti ilə tanınır, böyük nüfuz qazanıb.

Namizədin vəkili bir daha seçicilərə müraciət edərək onları qarşıdan gələn növbədənkənar parlament seçkilərində daha fəal olmağa, layiqli namizədə səs verməyə çağırdı.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli qeyd etdi ki, seçici etimadını qazanan, daim seçicilərin arasında olan və onların qayğıları ilə yaşayan H.Mirələmovun geniş təqdimata ehtiyacı yoxdur: “Onun adı çəkiləndə hər kəsin gözü qarşısında özünün yaradıcılığının əsas motivində dayanan vətənpərvər, yüksək insani keyfiyyətlərə, real baxışlara malik şəxsiyyət obrazı canlanır. Hər bir seçici müraciətinin həllini tapması Hüseynbala Mirələmovun fəaliyyətinin əsasını təşkil edir. Seçici-deputat münasibətlərinin lazımi səviyyədə qurulması, səmimiyyətin, birliyin yaradılması bu gün Hüseynbala Mirələmovun yenidən parlamentdə təmsil olunacağına əminliyi artırır”.

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov namizədin gənclərə diqqət və qayğısından söz açıb: “Biz gənclərin üzərinə düşən əsas məsuliyyət 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edib, Hüseynbala Mirələmov kimi dövlətini, xalqını sevən namizədlərə səs verməkdir”.

Seçici Çingiz İsmayılov Hüseynbala Mirələmovun yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vacib amillərdən olan həqiqətlərimizin təbliği istiqamətində göstərdiyi səylərdən, cəbhə xəttində əsgərlərimizlə görüşlərindən, onlarda qələbə ruhunu, sevincini yaşatmasından geniş bəhs etdi. Bildirdi ki, belə Vətən oğulları ilə qürur duymalıyıq.

Filologiya elmləri doktoru, professor Elman Quliyev Hüseynbala Mirələmovun fəaliyyətinin yaradıcılıq istiqamətinə diqqəti yönəltdi. Vurğuladı ki, ərsəyə gələn hər bir əsəri, işıq üzü görən hər bir kitabı zəngin mənbədir. O mənbə ki, daim tariximizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, ən əsası vətənpərvərlik ruhunun aşılanmasına bir çağırışdır.

Seçicilərdən Aidə Hüseynzadə, Mənzər İsmayılova və başqaları çıxış edərək Azərbaycanın xoşbəxt gələcəyi naminə ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildirdilər. Onlar Hüseynbala Mirələmovun deputatlıq fəaliyyəti dövründə seçicilərinə diqqət və qayğısından, problemlərinin həlli yönümündə gördüyü işlərdən danışaraq, belə namizədə dəstək olmağın vacibliyini önə çəkdilər.

Deputatlığa namizəd, YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov deputat olduğu illərdə xeyli sayda qanunların hazırlanmasında və qəbul olunmasında iştirakından, seçiciləri ilə görüşlərindən, onların müraciətlərinə yüksək dəyər verməsindən və onları lazımi səviyyədə cavablandırmasından geniş bəhs edərək bildirdi ki, yeni dövrün tələblərinə uyğun olaraq parlamenti qarşıda daha böyük işlər gözləyir, yeni dövrün vəzifələri daha böyükdür: “Gələcəyə inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti, son 16 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərtlərdir. Azərbaycan bu gün elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir. Vaxtilə seçkilərə “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının bugünkü devizi “Daha güclü Azərbaycan naminə”dir. Bu gün Azərbaycanın hər bir vətəndaşı iqtisadi inkişafı özünün gündəlik həyatında hiss edir, qarşıdan gələn ilin ötən ildən daha uğurlu olacağına böyük inam ifadə edilir”.

Hüseynbala Mirələmov bir daha vurğuladı ki, YAP-ın seçki proqramında əsas hədəflər öz əksini tapıb. Həmin hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi əsasdır. Seçiciləri fəal olmağa çağıran H.Mirələmov seçki hüququndan istifadə edib layiqli namizədə səs verməyin vacibliyini diqqətə çatdırdı.

Yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşdə yüksək əhval-ruhiyyə bir daha onu göstərirdi ki, xalq həmişə olduğu kimi, bu seçkilərdə də “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  23-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA