Ana səhifə »  Qəzetin pdf formatı »  Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
A+   Yenilə  A-
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində yanvarın 22-də Moskvada “Dostlar məclisi” ("Вечер для друзей") adlı konsert olub.

AZƏRTAC xəbər verir ki, Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq “Bakı” mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib. Yubilyarı təbrik edənlər arasında qızı Leyla, oğlu, gənc dirijor Murtuza, nəvəsi Anna da var idi.

Gecənin aparıcısı, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman, kinorejissor Yuli Qusman, Rusiyanın Xalq artisti Lev Leşenko, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxışlarında Polad Bülbüloğlunu sədaqətli dost, görkəmli bəstəkar və müğənni, məharətli diplomat, müdrik insan, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndiriblər. Çıxış edənlər onun dahi Bülbülün oğlu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdırıblar. Səhnədə quraşdırılmış ekranda Polad Bülbüloğlunu həyat yolunda müşayiət edən insanlar – ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, sənət dostları və həmkarları canlanıb.

Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirərək deyib: “Çox şadam ki, bu konsert baş tutdu. Çoxdandır ki, oxumurdum. Axırıncı dəfə beş il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Şadam ki, zal dolu idi, pərəstişkarlarım gəlmişdi. Azərbaycan musiqisinin Moskvanın mərkəzində səslənməsi məni qürurlandırır. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert verəcəyəm. İndi ona hazırlaşırıq”.

Gecənin qonaqları Polad Bülbüloğlu haqqında fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər:

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko: “Söz tapa bilmirəm, emosiyalarım aşıb-daşır. Nostalji hislər keçirdim. O, parlaq bəstəkar, parlaq müğənnidir. Onun hitə çevrilmiş bütün mahnılarını özü ilə birlikdə oxumaq istəyirsən”.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin: “Polad Bülbüloğlunun ifasını Sovet İttifaqı kimi nəhəng bir ölkənin xalqı alqışlayırdı. Elə indi də həm Azərbaycanda, həm də Rusiyada, MDB-nin digər ölkələrində milyonlar onu sevməkdə, yaradıcılığını qiymətləndirməkdə davam edir, çünki onun həyat və yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifəsidir”.

Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov: “Bu gün Moskvada yaşayıb, qəlbən hər zaman Bakı ilə olanlar üçün əlamətdar gündür. Bu gün sevimlimiz Polad Bülbüloğlunun 75 illik yubileyini qeyd edirik. O, hər cəhətdən unikal insandır. Mən onu həm dostluq, həm ifaçılıq sənəti, həm bəstəkarlıq sahəsində dünya çempionu adlandırardım. Şübhəsiz ki, o, həm də müasir dövrümüzün görkəmli diplomatıdır. Mənim əziz dostum Mixail Qusman da bu günlər yubileyini qeyd edir. Biz onunla 40 ildən artıqdır ki, tanışıq. Hələ sovet dövründə gənclər təşkilatında birgə işləmişik. Mən Rusiyada yaşayan bütün azərbaycanlıları bu iki yubiley münasibətilə təbrik edirəm”.

Federasiya Şurası Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçyov: “Polad Bülbüloğlu şəxsiyyətinin böyüklüyü mənim üçün onun insanların qəlbində tutduğu yer ilə ölçülür. Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata, insanlara münasibəti bizim hamımız üçün nümunə olub. Mən Polad Bülbüloğlunu özümə müəllim hesab edirəm. O, nə yaradıcılığında, nə diplomatiyada, nə də həyatında heç zaman xaric tonlara yol verməyib. Polad Bülbüloğlu çətin missiya yerinə yetirir. Ümumiyyətlə, onun heç asan missiyası da olmayıb. O, hər zaman yüksəklərdə olub və mən ona bu səviyyəni hər zaman qorumağı arzu edirəm”.

“Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri, M.Qorki adına Kinostudiyanın direktoru Yuliana Slaşyova deyib: “Polad Bülbüloğlunun gəncliyinə, gümrahlığına bugünkü 18 yaşlı artistlər həsəd apara bilərlər. Mən onun mahnıları ilə böyümüşəm, uşaqlığımda sevə-sevə baxdığım filmlərdən musiqiləri eşitmək çox xoşdur. Polad Bülbüloğlunun sonsuz həyat eşqinin şahidi olanda, ruhun yenidən doğulmasına, gəncliyin sonsuzadək davam edə bilməsinə inanırsan. Mən bu günlərdə Bakıda baş tutacaq dəyirmi masada iştirak etməyi nəzərdə tutmuşam. Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa, o cümlədən kino və animasiya sahəsində layihələrdən danışacağıq. Düşünürəm ki, bizim çox böyük əməkdaşlıq perspektivlərimiz var”.

NTV telekanalı Baş direktorunun müavini Timur Vaynşteyn: “Bu gün Moskva ictimaiyyəti üçün əlamətdar gündür. Bu gün Polad Bülbüloğlunu dinləməyə gələnlər arasında onun xeyli pərəstişkarları var. 75 yaşlı müğənninin 2 saat yarım canlı, orkestrin müşayiəti ilə oxuması sonsuz alqışlara layiqdir. Mən onun Moskvada keçirilən yubileylərindən birində “Bakılı oğlanlar” Komandası ilə birlikdə çıxış etməyimizi xatırlayıram. Bu gün Mixail Qusmanı da təbrik etmək istəyirəm. O, mən hələ dünyaya gəlməmişdən məni tanıyıb. Mixail Solomonoviç məni doğum evindən evimizə gətirib. Onun “Bakinski raboçi” qəzetində mənim dünyaya gəlməyim xəbərini o zaman Bakıda olmayan atama çatdıran telefonçu qız barədə dərc etdiyi məqaləni hələ də yadigar saxlayıram”.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy: “Polad Bülbüloğlu keçmiş SSRİ məkanında ilk addımlarını 1960-cı illərdə Ümumittifaq radiosunun redaksiyasında atıb. Sonradan o, 2006-cı ildə Moskvaya fövqəladə və səlahiyyətli səfir təyin edilib: “Bir dəfə MDB Mədəniyyət nazirlərinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə mən Poladın ən yaxşı və təcrübəli nazir olduğunu deməyə cəsarət etdim. Heydər Əliyev bu fikrimə gülümsəyərək belə cavab verdi: “Düşünürəm ki, mən onu hələ rəndələyirəm...”. “Deməli, sizin mədəniyyət naziri dünyanın ən “rəndələnmiş” naziri olacaq”, - deyə fikrimi söylədim. Prezident İlham Əliyev Poladı nahaq yerə Moskvaya səfir təyin etməyib. Hələ yaradıcılığı dövründə və nazir olduğu vaxtlarda o, Moskvada çox qapıları və ürəkləri inamla açırdı. Polad Bülbüloğlu həm musiqidə, həm diplomatiyada, həm də dostluqda istedadlıdır”.

 
  • Oxunub:  1770  |  
  • Tarix:  23-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA