Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib

AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib

22.01.2020 [16:55]

Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasın gündəliyi barədə məlumat verib.

Sonra Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin ölkədə “Nəsimi ili” elan etməsinin ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib. İsa Həbibbəyli Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin yaradıcılığının əhəmiyyətini təbliğ etmək məqsədilə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramı hazırladığını və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər görüldüyünü, tədbir çərçivəsində elmi sessiya, beynəlxalq elmi konfrans keçirildiyini, sərgi nümayiş etdirildiyini, bölmənin tərkibinə daxil olan institutların əməkdaşları tərəfindən Nəsimi irsinə dair bir sıra kitab və monoqrafiyaların nəşr olunduğunu diqqətə çatdırıb. Bölmənin müəssisələri tərəfindən müxtəlif dövlət qurumları, nazirliklər, ali təhsil müəssisələri, yerli və beynəlxalq təşkilatlarla birgə tədbirlər keçirildiyini vurğulayan akademik bildirib ki, yubiley çərçivəsində institut əməkdaşlarının kollektiv biblioqrafik göstərici, fənn-proqramlar, 36 kitab, o cümlədən 16 monoqrafiya nəşr edilib, “Nəsiminin anadilli əsərlərinin ensiklopedik-izahlı lüğəti”nin I cildi çapdan çıxıb. Azərbaycan Respublikasının Bolqarıstan, Moldovada və Serbiyadakı səfirliklərinin təşəbbüsü və dəstəyi ilə Nəsiminin dünya dillərinə tərcümə edilmiş seçmə əsərlərindən ibarət kitabların təqdimat mərasimləri keçirilib. AMEA-nın I vitse-prezidenti Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icra vəziyyəti, eləcə də ölkə başçısı tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və mütəfəkkirlərinin yubileylərinin qeyd olunması ilə bağlı imzalanan sərəncamlarından irəli gələrək həyata keçirilmiş tədbirlər barədə söz açıb.

Bundan başqa, 2019-cu ildə bölmə üzrə müxtəlif sahələri əhatə edən 13 lüğətin, xüsusən də ictimaiyyətin gözlədiyi orfoqrafiya lüğətinin hazırlanması başa çatdırılıb. Lüğətin fevral ayında çapı nəzərdə tutulur.

Qeyd edilib ki, bölmə üzrə il ərzində 23 respublika elmi konfransının, 11 beynəlxalq elmi konfransın, 16 yubiley tədbirinin, 3 dəyirmi masanın keçirilməsi də elmi mühitin canlandırılmasına səbəb olub.

Bölmə üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsindən danışan akademik elektron elmin vəziyyəti, elmi tədqiqat xarakterli fəaliyyət sahələri üzrə müntəzəm olaraq institutların saytlarına materiallar yerləşdirildiyini qeyd edib. Sosial şəbəkələrdə institutda keçirilən tədbirlər haqqında məlumatlar, ədəbiyyatşünaslığa dair maarifləndirici informasiya resurslarının yer aldığı vurğulanıb. Saytda jurnalların elektron variantlarını oxumağın və onlayn olaraq məqalə göndərməyin mümkün olduğunu nəzərə çatdıran akademik nəşriyyat fəaliyyətinə də toxunub. Qeyd olunub ki, bölmə üzvləri tərəfindən hesabat ilində 50-yə yaxın kitab, 300-dən çox məqalə çap olunub, həmin əsərlərin bir qismi xarici ölkələrdə işıq üzü görüb. Hesabat ilində bölmənin alimləri tərəfindən 11-i xaricdə olmaqla 188 kitab, 14-ü xaricdə olmaqla 102 monoqrafiya, 291-i xaricdə olmaqla 2198 məqalə və 82-si xaricdə olmaqla 446 tezis nəşr olunub. İmpakt faktorlu jurnallarda əməkdaşların 42 məqaləsi dərc edilib və elmi işçilərin əsərlərinə istinadların sayı 500-ü ötüb. Hesabat ilində 15 adda dərslik çap olunub.

Beynəlxalq əlaqələr barədə məlumat verən I vitse-prezident bölmənin elmi müəssisələrinin Özbəkistan, Türkmənistan, Türkiyə, Pakistan, Koreya və digər ölkələrlə əməkdaşlığından söz açıb.

Kadr potensialı barədə göstəriciləri diqqətə çatdıran akademik İsa Həbibbəyli Humanitar Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində AMEA-nın yeddi həqiqi və altı müxbir üzvünün fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, hazırda bölmənin elmi müəssisələrində 246 dissertant təhsil alır.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30