Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 32 saylı Suraxanı III seçki dairəsində seçkiləri izləmək üçün 103 nəfər qeydiyyatdan keçib

32 saylı Suraxanı III seçki dairəsində seçkiləri izləmək üçün 103 nəfər qeydiyyatdan keçib

20.01.2020 [17:09]

Milli Məclisə fevralın 9-na təyin edilmiş seçkilərlə əlaqədar olaraq 32 saylı Suraxanı III seçki dairəsində hazırlıq prosesi uğurla davam edir. Bu barədə secki-2020.az saytına dairə seçki komissiyasından (DSK) məlumat verilib.

O bildirilib ki, Mərkəzi Seçki Komissiyasından (MSK) verilən təlimata uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı əsasında bütün zəruri işlər həyata keçirilir. “Dairə üzrə 21 namizəd qeydə alınıb. 32 saylı Suraxanı III seçki dairəsinə 39 məntəqə daxildir, bütün məntəqələr lazımi avadanlıqlarla tam təchiz edilib. 10 məntəqədə veb-kameralar quraşdırılıb və tam hazır vəziyyətdədir. İndiyə qədər heç bir neqativ halla qarşılaşmamışıq”.

Qeyd olunub ki, 32 saylı Suraxanı III seçki dairəsində seçicilərin sayı 39 min 210 nəfərdir və seçkiləri izləmək üçün 103 nəfər qeydiyyatdan keçib.

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30