Ana səhifə »  Qəzetin pdf formatı »  Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
A+   Yenilə  A-
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var

Hüseynbala Mirələmov

Yeni Azərbaycan Partiyasının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi, YAP Xətai rayon təşkilatının sədri

 

Ötən il ölkəmizdə "Nəsimi ili” kimi yadda qaldı. Xalqımızın yetirdiyi bu böyük mütəfəkkirin 650 illik yubileyinə həsr olunmuş dövlət əhəmiyyətli tədbirlərlə Azərbaycan öz inkişafını, keçmişini, bu gününü və gələcəyini milli köklər üzərində qurduğunu, milli-mənəvi dəyərləri ən böyük sərvət bildiyini, gənc nəsli də milli ruhda, ənənəvi dəyərlər işığında tərbiyə etdiyini sərgilədi. "Nəsimi ili”nin Azərbaycanın müxtəlif məkanlarında gənc könüllülərin iştirakı ilə 650 min ağacın əkilməsi ilə tamamlanmasının, cənab İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə ağacəkmə tədbirlərində şəxsən iştirakının, İmadəddin Nəsiminin qardaşı Şah Xəndanın Şamaxıdakı türbəsinin ziyarətinə getməsinin, burada aparılan abadlıq işlərinin və 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin də şəxsən mənim üçün çox böyük rəmzi mənası var. Bunlar zahirən fərqli tədbirlər kimi nəzərə çarpsa da, hamısı böyük bir hadisənin, ümumi bir mənzərənin parçaları kimi birləşir.

Prezident İlham Əliyev Nəsimi, Şah Xəndan kimi tarixi şəxsiyyətlərimizə verdiyi dəyərlə xalqımıza öz böyüklüyünü dərk etdirir, bu fikir xəzinəsinə sahib xalqa kimlərinsə yuxarıdan aşağı baxmasına haqqının olmadığını göstərir.

İlham Əliyev "Nəsimi ili”ndən sonrakı ili "Könüllülər ili” elan etməklə xalqın mənəvi dünyasının ən dərin qatlarından gələn düşüncə xəzinəsini, ali dəyərləri gənc nəslə, gələcəyimizə ötürür. Fikrimizi obrazlı ifadə etsək, bir il əvvəl Nəsimi ruhuna sevgi ilə torpağın köksünə basdırılmış fidanlar, gənc könüllülərimizin həyatında, mənəviyyatında, Azərbaycana xidmətində, ağlında, zəkasında böyüyüb boya-başa çatır, Nəsimi ruhundan qidalanaraq, şirələnərək bəşəriyyətin gələcək tarixində boyumuzu uca, özümüzü min budaq edir. İlham Əliyev Azərbaycan xalqına qürur yaradır, qürur yaşadır. İlham Əliyev bu qürurun, bu düşüncənin müəllifi olan, öz xalqına yeni bir ruh gətirən, xalqın ruh yüksəkliyinə çevrilən Liderdir.

"Könüllülər ili”ndən söz düşmüşkən qeyd etmək istərdim ki, nədənsə könüllülər deyiləndə əsasən gənclər nəzərdə tutulur. Çox güman belə bir təsəvvür dünyada könüllülük hərəkatının tarixindən, bu sahədə beynəlxalq təcrübədən irəli gəlir. Dünyanın hər yerində könüllülük hərəkatının əsas hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə nəsə bir fayda vermək istəyi ilə dolu gənclərdir. Ona görə bizdə də "Könüllülər ili” deyəndə daha çox gənclərin ictimai fəallığı ilə bağlı, gənclərin fəaliyyəti ilə zəngin olacaq bir il gəlir adamın ağlına.

Fikrimcə, könüllülük qətiyyən yaşla məhdudlaşmır, üstəlik könüllülük müddəti də konkret bir zamanla, konkret bir tədbirlə yekunlaşmır. İnsan bütün yaşlarında, ömrünün bütün anlarında könüllü ola bilər və əslində olmalıdır. Könüllülük insanın ruh halıdır. Dünyaya və insanlara faydalı olmaq, özünü başqaları üçün gərəkli hiss etmək duyğusudur. Könüllülük bir könül işidir. Məşğul olduğun işə qəlbinin sevgisini qatmaqdır... Və məsələyə bu baxış bucağından yanaşanda mən Azərbaycanın birinci könüllüsü gözündə Mehriban xanım Əliyevanı görürəm. Ölkənin birinci şəxsinin ömür-gün yoldaşı kimi o qədər də ictimai fəallıq göstərməyib, çox üzdə olmayıb gündəlik iş qayğılarından, insanların saysız-hesabsız sosial problemlərindən uzaq bir həyat seçmək imkanı varkən bu qədər ağır missiyanı öz qəlbinin səsi ilə üzərinə götürmək, hər detalını gərgin zəhmət bahasına nəzarətdə saxlayaraq həyata keçirdiyin çoxşaxəli layihələrlə cəmiyyətə fayda vermək, göstərdiyin köməklə milyonlarla insanın ümid-pənah ünvanına çevrilmək ən böyük könüllülük deyilmi?!

Düşünürəm ki, bu, Mehriban xanıma doğulub böyüdüyü, sonra isə gəlini olduğu ailə ocaqlarından, görüb-götürdüyü böyüklərindən keçmiş davranış tərzidir, mənəvi tərbiyədir...

Bu gün Mehriban xanım məşğul olduğu bütün işlərə hansısa vəzifə öhdəliyi kimi yox, könül işi kimi yanaşır, ona qəlbinin sevgisini qoyur, məhz bu səbəbdən onun adı olan bütün işlər böyük uğur qazanır, insanlarda rəğbət doğurur.

Buna saysız-hesabsız nümunələr gətirilə bilər. Amma iki epizodik nümunə ilə kifayətlənəcəyik. Baxın, ölkənin Birinci vitse-prezidentinin bir şəhid anası ilə görüşməsi, ona diqqət göstərməsi normal haldır, vəzifə öhdəliklərindən irəli gələn bir tərzdir. Dünyanın bütün ölkələrində bunu edirlər. Amma o şəhid anasının yanında yerdə əyləşməsi, əllərindən tutması, doğma övladı kimi ona qəlbinin hərarətini, şəfqətini ötürməsi, bir anda bütün vəzifələri unudub o ananın balasına çevrilməsi artıq sevginin özüdür, insanın ruh halıdır. Dünyanın heç bir vəzifəsi, statusu o mərtəbədən üstün deyil... Mehriban xanım xalqın qəlbində, nəzərində bu üstün mərtəbədədir.

İnsanlar, xalqlar, dövlətlər öz işlərini vəzifə öhdəliyi kimi deyil, məhz könül işi kimi yerinə yetirən İlham Əliyev, Mehriban Əliyeva kimi şəxsiyyətlərə hər zaman ehtiyac duyurlar.

İnanıram ki, 2020-ci il ölkəmizdə daha çox gənc könüllülərin ili olsa da, könüllülük heç birimiz üçün heç bir zaman bitməyəcək. Prezident İlham Əliyevdən, Mehriban xanımdan örnək alaraq hamımız Azərbaycana, dünyaya, bəşəriyyətə, bu günə və gələcəyə bacardığımız qədər fayda verməyi hamımız bir ömürlük könül işimiz biləcəyik...

 
  • Oxunub:  1920  |  
  • Tarix:  17-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6