Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pakistan qəzetlərində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib

Pakistan qəzetlərində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib

14.01.2020 [09:59]

Pakistanda nəşr edilən “National Herald Tribune” və “Election Times” qəzetlərində Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, şərhçi Mehmood ul-Hassan Khanın Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqaləsi dərc edilib. Secki-2020.az saytının xəbərinə görə, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumatda bildirilir ki, məqalədə Azərbaycan Respublikasının seçkiləri azad və ədalətli şəkildə keçirmək üçün güclü siyasi iradəyə malik və parlament seçkiləri ilə əlaqədar bütün beynəlxalq monitorinq qurumları ilə hərtərəfli əməkdaşlığa hazır olduğu qeyd edilib. Regionda, eləcə də bütün İslam dünyasında dünyəvi dövlət nümunəsi olan Azərbaycanda həqiqi demokratik seçkilərin ilkin şərti olan fundamental hüquq və azadlığı məhdudlaşdıran hər hansı bir siyasi mühitin olmadığı vurğulanıb.

Ekspert Azərbaycanın çoxpartiyalı siyasi sistemə malik bir ölkə kimi hər bir partiyaya öz namizədini təqdim edərək bərabərhüquqlu şəkildə seçkilərə qatılmaq hüququ verdiyini diqqətə çatdırıb və Azərbaycanın regionda ən böyük siyasi partiyalara sahib ölkə olduğunu bildirib.

Məqalənin sonunda müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəetmə sistemini təkmilləşdirmək məqsədilə ciddi kadr islahatları apardığını qeyd edib. O, bu islahatların nəticəsi kimi gənc nəslin bacarıqlı nümayəndələrinin ölkədə yüksək postlara təyinat aldığını diqqətə çatdıraraq, qarşıdan gələn parlament seçkilərində gənclərin fəal iştirak edəcəyini də vurğulayıb. (AZƏRTAC)

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30