Ana səhifə »  Qəzetin pdf formatı »  Beynəlxalq münasibətlərdə yeni geostrateji nizam axtarışı...
A+   Yenilə  A-
Beynəlxalq münasibətlərdə yeni geostrateji nizam axtarışı...

Yaxud postbipolyar dünya düzənindən multipolyar tarazlıq sisteminə transformasiya
Son zamanlar dünya mətbuatında müzakirə predmetinə çevrilmiş mühüm məsələlərdən biri beynəlxalq münasibətlərdə yeni tarazlıq sisteminin meydana çıxmasıdır. Daha dəqiq desək, nüfuzlu strateji araşdırma mərkəzləri, tədqiqatçı-ekspertlər yeni dünya nizamının ciddi dəyişikliyə məruz qaldığını iddia edərək müxtəlif tezislər irəli sürürlər. Qeyd olunur ki, beynəlxalq münasibətlərdə yeni geostrateji nizam axtarışı postbipolyar dünya düzənindən multipolyar tarazlıq sisteminə transformasiyanı labüd edir. Bütövlükdə, bu məsələlərin əsaslarını dəqiq müəyyən etmək üçün bir sıra strateji əhəmiyyətli nüanslara, xüsusilə də dünya siyasətinin son dövrləri əhatə edən inkişaf dinamikasına ayrıca nəzər salmaq məqsədəmüvafiqdir.
Məlumdur ki, SSRİ-nin süquta uğramasından sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf etməyə başladı. Lakin XXI əsrin dünya düzəni fonunda meydana çıxan yeni siyasi trendlərə paralel olaraq regional aktorlar aparıcı qüvvə kimi geosiyasi və geoiqtisadi proseslərə cəlb olundular. Nəticə etibarilə, müxtəlif coğrafi məkanlar - geostrateji regionlar dünya siyasi proseslərinin ağırlıq mərkəzlərinə çevrildilər. Bu mərhələnin səciyyəvi xüsusiyyətləri barədə mülahizələr yürüdən analitiklər bir sıra tezislər irəli sürürlər:
- artıq dünya siyasəti və beynəlxalq münasibətlər sistemində qlobal idarəetmə mərkəzləri deyil, regional aktorlar önə çıxmağa başlayırlar;
- hazırkı mərhələdə dövlətlər arasında mübarizə iqtisadi və informasiya texnologiyaları müstəvisində cərəyan edir. Hərbi konfrantasiyalar isə klassik müharibə formasında deyil, ayrı-ayrı regionlarda lokal miqyaslı, amma qlobal xarakterlidir;
- bir sıra mütəxəssislər, hətta tədqiqat mərkəzləri III Dünya müharibəsinə start verilməsindən, yaxud onun başlanması ehtimalından bəhs edirlər, amma bununla razılaşmayan ekspertlərin sayı az deyil. Onların başlıca tezisi budur ki, neçənci dünya müharibəsi adlandırılmasından asılı olmayaraq, artıq başlanmış yeni savaş texnoloji xarakter daşıyır. 4-cü sənaye inqilabının fonunda müşahidə edilən yeniliklər və ziddiyyətli proseslər bu tezisi əsaslandırmaq üçün nümunə kimi göstərilir;
- nəhayət, bütün bu reallıqlardan çıxış edən politoloqlar mövcud faktların beynəlxalq münasibətlər sisteminin postbipolyar tarazlıq mərhələsinin başa çatmasını göstərdiyini vurğulayırlar. Qeyd olunur ki, artıq multipolyar dünya nizamına əsaslanan tarazlıq sistemi yaranıb, burada aparıcı qüvvə regional güc mərkəzləridir.
İrəli sürülən mühüm tezislərdən biri bu mərhələdə dünya iqtisadiyyatında transformasiyaya zəmin yaradan tendensiyaların müşahidə olunmasıdır. Bəlli olduğu kimi, beynəlxalq iqtisadi münasibətlər sistemində əsas proseslər “G-7” adlandırılan iqtisadi nəhənglər tərəfindən idarə olunur. Belə olan halda, dünya nizamında həlledici dəyişikliklər məhz bu aktorların iqtisadi qərar və hərəkətlərindən keçir. Lakin təkrarlanan qlobal iqtisadi böhranlar sistemin dəyişikliklərə açıq olduğunu, yaxud yenilənmə zərurətini ortaya qoyur. Bəs bu prosesi şərtləndirəcək potensial mexanizm nədən ibarətdir? Aparıcı strateji araşdırma mərkəzlərinin yekun qənaəti budur ki, bu, əsas etibarilə, yüksələn iqtisadi güclərin qərar və davranışlarından asılıdır. Bəs bu subyektlər hansılardır? Araşdırmalar göstərir ki, multipolyar dünya nizamı məhz yeni iqtisadi qanunauyğunluqlar əsasında təşəkkül tapır. Buna zəmin yaradan strateji faktorlar isə qlobal iqtisadiyyata yeni inkişaf istiqamətləri gətirmək potensialına malik olan alternativ subyektlərin güc mexanizmindən asılıdır. İndiki mərhələdə ekspertlər bu mexanizmi “G-7’’yə alternativ olaraq göstərilən “E-7’’nin (Braziliya, Rusiya, Çin, Meksika, İndoneziya, Türkiyə, Hindistan - “E’’ - emergency) timsalında xarakterizə edirlər. Bütün hallarda tərəflər arasındakı rəqabət dünya iqtisadiyyatının gələcək mənzərəsini formalaşdırır.
Digər mühüm məsələlərdən biri yeni geostrateji nizam çərçivəsində regional və beynəlxalq təhlükəsizlik məsələsidir. Son zamanlar istər Yaxın Şərqdə, istərsə digər “qaynar bölgə”lərdə cərəyan edən proseslər, istərsə də bütövlükdə Avrasiya geosiyasi məkanında müşahidə olunan hadisələr təhlükəsizlik anlayışının yeni məzmun kəsb etdiyini göstərir. Daha doğrusu, beynəlxalq təhlükəsizlik məfhumu öz yerini regional təhlükəsizliyə verir. Ekspertlər isə qeyd edirlər ki, ayrı-ayrı bölgələrdə sabitlik və təhlükəsizlik məhz regional proseslər çərçivəsində mühüm təsir mexanizmlərinə malik olan aktorların əməkdaşlıq, yaxud qarşıdurma vəziyyətindən asılıdır. Burada daha çox yaxın zaman müddətində ortaya çıxan ABŞ-İran konfrantasiyasının mümkün nəticələrindən bəhs edilir. Vurğulanır ki, müxtəlif ssenarilər üzrə proqnozlaşdırılan proseslərin hansı istiqamətdə cərəyan etməsi həlledicidir. Əgər gərginlik eskalasiya vəziyyətində müşayiət olunarsa, regional təhlükəsizliyə aşkar təhdidlər yaranar, ehtimal olunan hərbi qarşıdurma halı bölgədə sabitliklə yanaşı, dünya iqtisadiyyatına ciddi neqativ təsirlər göstərə bilər.
Beləliklə, dünya siyasətinin inkişaf dinamikasında “regionalizasiya” anlayışı önə çəkilir. Xüsusilə də, regional subyektlər arasında cərəyan edən əməkdaşlıq, qarşıdurma, rəqabət xarakterli proseslər beynəlxalq münasibətlər sisteminin gələcəyini müəyyənləşdirir. Bütün hallarda reallıq yuxarıda qeyd etdiyimiz kimidir: dünya yeni geosiyasi nizama transformasiya ərəfəsindədir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  1260  |  
  • Tarix:  14-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4