Ana səhifə »  Qəzetin pdf formatı »  Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
A+   Yenilə  A-
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub

Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın üç cilddə “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, üçcildlik Heydər Əliyev Fondunun və Ümumdünya Dağ Yəhudiləri Konqresinin dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxıb. Kitablarda aztanınan faktlar, dərin təhlil və müəllif şərhləri ilə müşayiət olunan eksklüziv informasiya toplanıb. Birinci kitab Heydər Əliyevin uşaqlıq və gənclik illərinə, təhlükəsizlik orqanlarında fəaliyyətinə, habelə 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövrünə həsr olunub. İkinci kitabda Heydər Əliyevin Y.Andropov, K.Çernenko və M.Qorbaçovla qarşılıqlı münasibətləri, Kreml intriqalarının sirləri, Qorbaçovun yenidənqurmasının başlanması və sonu, Heydər Əliyevin istefasının əsl səbəbləri barədə faktlar yer alıb. E.Axundova tədqiqatın üçün kitabında Heydər Əliyevin Vətənə qayıdışından yazır. Bu kitab Azərbaycanda müharibəni dayandırmağın, ölkəni parçalanmaqdan xilas etməyin, Ermənistanla atəşkəs əldə edilməsinin, ölkənin böhrandan çıxarılmasının və iqtisadi inkişafının təmin edilməsinin hansı səylərlə başa gəlməsi haqqındadır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında ümummilli lider Heydər Əliyevin həyatının Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövründən danışaraq deyib: “O, Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə təqribən 30 nazirliyə kuratorluq edib. Bu isə çox böyük məsuliyyət idi. Fəlakətlər, faciələr baş verəndə onu dövlət komissiyalarının sədri təyin edirdilər. Odessada mənə danışıblar ki, Heydər Əlirza oğlu “Admiral Naximov” teploxodunda batmış hər bir insanın ailəsi ilə görüşüb və çoxsaylı insan tələfatına səbəb olmuş bu irimiqyaslı qəzanın nəticələrini ləğv etmək üçün böyük işlər görüb”. Səfir qeyd edib ki, Heydər Əliyevin 1960-cı illərin sonu - 1970-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkəmiz dünyaya çoxlu sayda tanınmış yazıçı, rəssam, şair, bəstəkar, artist bəxş edib. Onlar Heydər Əliyevin qayğısı sayəsində formalaşıblar.

Kitabların müəllifi Elmira Axundova ümummilli lider Heydər Əliyevlə şəxsi görüşləri ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, Heydər Əliyevlə birinci dəfə “Literaturnaya qazeta”nın tapşırığı ilə Naxçıvanda görüşüb. O deyib: “Mən ondan “sabiqlər” rubrikası üçün müsahibə götürməyə getmişdim. O, mənə heyrətamiz mətləblərdən danışdı. Bu, Sovet İttifaqının dağılmasından bir il əvvəl olmuşdu. Mənə demişdi ki, ittifaq dağılacaq, Qorbaçov ölkəni heçsizliyə aparır. İttifaq dağılandan sonra Heydər Əliyev Dövlət Fövqəladə Vəziyyət Komitəsini dəstəkləmədi, 46 deputat arasında müstəqilliyə birinci səs verdi, Naxçıvanda üçrəngli bayrağımızı yüksəltdi. E.Axundova vurğulayıb ki, Heydər Əliyev bir çox keyfiyyətləri özündə cəmləmişdi: o, yaxşı natiq, səbirli dinləyici, uzaqgörən siyasətçi idi. “Onun başlıca keyfiyyəti, şübhəsiz ki, Azərbaycana məhəbbət idi. O, Azərbaycanı həyatından çox sevirdi və Azərbaycanı onun Azərbaycana məhəbbəti dirçəltdi”, - deyən E.Axundova sonda bildirib ki, hazırda “Zərifə və Heydər. Əbədi məhəbbət”, “Tanıdığımız və tanımadığımız Əliyev” kitabları üzərində işləyir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi öz çıxışında deyib: “Heydər Əliyev böyük insan kimi qəlbimdə əbədi məskən salıb. Bu insan ruhən mənə çox yaxın idi, çünki vətənpərvər, güclü və ağıllı idi. Belə insanlar həm cəmiyyəti, həm də dünyanı hərəkətə gətirir və tarixdə qalırlar”. Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı münasibətlərdən danışan rektor qeyd edib ki, əgər Heydər Əliyev bütün bunları görsəydi, gülümsəyərək deyərdi: “Belə də olmalıdır, bu, mənim xoşuma gəlir”.

Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan mühacirəti tarixinin tədqiqatçısı Ramiz Abutalıbov Fransada Azərbaycan Xalq Cümhuriyyəti üzvlərinin məzarlarının bərpa edilməsinə Heydər Əliyevin kömək etməsi tarixindən danışaraq deyib: “Mühacir tanışım Qədir Süleymanov Fransada mənə azərbaycanlıların dəfn olunduğu qəbiristanı göstərdi. Birinci respublikanın nazirlərindən birinin məzarı bərbad vəziyyətdə idi. Mən Heydər Əliyevə müraciət etdim. Dərhal səfirliyə göstəriş verildi və tanınmış azərbaycanlının məzarı bərpa olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu sayəsində hazırda Fransada AXC-nin yeddi xadiminin məzarı tamamilə bərpa olunub”.

RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının Dövlət Xidməti və İdarəçiliyi İnstitutunun professoru Nizami Məmmədov xatırladıb ki, sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərindən ibarət böyük bir qrup Moskvaya təhsil almağa göndərilib. O deyib: “Mən də bu gənclər arasında Moskvaya oxumağa gəldim. Təhsilim başa çatandan sonra mənə qalıb Fəlsəfə İnstitutunda işləməyi təklif etdilər. Heydər Əliyev Moskvaya gələndə bütün tələbələri, aspirantları Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə toplayaraq problemlərlə maraqlanırdı. O, öz çıxışlarında deyirdi ki, biz Vətənə qayıtmalıyıq və respublikaya faydalı olmalıyıq. Ona yaxınlaşıb dedim ki, mənə Moskvada qalmaq təklif olunub. O isə belə cavab verdi: ”Əlbəttə, siz qalmalısınız, biliklərinizi təkmilləşdirməlisiniz, amma həmişə Azərbaycan barədə düşünməlisiniz”.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyevin keçmiş köməkçisi Vladimir Uxov 1986-cı ildə “Admiral Naximov” sərnişin paroxodunun qəzaya uğramasından danışaraq deyib ki, dəhşətli faciədə Ukraynanın 15 vilayətinin, Rusiyanın 10 vilayətinin, habelə Belarus, Litva, Moldova, Özbəkistan sakinləri doğma və yaxınlarını itirmişdilər, 423 cəsəd tanınmış, 65 adam itkin düşmüşdü. O vaxt faciənin səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına Heydər Əliyevin başçılıq etdiyini vurğulayan V.Uxov deyib: “Heydər Əliyev müsahibələrindən birinci demişdi: ”Naximov”un qəzası məni ürəyimdən vurdu”. Bu faciəli hadisə həqiqətən ona güclü təsir göstərmişdi”.

Dövlət Dumasının deputatı Dmitri Savelyev qeyd edib ki, böyük siyasi xadimin xatirəsinə həsr olunmuş gecədə çıxış etmək onun üçün böyük şərəfdir. Deputat deyib: “Azərbaycan Heydər Əliyevin öz idrakı, siyasi dühası ilə yaratdığı ölkədir. O, hadisələri xalqın istəyinə uyğun dəyişirdi. Azərbaycanın bəxti gətirib ki, bütün hadisələr parçalanmağa, işğala, dağılmağa doğru gedəndə Heydər Əliyev rəhbərliyə qayıdıb”. Tez-tez Azərbaycanda olduğunu xatırladan D.Savelyev vurğulayıb: “Onun zəhmətinin bəhrələrini, hazırkı Prezident İlham Əliyevin onun işini necə davam etdirdiyini görürəm. İki güclü şəxsiyyət – Vladimir Putin və İlham Əliyev dövlətlərimizi gələcəyə aparırlar”.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  13-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4