Ana səhifə »  Qəzetin pdf formatı »  Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
A+   Yenilə  A-
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür

Ermənistanda hakim maydansevərlər və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə adı altında respublikanın sabiq rəhbərliyinə qarşı səlib yürüşünü davam etdirir. Lakin paşinyançıların qəribə şıltaqlığına görə zərbəyə sırf “Qarabağ klanı”nın nümayəndələri tuş gəlirlər.

Məlum olduğu kimi, keçmiş prezident Koçaryan 2008-ci ilin martında seçkiləri tam uduzmuş prezidentliyə namizəd Ter-Petrosyanın (səslərin 21,5 faizini toplayıb) tərəfdarları tərəfindən təşkil edilmiş “Yerevan-maydan”ın zorla qovulmasına görə “konstitusiya quruluşunun devrilməsi“ kimi cəfəng bir ittihamla həbs edilib. Müstəntiqlər ona 3 milyon dollar məbləğində rüşvət işini “sırıya” bilməyiblər.

Koçaryan Vovayeviçin qərarı ilə istintaq təcridxanasına qayıdıb. İndi də Paşinyan qıllı barmaqlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana doğru uzatmaq qərarına gəlib. Sarkisyan fermerlərə dəstək milli layihəsi çərçivəsində dövlət üçün dizel yanacağının tədarükü tenderi ilə bağlı epizodda təqsirləndirilir. Tender zamanı yaranmış vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün çox səciyyəvidir. Hərracda dizel yanacağına ən aşağı qiymətlər təklif etmiş firma yerinə, Sarkisyanın hansısa dostu, dizel yanacağını baha qiymətə itələyən şəxs qalib gəlib. Nəticədə dövlətə bir milyon dollardan çox ziyan dəyib.

Şəksiz ki, bu hadisə sabiq prezidentə başucalığı gətirmir, lakin Sarkisyana cinayət işi açılmasını birbaşa Ermənistan Konstitusiyasının maddəsi qadağan edir. Həmin maddəyə görə, dövlətin birinci şəxsləri keçmiş işlərinə görə cəzalandırıla bilməz. Paşinyanın ətrafındakı ekspertlər donquldanaraq deyirlər: “Nə olsun, bu, boş formalizmdir: biz impiçment haqqında müddəadan istifadə edərək onu cinayət məsuliyyətinə cəlb edəcəyik”. Burada başını tutmayasan, nə edəsən. İndiyədək impiçment yalnız fəaliyyətdə olan prezidentə şamil olunurdu. İstefada olan şəxsə impiçment elan etmək hətta nonsens deyil, sözün həqiqi mənasında marazmdır. Əgər Paşinyan və onun ətrafının Sarkisyanı korrupsiyaya görə cəzalandırmaq üçün əlləri bu dərəcədə güclü gicişirsə, onda konstitusiyaya düzəlişlər edin. Hərçənd bu addım bir növ “arılar bala qarşı” mətləbini xatırladır. Axı Paşinyan ömrü boyu baş nazir vəzifəsini tutmayacaq, onun özünü də nə vaxtsa elədiyi saysız-hesabsız səhvlərə görə divara qısnayacaqlar. Onda hesab edək ki, bu maraqlı ssenari heç bir işə yaramır. Sonunda Sarkisyan tək deyil ki. Sabiq prezidentin bir vaxtlar ürək genişliyi nümayiş etdirib yardım göstərdiyi tərəfdarları və “xaç övladları” mütləq azadlıqda dolaşırlar. Nə edirsinizsə edin, araşdırın, sübuta yetirin, həbsə atın. Lakin məlum olduğu kimi, Paşinyanın bəzən qanunun tələblərini və nəzakət qaydalarını büsbütün inkar edən daosu var. Elə götürək Vovayeviçin may ayında öz tərəfdarlarına respublikanın məhkəmə orqanlarının fəaliyyətini dayandırmaq çağırışını. Axı hakimlər maydan baş nazirinin istəyinə görə özlərini buraxmaq istəmədilər. Qanuna görə isə bu “inqilabçının “ və onun ətrafının hakimləri tutduqları vəzifələrindən azad etmək səlahiyyəti yoxdur: odur ki, “qoy onların öhdəsindən xalq özü gəlsin”. Bəs bu kabab sevən qisasçı baş nazir dizel yanacağı ilə bağlı çoxdankı işə görə Serj Sarkisyanı nə üçün küncə sıxışdırıb? Axı qanuna əsasən ona çırtma vurmağa da haqqı yoxdur. Özü də nə üçün məhz indi? Axı sonra keçmiş baş nazir olmuş keçmiş prezident hakimiyyəti faktiki olaraq Paşinyana peşkəş edib. Belə bir hiss yaranır ki, qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, sosial ədalət və bizdə toxunulmaz adamlar yoxdur harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb. Sarkisyana gəldikdə isə 2008-ci ilin fevral seçkilərində məhz o, öz opponentlərini, o cümlədən bir vaxtlar Paşinyanın buyruq uşağı kimi yanında işlədiyi Levon-ter-Petrosyanı geridə qoyaraq Ermənistanın üçüncü prezidenti olub. Yəni formal olaraq, Sarkisyanın “Bir mart” işinə də aidiyyəti var və deməli, o, Paşinyanın “konstitusiya quruluğuna sui-qəsd”ə görə həbsxanada oturmasında “günahkardır”. t Görünür, Paşinyan yaxın vaxtlara qədər Sarkisyandan hesab sormağa tələsməyib və onu bir növ desert üçün saxlayıb, yəni əvvəlcə daha çox nifrət etdiyi Robert Koçaryanla haqq-hesab çürütmək istəyib. Hər halda, Paşinyanın baş nazirliyi hələ müddətinin ortasına da çatmayıb, yeni administrasiyasının nəzərəçarpan uğurları da yoxdur, beləliklə, öz reytinqini gücləndirmək üçün namünasib olan və sıfır dəstəyə malik eks-prezidenti nümunəvi-nümayişkaranə tənqid vasitəsi kimi döyərək ehtiyatda saxlamaq heç vaxt əngəl deyil. Lakin Sarkisyan siçandan da sakit süpürgənin arxasında gizlənmək və keçmiş xatirələri oyatmamaq yerinə, noyabrın sonunda birdən-birə Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Xalq Partiyasının sammitində Paşinyanı və ətrafını sərt tənqidə atəşinə tutaraq özünü zərbə altında qoyub.

“Populistlərin hakimiyyətə gəlməsində” öz üzərindəki məsuliyyəti inkar etməyən Sarkisyan Paşinyana konstitusiya və demokratiya normalarının pozulmasını, şəxsi motivlərlə siyasi təqibləri və cəmiyyətin həyatının yaxşılaşdırılması istiqamətində şübhəli uğurları da xatırladıb, hətta Yerevanda qərar vermək səlahiyyəti olan kimlərisə narahat edən bir-iki siyasi bəyanatlar da verib. Birincisi, Sarkisyan Ermənistanla Aİ arasında yaxşı münasibətlərin inkişafının əsasının onun prezidentliyi dövründə qoyulduğunu bəyan edərək ən yaralı yerə toxunub. İkincisi, Bakıya mesaj verilib ki, “Artsax (Dağlıq Qarabağ) heç bir vaxt Azərbaycanın tərkibinə qaytarılmayacaq”. Üçüncüsü, Paşinyanı Avropa mühitində xırda və çox qisasçı diktator kimi təqdim edərək evin sirrini bayıra çıxarıb. MXAT sayağı pauza gözlədikdən sonra təzadlara istinad etməklə Paşinyanın tərəfdarları Sarkisyana cavab hazırlayıblar. Eks-prezidentin ünvanına ittihamlar səsləndirməklə yanaşı, ictimaiyyəti Ermənistanın yeni İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin korrupsiyaya görə saxlanılması xəbəri ilə sevindiriblər. Guya, “inqilab hökuməti hər kəsə qarşı sərt və ədalətli münasibət sərgiləyir”. Hərçənd, nə qədər riyakarlıq etsələr də, Paşinyan tərəfdarları teatr tamaşası quruluşunu gizlədə bilməyiblər. Paşinyan administrasiyasına qarşı qanuni sual meydana çıxır: “bizdə mühakimə oluna bilməyəcək məmurlar yoxdur” tezisinin bəyan olunmasına rəğmən nədən Vovayeviçin keçmiş rəisi və himayədarı, eks-prezident Levon Ter-Petrosyan cidd-cəhdlə zərb altından çıxarılıb? Paşinyanın tərəfdarlarının buna da cavabı var: guya Ter-Petrosyan postsovet Ermənistanın birinci prezidenti olsa da və onun hakimiyyəti dövründə bir çox mənfi hadisələr baş versə də, amma bunlar o qədər çoxdan olub ki, artıq demək olar ki, həqiqətə uyğun deyil. Üzərindən iyirmi ildən çox keçib - bütün yararlılıq müddətləri bitib və hər şeyin üzərini toz basıb.

Təbii ki, təşkilatçısının və ilhamvericisinin seçkilərdə uduzan Ter-Petrosyan olduğu 2008-ci ilin mart hadisələrinə görə 1 nömrəli eks-prezidenti heç bir məsuliyyətə cəlb etməyəcəklər, çünki onun ardınca Paşinyanın bir çox silahdaşları da yedəklə tələyə düş bilərlər. Paşinyan özü, əfsus olsun ki, 11,5 il əvvəl baş vermiş hadisələrə görə məhkum edilməyəcək. Bir şəxsi bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etmək qanunla qadağandır, hərçənd bəzi işbazlar üçün belə lazımdır. Heç olmasa “inqilabi məqsədəuyğunluq” mülahizəsinə əsasən....”

 
  • Oxunub:  1800  |  
  • Tarix:  13-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0