Ana səhifə »  Qəzetin pdf formatı »  Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini bir daha nümayiş etdirirdi
A+   Yenilə  A-
Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini bir daha nümayiş etdirirdi

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla anıb
Dekabrın 12-də səhər saatlarından başlayaraq insanlar axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anırdılar. Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramını bir daha nümayiş etdirirdi.

AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında müxtəlif təbəqələri təmsil edən, hər yaşda olan insanlar - hərbçilər, dövlət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, təhsil və tibb işçiləri, veteranlar, gənclər və başqaları vardı. Ulu Öndərin Fəxri xiyabandakı məzarını Azərbaycanda fəaliyyət göstərən diplomatlar, paytaxtımızın qonaqları da ziyarət edirdilər.

Azərbaycanın müasir tarixi, keçdiyi inkişaf yolu bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində qoyduğu möhkəm təməl son 16 ildə davamlı uğurları təmin edib. Qədirbilən insanlar Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin xatirəsini daim əziz tuturlar.

Anım mərasimlərinin iştirakçıları AZƏRTAC-ın müxbirlərinə müsahibələrində Ulu Öndərin xidmətlərindən danışıb, müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüblər.

Tarix üzrə fəlsəfə doktoru, professor Vəli Əliyev: Ulu öndər Heydər Əliyev təkrarolunmaz dahi şəxsiyyətdir. Ümummilli Liderimiz Azərbaycan dilini, tarixini və mədəniyyətini dünyaya tanıtdırdı. Ulu Öndərin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründəki çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq duyğularının baş qaldırmasına səbəb olub. Taleyinə qurmaq və yaratmaq missiyası yazılmış Heydər Əliyev müasir tələblərə cavab verən kadr potensialı hazırlanmasına böyük diqqət yetirir, onları xalqın qızıl fondu hesab edirdi. Ümummilli lider Heydər Əliyev azərbaycanlı olması ilə fəxr etdiyi kimi, Azərbaycan xalqı da öz böyük oğlu ilə qürur duyur. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən zaman kəsiyi ərzində Ulu Öndərimiz tərəfindən görülən böyük işlər onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulub, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılıb.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov: Ümummilli Lider gənclərin inkişafına, onların mükəmməl təhsil almasına böyük diqqət göstərirdi. Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoyan Heydər Əliyevin hələ 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocağı, o cümlədən hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alaraq müasir ixtisaslara yiyələniblər. Onun şəxsi təşəbbüsü və qayğısı sayəsində o vaxt Sovet İttifaqının 50-dən çox şəhərindəki 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına şərait yaradılıb. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gəncliyin inkişafı olub. Ulu Öndərimizin gənclərlə çoxsaylı görüşləri, onlara verdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşməsində mühüm rol oynayıb. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən sərəncamların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması istiqamətində ardıcıl addımlar atılıb. Bununla da Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması üçün bütün lazımi şərait yaradılıb. Bu gün gənclərimiz dahi rəhbər Heydər Əliyevin memarı və qurucusu olduğu qüdrətli, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirirlər.

Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Yasin Qarayev: Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir. İnsanlar təkcə onun anım günündə deyil, adi vaxtlarda da Fəxri xiyabana gedərək dahi şəxsiyyətin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərimizin uzaqgörən siyasəti, qətiyyəti və müdrikliyi sayəsində müasir müstəqil Azərbaycan dövlətinin təməli qoyulub, parlaq gələcəyə aparan uğurlu yolun parametrləri dəqiq müəyyənləşdirilib. Bu siyasət ölkəmizi dinamik inkişaf yoluna çıxarıb. Heydər Əliyev Azərbaycan mədəniyyətinin himayədarı idi, rəhbərliyinin bütün dövrlərində mədəniyyətə, incəsənətə yüksək diqqət və qayğı ilə yanaşırdı. Sevindirici haldır ki, Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafı istiqamətində mühüm addımlar atılır, bütün təminatlar yaradılır.

Təqaüddə olan müəllim Əlifağa Məmmədov: Milli intibahın əsasında dayanan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində önəmli rol oynayır. Məlumdur ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək yetərlidir. Bu kontekstdən yanaşdıqda, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas edib. Ulu öndər Azərbaycanda elm və təhsilə xüsusi həssaslıqla yanaşıb və elm adamlarına, müəllimlərə qayğı göstərib. O, SSRİ dövründə və müstəqillik illərində də elm və təhsilin inkişafını, bu sahənin problemlərini diqqətdən kənarda qoymayıb, bununla bağlı bir çox tarixi fərman və sərəncamlar imzalayıb. Xalqımızın dahi şəxsiyyətindən saatlarla danışmaq olar, ona sevgimiz tükənməzdir. Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk: Ümummilli lider Heydər Əliyev fenomen şəxsiyyət idi. Ulu Öndərin adı dünyanın nüfuzlu siyasətçiləri ilə eyni sırada çəkilirdi. Dünya liderləri onun yüksək zəka sahibi, xüsusilə çətin siyasi proseslər zamanı uğurlu manevr etmək bacarığına malik şəxsiyyət olduğunu etiraf edirdilər. Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün amalı müstəqil Azərbaycan, dövlətimizin güclənməsi və müstəqilliyimizin qorunması idi. Ulu Öndərin ötən əsrin 70-ci illərində həyata keçirdiyi geniş quruculuq siyasəti nəticəsində sovetlər zamanında Azərbaycanı müttəfiq respublikalar arasında qabaqcıllar sırasına çıxardı. Ölkəmizdə iri zavod, fabrik, digər sənaye müəssisələri, yaşayış massivləri tikilib istifadəyə verildi. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə inkişafın möhkəm təməlləri yaradıldı. Müxtəlif nüfuzlu xarici şirkətlər ölkəyə dəvət olundu. İqtisadi-sosial sahələrdə böyük işlər həyata keçirildi. Beynəlxalq arenada da Azərbaycanın mövqeyi gücləndi. Dövlətimiz bir sıra beynəlxalq təşkilatların üzvü oldu. Eyni zamanda, elmin müxtəlif sahələrində irəliləyişlər baş verdi.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: Bu gün səfirlimizin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər. Heydər Əliyev həqiqətən həyat və fəaliyyəti araşdırılması və gördüyü işlərdən nümunə götürülməsi vacib olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalı ilə yaşayıb. Müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirmək, gücləndirmək barədə düşünən, bütün ömrünü bu amala həsr edən şəxsiyyət olub. Heydər Əliyev bu yolda öz həyatını dəfələrlə təhlükə altına atan, hər zaman öz canını qurban verməyə hazır olan insan idi. Türk dünyasında Heydər Əliyev kimi lider hər zaman yetişmir.

X X X

Dekabrın 12-də Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilib. Mərasim iştirakçılarının bir neçəsi AZƏRTAC-ın bölgə müxbirləri ilə söhbətlərində Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırladıb, bununla bağlı fikirlərini bölüşüb.

Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov: Qubanın meyvəçilik rayonu kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda, xüsusən də Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması ilə bağlı xüsusi qərarın qəbul olunması ölkəmizdə bağçılıq təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin təşəbbüsü olan həmin qərara əsasən bir neçə il ərzində təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salındı. O vaxtadək Azərbaycanın heç bir rayonda intensiv bağ yox idi. İndi də yadımdadır ki, 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə 100 min tondan çox meyvə toplamağa nail oldular. Xoşbəxtəm ki, mənə ulu öndərimiz Heydər Əliyevlə görüşmək, onun rəhbərliyi ilə keçirilən iclaslarda çıxış etmək nəsib olub. Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna diqqət yetirsəniz, oradakı inkişafda Heydər Əliyevin böyük xidmətlərinin olduğunu görərik. Hazırda Qubada 20 min hektara yaxın meyvə bağı var, yerli camaatın böyük hissəsi öz büdcəsini bu bağlardan gələn gəlir hesabına formalaşdırır.

Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov: 1993-cü ildə Azərbaycan Ordusunda vahid komandanlıq, nizam-intizam yox idi. Bundan istifadə edən düşmən torpaqlarımızı işğal edirdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yarandı. 1994-cü ildə uğurlu Horadiz əməliyyatının iştirakçısı kimi, Ulu Öndərimizin əsgərlərlə görüşünü yaxşı xatırlayıram. O vaxt Füzuli cəbhəsində tank taborunun komandiri idim. 1993-cü ilin noyabrında bizim taboru təlimə aparmışdılar. Dekabrda Heydər Əliyev Silahlı Qüvvələrin döyüş hazırlığı ilə tanış olmaq üçün təlim düşərgəsinə gəlmişdi. Onun əsgər və zabitlər qarşısında çıxışı hamımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan əsgərinin döyüş əzmini artırdı. Yanvarın 4-də hücuma keçib iki gün ərzində Füzuli rayonunun 21 yaşayış məntəqəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdik. Üç ay sonra Ulu Öndər Füzuli rayonunda ön xətdə yenidən bizimlə görüşdü. Horadiz əməliyyatında fərqlənən əsgərlərin təltif olunduğu mükafatları onları özü şəxsən təqdim etdi. Heydər Əliyevin Fərmanına əsasən mən də “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşam. Bu, həyatımda ən böyük mükafatdır.

X X X

Səhər saatlarından başlayan anım mərasimləri axşamadək davam edib. Yaşanan izdiham bir daha göstərdi ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında dinamik inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan yeni-yeni uğurlara imza atır.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  12-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0