Ana səhifə »  Qəzetin pdf formatı »  Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
A+   Yenilə  A-
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev


- Əbülfəs müəllim, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət məsələlərinə də böyük diqqət göstərib, xalqımızın mədəni dəyərlərinin qorunmasını və inkişafını vacib məsələlərdən biri kimi qiymətləndirib. Sovetlər dönəmində də milli özünüdərkin, özünəqayıdışın əsası da məhz Ulu Öndərimiz tərəfindən qoyulub ki, burada tarixi, milli mədəniyyətimizin qorunması əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...

- Bu gün tarixi məsafədən baxarkən əminliklə deyə biləri ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində əvəzolunmaz iz qoymuş, xidmətlər göstərmişdir. Heydər Əliyevin qoyduğu mirası kimləsə müqayisə etmək mümkün deyil. Çünki Heydər Əliyev öz özlüyündə bir rəmzə çevrilib. Bu rəmz Azərbaycan xalqının milli, mənəvi, siyasi, iqtisadi, tarixi və gələcəyin amallarını özündə birləşdirən edən bir rəmzdir. Ona görə də, Heydər Əliyev irsi, siyasi kursu bu gün əks-səda verir və bu amil Onun əvəzolunmazlığını sübut edir.

Ulu Öndər Heydər Əliyev bütün sahələr üzrə ölkəmizin inkişafında çox böyük mexanizm qurmuş və inkişafa böyük təkan vermiş insandır. Azərbaycan xalqının dövlətçilik tarixində çoxlu sayda hökmdarlar, sərkərdələr, müxtəlif dövrlərin müxtəlif xüsusiyyətlərinə uyğun olaraq çox önəmli işlər görmüş xadimlər olub. Biz onlarla fəxr edirik. Lakin biz artıq müasir dövrdə yaşayırıq və müasir tariximizin təhlili onu göstərir ki, 1969-cu ildən etibarən Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra xalqımızın, dövlətimizin və cəmiyyətimizin quruluşunda, təfəkküründə yeni bir mərhələ başladı.

Ümummilli Lider Heydər Əliyevin respublikamızın rəhbərliyinə gəlişi ilə iqtisadiyyat görünməmiş dərəcədə inkişafa doğru irəliləməyə başladı, kənd təsərrüfatı rekord göstəricilər qazandı. Pamçıqçılıq, üzümçülük və s. sahələr əhəmiyyətli dərəcədə inkişaf etdi, yeni-yeni müəssisələr yaradıldı. Azərbaycan artıq təkcə neft istehsal edən respublika kimi yox, bütün sahələri inkişaf etdirən respublikaya çevrilməyə başladı. Bu günkü dinamik inkişafımızın təməli də o dövrdə qoyulub. Fikrimcə, bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan demək olar ki, özünü 100 faiz təmin etmək iqtidarında olan dövlətə çevrilir.

- Həmin dövrdə iqtisadiyyatın inkişafı ilə yanaşı mənəvi dəyərlər amili də xüsusi diqqət mərkəzində idi...

- Sözsüz ki, bu hərtərəfli inkişafın fonunda mənəvi proseslər olduqca vacib yer tutur. O vaxt iqtisadiyyatın inkişafı ilə bağlı olan müşavirələrdə mütləq tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Və bu insanların yeni mühitdə qəhrəmancasına göstərdikləri əmək, zəhmət artıq ədəbiyyatda, rəsm əsərlərində, musiqidə öz əksini tapmağa başladı. Bununla da, cəmiyyətin ziyalı təbəqəsi, daha mütərəqqi və təhsilli olan təbəqə bu əməyi yeni nəzər-nöqtəsində təqdim etməyə başladı. Bütün bunların ideya müəllifi isə Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev bu qəhrəmanları teatr səhnələrinə gətirirdi. Eləcə də, həmin qəhrəmanlar haqqında musiqi əsərləri yaradılırdı, rəsm əsərlərində, fırça ustalarının yaradıcılığında əmək qəhrəmanları əksini tapırdi. Təbii ki, bunların hamısı vahid siyasətin axını idi. Heydər Əliyev bununla Azərbaycan xalqının təşəkküründə yeni bir anlayışları, kriteriyaları formalaşdırmağa başladı. Mən bu məsələlərə fəlsəfi mənada baxıram. Çünki cəmiyyətdə bu əməyə yeni formada baxaraq onun dəyərini bilməyə başladılar. Bununla da, həmin zəhmətkeş insanların əməyinə həm ictimaiyyət, həm də dövlət tərəfindən yeni bir münasibət çalarları öz əksini tapırdı.

Ulu Öndər Heydər Əliyev həmçinin insanların əməyinin dəyərləndirilməsinə xüsusi önəm verərək onu vahid siyasət çərçivəsində həyata keçirirdi. Bilirsiniz ki, sovetlər dövründə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında bizim çoxlu əmək qəhrəmanlarımız var idi. Və həmin insanlar Heydər Əliyevin sayəsində keçmiş SSRİ-nin ən yüksək orden və medalları, dövlət mükafatları ilə təltif olundular. Məsələn, keçmiş ittifaq miqyasında xeyli sayda azərbaycanlı Sosialist Əməyi qəhrəmanları var idi və və s.

Buna paralel olaraq həmin zəhmətkeşlərin əməyini öz yaradıcılığında əks etdirən Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının əməyi də yüksək dəyərləndirilirdi. Onlar da keçmiş Sovet İttifaqı miqyasında ən yüksək orden və dövlət mükafatları ilə təltif olunurdular. Bütün bunlar sözsüz ki, bilavasitə Ulu Öndər Heydər Əliyevin xidməti idi. Biz bu gün Bakı şəhərini gəzərkən Fikrət Əmirovun, Rəşid Behbudovun, Qara Qarayevin və digər yaradıcı insanların heykəllərini görürük. Bu qəhrəmanlar hələ o vaxt Sovet İttifaqının ən uca zirvəsində durmuş insanlar idi.

- Ulu Öndər Heydər Əliyev sovetlər dönəmində də Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirib. Sizcə, bu amili şərtləndirən səbəblər nə idi?

- Bu çox vacib məqam idi. Məsələ ondan ibarət idi ki, Heydər Əliyev gənc nəslin yüksək biliklər qazanmasına, milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Biz bəlkə də, bunun əhəmiyyətini sonradan dərk etməyə başladıq. Amma Onun birinci hakimiyyəti dövründə minlərlə gəncimiz keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərildi. Gənclər daha çox o ixtisaslar üzrə təhsil almağa göndərilirdi ki, o sahələrdə Azərbaycanda mütəxəssis çatışmırdı.

Eyni zamanda, rəssamlıq akademiyalarına, musiqi akademiyalarına, ədəbiyyat institutlarına da gənclər təhsil almağa göndərilirdi. Bunların hamısı Azərbaycan yaradıcı insanlarının əməyinin müasir çərçivədə həyata keçirilməsinə zəmin yaratdı. Bu insanlardan sonra 1960-cı illərin qəhrəmanları ortaya çıxdı. Heydər Əliyev də həmin insanları, bütövlükdə yeni təfəkkürü, yeni düşüncə tərzini müdafiə edirdi. Azərbaycanın müstəqillik ideyalarını sovetlər dönəmində ortaya qoymaq çox çətin idi. Amma bununla belə əsərlər yazılırdı, rəsmlər əsərləri yaradılırdı, teatrda səhnələr qoyulurdu. Heydər Əliyev bu teatr tamaşalarında iştirak edərək həmin insanların yaradıcılığına böyük dəyər verirdi. Bütün bunlar onların yaradıcılıq prosesinə çox müsbət təsir göstərirdi. Heydər Əliyevin gücü də bunda idi.

Müstəqillik dövründə isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni çağırışlarla müşaiyət olunurdu. Bu dövr Azərbaycanı müstəqil dövlət kimi dünyada tanıtmaq, Azərbaycan xalqının yaradıcı potensialını gücləndirmək, təkcə keçmiş Sovet İttifaqı məkanında deyil, bütövlükdə dünya miqyasında Azərbaycanın qədim tarixini, müasir mədəniyyətini təbliğ etmək, onu gücləndirmək, beynəlxalq səviyyədə gedən prosesləri tətbiq etməklə bu sahənin inkişafını təmin etməklə səciyyələnirdi. Ulu Öndər Heydər Əliyev bu məsələlərə ciddi nəzarət edirdi.

Bilirsiniz ki, hələ sovetlər dönəmində UNESKO səviyyəsində Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 600 illik yubileyi keçirildi. O vaxta qədər Azərbaycanın adı həmin təşkilatda yox idi. Düşünürəm ki, Heydər Əliyevin sayəsində UNESKO səviyyəsində keçirilən həmin tədbir məhz bu günümüz üçün də zəmin yaratmış oldu. İndi Azərbaycan UNESKO çərçivəsində özünəməxsus yer tutur, Azərbaycanın tarix, mədəniyyət nümunələri bəşəriyyət tərəfindən qorunan abidələr kimi qəbul olunub. Amma bütün bunlar üçün zəminin yaradılması, bünövrənin formalaşdırılması o vaxt Heydər Əliyevin başladığı siyasət idi. Ümummilli Liderimiz Heydər Əliyev çox tələbkar, qüdrətli rəhbər, uzaqgörən strateq olaraq bütün bunların hamısını görürdü.

Eyni zamanda, Heydər Əliyev çox insani keyfiyyətlərlə zəngin bir insan idi. O, yaradıcı insanlar arasında bəzən ortaya çıxan çətinliklər, problemlər, ziddiyyətlərin nə qədər böyük ustalıqla, səbrlə və peşəkarlıqla həll edilməsinə kömək göstərirdi. Eləcə də, onların yaradıcılıq prosesinə ciddi dəstək göstərirdi, sosial məsələlərinin həlli ilə yaxından məşğul idi. Bütün bunlarla yanaşı Heydər Əliyevin yaradıcı insanlarla şəxsi münasibətləri də yüksək səviyyədə idi.

- Ümummilli Lider Heydər Əliyevin yüksək etimad göstərdiyi şəxslərdən biri də Siz olmusunuz...

- Xoşbəxtəm ki, 1994-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevlə çalışmışam, Onun tərəfindən Gənclər və İdman naziri təyin olunmuşam. Bu mühüm vəzifənin mənə tapşırılması mənim üçün çox böyük sınaq, məktəb və etimad idi. Mən bu etimadı heç vaxt itirən deyiləm. Çünki Heydər Əliyev məktəbini uğurla keçmiş insan heç vaxt bu məktəbi yaddan çıxarmayacaq.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclər hərəkatının formalaşdırılmasına, demokratik inkişafın təmin edilməsində misilsiz xidmətlər göstərib. Bütün bunların bunların hamısı gözümüzün qarşısındadır. O vaxt gənclər hərəkatında təmsil olunan insanlar bu gün müxtəlif vəzifələrdə çalışırlar, müxtəlif ictimai hərakatlara rəhbərlik edirlər və s. Mən fəxr edirəm ki, Heydər Əliyevin siyasətinin həyata keçirilməsində zərrə qədər də olsa payım var. Bu mənim üçün çox böyük şərəfdir.

- Mədəniyyət xadimlərimiz Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən birmənalı şəkildə Onun yüksək diqqət və qayğısını vurğulayır, yeni dövrdə mədəni intibahımızın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirirlər. Bu fikirlərin ifadə etdiyi, söykəndiyi başlıca həqiqətlər nədən ibarətdir?

- Ümummilli Lider Heydər Əliyev çox dərin biliyi, dünyagörüşü, təfəkkürünün zənginliyi ilə həmişə yaradıcı proseslərə maraq göstərib. Bu ondan irəli gəlir ki, Heydər Əliyev görürdü ki, hər bir insan hansı yerdə müvəffəqqiyyət əldə etmək istəyirsə, əgər xalq inkişaf etmək istəyirsə mütləq yaradıcı qabiliyyəti yüksəlməlidir. Heydər Əliyev bu amilə önəm verməklə məhz yaradıcı insanların keyfiyyətini yüksəldirdi və bununla da bütün cəmiyyətə təsir göstərirdi. O çox müdrik siyasətçi idi. Zaman geçdikcə biz Heydər Əliyevin böyüklüyünü daha dərindən dərk edəcəyik və Onun müəyyənləşdirdiyi siyasətin xalqımıza nə qədər böyük inkişaf imkanları yaratması haqqında gələcəkdə də çox danışılacaq.

- Bu gün Prezident İlham Əliyev bütün sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirir. O cümlədən, mədəniyyət sahəsində də Heydər Əliyev siyasəti ardıcıllıqla həyata keçirilir. Bu gün Azərbaycan öz mədəni, mənəvi dəyərləri ilə uğurla inteqrasiya olunur, dünya birliyində layiqincə təmsil olunur. Siz yeni dövrdə Azərbaycanın mədəniyyət sahəsində qazandığı nailiyyətlər haqqında nə deyə bilərsiniz?

- Təbii ki, hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Qeyd etdiyim kimi Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 1970-80-ci illərində respublikaya rəhbərliyi dövründə bir çox sahələrdə gələcək inkişafın möhkəm əsasları yaradılıb, bu illərdə mədəniyyətimiz özünün intibah dövrünü yaşayıb. Mədəniyyətimizin böyük himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə diqqət və qayğısını əsirgəməyıb. Sözün əsl mənasında Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi.

2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin yüksəldilməsi ilə müşayiət olunub. Bu dövrdə iqtisadi inkişaf tempinin sürətlə artması, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sektorunun da inkişafına, bu sahədə uzunmüddətli proqramlara zəmin yaratdı.

Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi və milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunub. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri də mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət, bu sahələrlə bağlı imzalanan Fərman və sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin olub.

Eyni zamanda, yaradıcı insanlara dövlət qayğısı hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yeni bir üslübda və formada davam edir. Çünki hər bir yeni üslüb vaxta və dövrə uyğun bir dəyişikliyə məruz qalmalıdır. Amma bu siyasət davam etməkdədir. Bu yaxınlarda cənab Prezident tərəfindən yaradıcı insanlara göstərilən dəstək onu sübut edir ki, Heydər Əliyev siyasəti bu gün yaşayır və uğurla həyata keçirilir.

- Əbülfəs müəllim, bu gün Heydər Əliyevin zəngin irsi və böyük ideyaları respublikamızda dərindən öyrənilir və təbliğ olunur. Bu prosesdə Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri və rolu xüsusi vurğulanmalıdır. Bu barədə də fikirlərinizi bilmək istərdik...

- Bu gün Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev irsinə çox böyük həssaslıqla, hörmətlə yanaşılır və Ulu Öndərimizin zəngin irsi geniş şəkildə təbliğ olunur. Bu gün xüsusilə gənc nəslimiz üçün Heydər Əliyevin ideyalarının, zəngin irsinin aşılanması vacib amildir və Fond bu vəzifəni uğurla yerinə yetirir.

Eyni zamanda, Heydər Əliyev Fondu bu gün Azərbaycanın mədəniyyətinin, təhsilinin, sosial işinin aparıcı qüvvəsi kimi çıxış edir. Fondun rəhbəri Mehriban xanım Əliyeva eyni zamanda ölkəmizin Birinci vitse-prezidentidir. Təcrübə göstərdi ki, son illər onun rəhbərlik etdiyi layihələr nə qədər böyük uğurla həyata keçirilir və dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Əsas odur ki, bütün bunları xalqımız yüksək qiymətləndirir. Azərbaycan xalqı Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini əyani olaraq görür, öz həyatında hiss edir və düşünürəm ki, bu da çox vacib bir amildir. Xalqımız bu gün Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban xanım Əliyevaya göstərdiyi münasibət vasitəsilə Ulu Öndər Heydər Əliyevin adını daim öz yaddaşında uca saxlayır, Onu dərin ehtiramla yad edir və Heydər Əliyevin obrazı bu gün müasir dövrdə məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond vasitəsilə yaşamaqda, inkişafda və cəmiyyətin həyatında iştiraka davam etməkdədir.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  12-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0