Ana səhifə »  Qəzetin pdf formatı »  Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın rus dilində "Heydər Əliyev. Şəxsiyyət və zaman" ("Гейдар Алиев. Личность и эпоха") üçcildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, roman-tədqiqatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib.

Tədbirdə çıxış edən kitabın müəllifi Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsinə 2003-cü ildə Heydər Əliyevin öz xeyir-duası ilə başladığını, 2013-cü ildə isə başa çatdırdığını bildirib. O deyib ki, layihə əvvəlcə üçcildlik formatda nəzərdə tutulmuşdu, lakin sonradan altıcildlik roman-tədqiqata çevrildi. Bu illər ərzində əsər bir neçə ölkədə və bir neçə xarici dildə - ingilis, macar, türk, tacik, rus dillərində işıq üzü gördü. Bu, ikinci nəşrdir. Bu əsər Ukrayna və gürcü dillərinə də tərcümə olunub və çapa hazırlanır. Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman arxiv sənədləri və rəsmi sənədlər, Azərbaycan xalqının Ümummilli Liderinin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb.

Elmira Axundova çıxışında Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli Liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli deyib ki, təqdim olunan kitab Elmira Axundovanın çoxillik elmi, publisist fəaliyyəti nəticəsində ərsəyə gəlmiş çox sanballı bir əsərdir. Bu kitab mütaliə etdiyimiz əsərlər içərisində görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş ən mükəmməl bioqrafik roman-epopeyadır. Bu roman-epopeyanın ümumiləşdirilmiş, ixtisar olunmuş, əslində yenidən işlənmiş variantı olan üçcildlik o qədər yaradıcı düşüncə əsasında hazırlanıb ki, kitabda nəinsə ixtisar olunmasını hiss etmək mümkün deyil. Bu, Heydər Əliyev şəxsiyyətini daha da ucaldan, sözün əsl mənasında, dünya miqyasında möhtəşəm bir abidə səviyyəsinə qaldıran əsərdir.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bu əsərin üzərində böyük əmək sərf edildiyini vurğulayıb. Qeyd edib ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov üçcildliyə ön sözdə yazır: “Elmira Axundovanın bu kitabı məhəbbətdən yaranıb. Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişdirilməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə qiymətlidir”. Xalq yazıçısı, həmçinin müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Elmira Axundovanın 20 illik zəhmətinin bəhrəsi olan kitabın Moskvada rus dilində ikinci nəşri böyük əhəmiyyət kəsb edir. Kitabın rus dilində nəşr olunması rusdilli auditoriyanın Azərbaycan həqiqətləri haqqında, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin titanik fəaliyyəti, onun xalqımızın inkişafı və tərəqqisi yolunda göstərdiyi fədakar əmək barədə dolğun məlumat almasına kömək edir.

“Kanon-plyus” nəşriyyatının direktoru Yuri Bajko deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib və nəhayət, özünün ən möhtəşəm əsərini – müasir müstəqil Azərbaycanı yaradıb.

Üçcildliyin ərsəyə gəlməsində yaxından dəstək olan xaricdə yaşayan həmvətənlimiz, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Qilalov vurğulayıb ki, bu, çox sanballı əsərdir və onu diqqətlə oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır.

Qeyd edək ki, üçcildliyin birinci kitabı ("Hakimiyyət yükü altında" - "Под бременем власти") ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında məxsusi və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Nəşr Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin Prezidentin şəxsi arxivində aşkar edilən nadir sənədlərə əsaslanır. Əsərin qəhrəmanının uşaqlıq və gənclik illərindən, Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə də 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs olunur.

İkinci kitab ("Kreml beşilliyi" - "Кремлевская пятилетка" ) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi beş ili əhatə edir. Bu cilddə Heydər Əliyevin SSRİ-nin üç baş katibi - Andropov, Çernenko və Qorbaçovla münasibətlərindən bəhs olunur. Siyasi Büro daxilində münasibətlər, Heydər Əliyevin nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi qəzalar və texnogen fəlakətlər, onun xarici səfərləri, “Qorbaçov yenidənqurması”nın başlanğıcı və sonu, Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyevin istefasının əsl səbəbləri və SSRİ-nin süqutu ikinci kitabda əksini tapıb.

Üçüncü cilddə ("Qayıdış" - "Возвращение") ulu öndər Heydər Əliyevin 1990-cı ildə vətənə, üç ildən sonra isə siyasi olimpə qayıdışından bəhs edilir. Kitabda Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasını blokadada yaşayan illərdə aclıqdan və soyuqdan, həmçinin Ermənistanın işğalından xilas etməsi əksini tapıb. Eyni zamanda, Ulu Öndərin Azərbaycanda vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısının alınması, Ermənistanla uzunmüddətli atəşkəsin əldə olunması, neft strategiyası hesabına respublikanın XXI əsrə güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətindəki fəaliyyəti təsvir olunub.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0