Ana səhifə »  Qəzetin pdf formatı »  Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
A+   Yenilə  A-
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı
- Mübariz müəllim, dekabrın 12-i Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Ulu Öndərlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik...

- Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Bütün dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq Heydər Əliyevin xatirəsinə ehtiram göstərir. Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Bu fəaliyyət yeni nəslə mütləq çatdırılmalıdır. Gənc nəsl Ulu Öndərimiz haqqında məlumatları kitablardan oxuyur, televiziyalardan izləyir və s. Amma elə nəsil var ki, Onunla bir dövrdə yaşayıb, işləyib, fəaliyyətinin nəticələrini öz həyatında hiss edib. Yeni Azərbaycan Partiyasının funksioneri kimi mən Ulu Öndər Heydər Əliyevlə tədbirlərdə iştirak etmişəm, görüşmüşəm, Onun dəyərli tövsiylərini dinləmişəm.

Ulu Öndər bizim xatirəmizdə əbədi yaşayır. Elə xatirələr var ki, heç zaman yaddan çıxmaz. Mən Heydər Əliyevi ilk dəfə canlı olaraq tələbəlik illərində-1973-1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alarkən görmüşəm. O vaxtlar yeni il ərəfəsində axşam saat 7-8 radələrində Bakının mərkəzində yerləşən “Azərbaycan” kinoteatrının yanında tələbə yoldaşlarımızla gəzirdik. Kinoteatrla üzbəüz ərzaq dükanı var idi. O vaxt belə dükanlara “qostranom” deyirdilər. İlk dəfə Heydər Əliyevi orda gördüm. O vaxt Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd idi. Biz tarix fakültəsinin tələbəsi olaraq bu vəzifənin nə qədər böyük olduğunu bilirdik. Biz Heydər Əliyevin çox yaxınında dayanmışdıq. O, ətrafındakı insanlarla söhbət etdi, o cümlədən bizə də suallar verdi, təhsilimizlə maraqlandı. Bu xoş hadisəni hər zaman xatırlayıram.

Daha sonra müstəqillik illərində Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra siyasi proseslərdə iştirak və YAP-da vəzifə daşımağım Onunla görüşmək, birgə tədbirlərdə iştirak etmək, tövsiyə və tapşırıqlarını dinləmək imkanı yaratdı. Kim ki, Heydər Əliyevlə işləyib, hesab edirəm ki, bu, onun üçün ən unudulmaz xatirələrdir.

Hesab edirəm ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsl Heydər Əliyevin nəhəng fəaliyyətini, Onun zəngin irsini dərindən öyrənərək mənimsəməkdədir.

- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsini respublikamızın həyatında dönüş nöqtəsi hesab etmək olarmı?

- Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində hakimiyyətə gəlməsi Azərbaycanın həyatında dönüş nöqtəsi idi. Bilirsiniz ki, Ulu Öndər hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş ittifaq miqyasında geridə qalan respublikalardan biri idi, aqrar respublika hesab olunurdu. Amma 1969-cu ildən sonra Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycan müttəfiq respublikalar arasında öncül yerə yüksəldi. Tarixdə şəxsiyyətin rolunu heç kim inkar edə bilməz. Və Heydər Əliyev fəaliyyəti ilə bu fikri bir daha təsdiqlədi. O, misilsiz xidmətləri sayəsində 1969-1982-ci illərdə Azərbaycanı haradan haraya gətirdi. Aqrar respublika olan Azərbaycan sənaye-aqrar respublikasına çevrildi. Bu illər ərzində respublikamızda xeyli sayda böyük sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatında yüksək inkişaf baş verdi, çoxlu sayda ali məktəblər açıldı. Eləcə də, yeni, savadlı, intellektual ziyalı nəsli formalaşdı, elm, yaradıcı insanların dünya miqyasında tanınması, yüksək dövlət mükafatları ilə təltif olunmaları istiqamətində tədbirlər görüldü.

Yeri gəlmişkən, qeyd edim ki, biz bu gün böyük mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illiyini böyük təntənə ilə qeyd edirik. Amma Heydər Əliyev hələ sovetlər dövründə Nəsiminin 600 illiyi UNESKO səviyyəsində qeyd edilməsinə nail olmuşdu. Bu hadisə tarixi şəxsiyyətlərimizə sahib çıxmaq deməkdir. Yəni, Ulu Öndərimiz bütün fəaliyyəti ilə xalqımızın gələcəyi üçün böyük fədakarlıqlar göstərib.

Ulu Öndər birinci hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinin iqtisadi, ideoloji və kadr bazasını formalaşdırdı. O dövrdə özünü təmin etmək imkanı olan respublikalardan biri Azərbaycan idi. Eləc də, gənclər keçmiş ittifaq miqyasında nüfuzlu ali məktəblərdə i təhsil almağa göndərilirdi. 1978-ci ilin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmçinin ziyalılar, yaradıcı insanlar milli ruhda əsərlər yazmağa başladılar. Bütün bunlar özünəqayıdışın nümunələri idi. Bir sözlə, Ulu Öndərin bu fədakarlığı nəticə verdi və həmin baza əsasında Azərbaycan sonradan müstəqilliyə qovuşdu.

- Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci mərhələsi haqqında nə deyə bilərsiniz? Bu dövrün müasir tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir.

Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.

Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdana qədər Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi.

Heydər Əliyev müstəqil dövlətimizin təməl prinsiplərini yaradıb. Bu gün Azərbaycan həmin prinsiplər əsasında inkişaf edir. Bu təməl prinsipləri müair çağırışlara uyğun olaraq müəyyən yeniliklərə məruz qalsa da, onun nüvəsi dəyişməzdir.

- Mübariz müəllim, Ulu Öndərin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan bu dövlətin inkişaf siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın dövlət idarəçiliyində siyasi varislik anlayışı var. Siyasi varislik prinsipi Yeni Azərbaycan Partiyasının proqramında da öz əksini tapır. Bu prinsip fiziki cəhətdən şəxslərin hakimiyyətdə bir birini əvəz etməsi demək deyil. Burada söhbət dövlətin söykəndiyi təməl prnsiplərinin davam etməsindən gedir. Ona görə də, hər bir cəmiyyətdə varislik prinsipi olmalıdır. Bu prinsip pozularsa təbəddülatlar baş verə bilər.

Məsələn, Türkiyədə bu dövlətin qurucusu Mustafa Kamal Atatürkün müəyyən etdiyi pinsipləri var. Türkiyədə bir çox partiyalar hakimiyyətə gəlsə də, həmin prinsiplər təməl olaraq bu gün də qalır. Bu mənada Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər dövlətçiliyimizin təməl prinsipləridir və onu heç kim təftiş edə bilməz. Azərbaycançılıq ideologiyası, qanunçuluq, hakimiyyətin mənbəyinin xalq olması, vətəndaş həmrəyliyi təməl prinsiplərimizdir. Ulu Öndərin müəyyən etdiyi prinsiplər ölkəni daim irəliyə aparır. Prezidentimiz İlham Əliyevin siyasəti də bu təməllər üzərindədir və bu gün ölkəmiz uğurla inkişaf edir.

Bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda dünyada böyük nüfuza sahibdir. Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu amillər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də dəstək verməkdədir.

Beləliklə, bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq.

 
  • Oxunub:  2430  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0