Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir

İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir

11.12.2019 [09:37]

Məlumat verildiyi kimi, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində ötən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun olaraq konteynerlər mütəmadi qaydada yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya növbəti dəfə ezam olunmuş “Mott MacDonald” şirkətinın nümayəndəsi - tullantı menecmenti üzrə məsləhətçi Nik Uilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Bildirilib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Onların bu səfəri də nəticələri araşdırmaq və növbəti mərhələyə hazırlıqdır. Konteynerlər hər gün yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.
“Mott MacDonald” şirkətinin nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək, layihənin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildirib.
Layihənin həyata keçirildiyi Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov bildirib ki, əgər layihənin icrasının ilk vaxtlarında gündəlik 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. İyul ayından bu günədək artıq 10 monitorinq keçirilib və hər dəfə müsbət irəliləyişlər qeydə alınıb. Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun - Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da bu layihəyə cəlb olunması nəzərdə tutulur.
Qeyd olunub ki, hazırda ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir və bu layihə onun tərkib hissəsidir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də paytaxtımız üçün iqtisadi faydalar verəcək.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31