Ana səhifə »  Qəzetin pdf formatı »  Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
A+   Yenilə  A-
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb

Dekabrın 9-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində görkəmli dövlət xadimi, artilleriya general-leytenantı, sovet dövründə uzun illər Azərbaycanın rabitə naziri vəzifəsində çalışmış Hüseyn Rəsulbəyovun büstü açılıb.

Açılış mərasimində Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, abidənin qoyulduğu ərazi general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində yerləşir.

Mərasimdə büstün üzərindəki örtük tədbir iştirakçılarının alqış sədaları altında götürülüb.

Dərbənd şəhəri dairəsinin rəhbəri Xızrı Abakarov mərasim iştirakçılarını salamlayaraq, xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən danışıb.

Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıb: “Bu gün biz qədim Dərbənddə Rusiya və Azərbaycanın şərəfli oğlu, general-leytenant Hüseyn Rəsulbəyovun abidəsini açırıq. Biz tarixdə parlaq iz qoymuş Hüseyn Rəsulbəyovla fəxr edirik. O, Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçib. Bir çox döyüş əməliyyatlarının iştirakçısı olan Hüseyn Rəsulbəyov cəsarətli və qətiyyətli zabit idi. Xalqlarımız görkəmli dövlət və hərbi xadimin xidmətlərini bu gün də ehtiramla xatırlayırlar”.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, diyarşünas alim, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev Dağıstan və Azərbaycan xalqlarının qədim tarixə malik dostluq əlaqələrindən danışıb, ümummilli lider Heydər Əliyevin bu əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərini qeyd ediblər. Vurğulanıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verirlər.

Abidənin açılışının Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsinə təsadüf etdiyini vurğulayan Cəmil Əliyev Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevə müharibə iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində səylərinə görə mərasim iştirakçıları adından minnətdarlığını bildirib. “Bu gün yalnız bizim ailəmiz üçün deyil, iki qardaş xalqın həyatında əlamətdar hadisə baş verir. Əziz dərbəndlilər, Hüseyn Rəsulbəyovun xatirəsinə göstərdiyiniz yüksək ehtirama görə hamınıza minnətdaram”, - deyə akademik Cəmil Əliyev qeyd edib.

Açılış mərasimində hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinədək yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətləri xatırlanıb, həyat və fəaliyyəti barədə ətraflı söhbət açılıb.

Bildirilib ki, peşəkar hərbçi kadrların yetişdirilməsində mühüm xidmətləri olan Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu zabit və əsgərlər üçün gözəl nümunədir. Bu baxımdan onun həyat yolu, fəaliyyəti dərindən öyrənilməli, gənclər arasında geniş təbliğ olunmalıdır.

Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. 1932-ci ildə o vaxtkı Orconikidze şəhərində politexnik texnikumuna daxil olan H.Rəsulbəyov sonradan təhsilini Leninqrad Elektrotexnika İnstitutunun siqnalizasiya və rabitə mühəndisi fakültəsində davam etdirib. 1941-ci ildə isə F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasını bitirən ilk azərbaycanlı olub. Həmin il Hüseyn Rəsulbəyov Odessada Primorsk Qoşunlar Qrupuna göndərilib və hava hücumundan müdafiə qoşunlarının 15-ci briqadasının mühəndisi vəzifəsində xidmət göstərib. Böyük Vətən müharibəsi zamanı hava hücumundan müdafiə qoşunlarının tərkibindəki qərargahlarda müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibənin sonlarında isə Zaqafqaziya cəbhəsinin 99-cu hava hücumundan müdafiə qoşunları diviziyasının artilleriya rəisi olub.

Müharibədən sonra uzun illər Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə çalışan H.Rəsulbəyov mühəndis-texniki xidməti general-mayoru rütbəsi alıb, 1966-1975-ci illərdə Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı vəzifəsində xidmət edib. 1968-ci ildə nümunəvi xidmətlərinə görə ona artilleriya general-leytenantı hərbi rütbəsi verilib. H.Rəsulbəyov sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır.

Diqqətə çatdırılıb ki, 1975-ci ildə Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub.

Həmin dövrdə Azərbaycanda Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və digər mühüm obyektlər inşa edilib. Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılmasında Hüseyn Rəsulbəyovun mühüm xidmətləri var.

Görkəmli dövlət və hərbi xadim 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Hüseyn Rəsulbəyovun xidmətləri yüksək qiymətləndirilib, o, müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olan H.Rəsulbəyovun Bakıda yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Bundan başqa, Bakı Rabitə Texnikumu onun adını daşıyır. Dərbənd şəhərində doğulduğu küçəyə və təhsil aldığı məktəbə də xatirə lövhəsi vurulub. Dərbəndin prospektlərindən biri general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyır. Qusar və Xaçmaz şəhərlərində də onun adını daşıyan küçələr var.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  09-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4