Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
A+   Yenilə  A-
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun növbədənkənar parlament seçkiləri ilə bağlı Trend-ə müsahibəsi:

- Əli müəllim, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar Azərbaycanın siyasi həyatına bir canlanma gətirdi. Bu seçkiləri zəruri edən səbəblər haqqında danışmağınızı istərdik.

- Azərbaycanda son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi və genişmiqyaslı islahatlar strategiyası həyata keçirilməkdədir. Əslində, bu, Azərbaycanda bir neçə il əvvəl başlanılan iqtisadi islahatların davamı kimi də qiymətləndirilə bilər. Aparılan islahatlar nəticəsində Azərbaycanda bütün sferalarda ciddi dəyişikliklərin, ən başlıcası isə yeniləşmənin həyata keçirilməsi nəzərdə tutulur.

Doğrudur, uzun müddətdir həyata keçirilən Heydər Əliyev siyasəti nəticəsində yeni bir Azərbaycan formalaşıb, iqtisadiyyatı inkişaf edib və digər güclü dövlətçilik parametrləri müəyyənləşib. Eyni zamanda, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, həyat daim inkişaf edir və bu inkişafın qarşıya qoyduğu vəzifələr də Azərbaycanın yenidən islahatlara getməsini, müasirləşməsini tələb edir. Buna müvafiq olaraq da artıq genişmiqyaslı, həyatımızın bir çox sahələrini əhatə edən islahatlara başlanılıb.
2019-cu il bu islahatların xüsusi bir mərhələsi kimi qeyd oluna bilər. Ona görə ki, bu ildə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların dinamizmi daha da yüksəlib. Məlum olduğu kimi, artıq idarəetmə sahəsində də islahatlar aparılır. Hakimiyyətin üç qolundan ikisində islahatlar intensiv şəkildə həyata keçirilməkdədir. Mərkəzi və yerli icra hakimiyyətlərində, yəni icra hakimiyyəti qolunda həm struktur, həm də kadr islahatları aparılır. Məhkəmə hakimiyyəti sahəsində geniş islahatların həyata keçirilməsi müşahidə edilir. Beləliklə də bu islahatların dinamizminin artırılması, həm qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi, həm də bütün hakimiyyət qollarını əhatə etməklə islahatların ahəngdarlığının təmin edilməsi hakimiyyətin iki qolu ilə yanaşı, üçüncü - qanunverici hakimiyyət qolunda da islahatların aparılmasını zəruri edir.

Əgər qanunverici hakimiyyət sahəsində islahatların həyata keçirilməsinə başlanılmasa, digər sahələrdə aparılan islahatların qarşıda duran vəzifələrin Prezident İlham Əliyevin hədəflərinə uyğun həyata keçirilməsi bəlkə də müəyyən çətinliklərlə qarşılaşa bilərdi. Buna görə də sistemli şəkildə hakimiyyətin bütün sferalarını əhatə edən və nəticə etibarilə, çox möhtəşəm vəzifələrin reallaşmasına xidmət göstərən islahatların aparılması bu gün Azərbaycanda sosial sifarişə çevrilib.

Müşahidələrimiz bu fikri söyləməyə əsas verir ki, Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir və bu islahatlardan böyük gözləntiləri var. Vətəndaşlar eyni zamanda islahatların tətbiqi sferasının genişlənməsini də arzu edirlər. Yeni Azərbaycan Partiyası cəmiyyətdəki bu ab-havanı duymağa başladı və bizə daxil olan siqnallar əsasında, bu sifarişə uyğun şəkildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının məlum qərarını qəbul etdik. İstənilən halda, islahatların aparılması Azərbaycanda inkişafın sürətlənməsinə xidmət edir.

- Həmişə olduğu kimi, radikal müxalifət növbədənkənar parlament seçkilərinə də öz prizmasından yanaşır və bu seçkilərə qara yaxmağa çalışır. Sizcə, radikal müxalifət burada hansı məqsəd güdür?

- Azərbaycanın müxalifəti də rəngarəngdir və qarşıda gözlədiyimiz parlament seçkilərinə müxalifətin münasibətində də fərqli məqamlar var. Apardığımız müşahidələr və təhlillər nəticəsində deyə bilərəm ki, müxalifətdə təmsil olunan partiyaların əhəmiyyətli bir hissəsi parlament seçkilərində iştirak etmək ideyasını prinsipcə qəbul edir və yəqin ki, onlar iştirak etmək niyyətlərini də reallaşdırmağa çalışacaqlar.

Amma Azərbaycanda müxalifət içərisində bir radikal qanad var ki, onlar bütövlükdə ölkədə istənilən pozitiv hərəkətlərə, inkişafa və dəyişikliklərə fərqli bir prizmadan yanaşmağa meyl göstərirlər və buna adət ediblər. Bu fərqli yanaşmanın da mahiyyəti Azərbaycanın reallıqlarını təhrif etmək, böhtan atmaq, yalanlar uydurmaq, şayiələr yaymaq və beləliklə də Azərbaycanın dövlətçilik maraqlarına qarşı bir mövqe ortaya qoymaqdan ibarətdir.
Dəfələrlə biz radikalizmin Azərbaycanın siyasi məfkurəsində özünə yer tutmadığını və bizim üçün yad bir yanaşma olduğunu qeyd etmişik. Bütövlükdə, Azərbaycan cəmiyyətində radikalizmə yer yoxdur. Belə olan halda, mövcud olan siyasi partiyalardan bir neçəsinin radikal mövqedə dayanması insanı düşünməyə vadar edir. Radikalizm bu partiyalara kimlər tərəfindən təbliğ edilib? Və radikal mövqedə dayanmaqla həmin partiyalar Azərbaycandan kənarda olan hansı maraqlı dairələrin istəklərini və niyyətlərini ifadə edirlər? Hesab edirəm ki, bunun üzərində düşünülməlidir və təhlillər aparılmalıdır.

Həmin o radikal müxalifət parlament seçkiləri ilə əlaqədar irəliyə sürülmüş təşəbbüsə də özünün adətinə uyğun şəkildə, qarayaxma taktikası əsasında münasibət bildirməyə çalışır. Onlar bəzi hallarda çox gülməli və bəsit təfəkkürü ifadə edən arqumentlər gətirirlər ki, guya Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi təşəbbüsünün əsas səbəbi seçkilərin soyuq ayda baş tutması ilə əlaqədardır. Guya müxalifət soyuq aylarda seçkilərdən kənarda qalacaq. Bu fikri belə təfəkkürün daşıyıcısı olan Əli Kərimli səsləndirib. Bu insanın dünyagörüşü haqqında istər-istəməz düşünməli olursan və təbii ki, təəccüb edirsən ki, bu cür bəsit təfəkkürə malik olan bir insan özünü müxalifət lideri kimi təqdim etməyə çalışır.

Əslində, seçkilərlə bağlı özlərinə uyğun şəkildə ifadə etdikləri absurd fikirlərin kökündə duran real səbəb isə onların seçkilərə hazır olmamaları və sosial dayaqlarını tamamilə itirmələri ilə əlaqədardır. Seçkidə iştirak etməyin ən başlıca səbəbi siyasi partiyanın yetərincə sosial dayağa və ictimai nüfuza malik olması ilə əlaqədardır. Bu parametrlərə malik olmayan partiyaların seçkilərdə iştirak edərək hər hansı uğur qazanması qeyri-mümkündür.

Radikal partiyalar Azərbaycan cəmiyyətində sosial dayaqlarını tamamilə itirdikləri üçün Azərbaycan vətəndaşlarının onların irəli sürəcəyi namizədlərə inamları yoxdur və beləliklə də seçkilərdə iştirak etmək radikal müxalifətə hər hansı bir uğur gətirmir. Belə olan halda onların taktikası ona əsaslanır ki, seçkilərdə özlərinin mütləq uğursuzluqlarını ört-basdır etmək üçün müxtəlif bəhanələrlə seçkilərdə iştirak etməkdən imtina etsinlər. Burada söhbət sadəcə olaraq həmin partiyaların seçkilərdə iştirak etmək üçün lazım olan insani, ictimai dəstək resurslarının çatışmaması ilə əlaqədardır. Bu resursları olmadığından onlar seçkilərdə iştirak edə bilmirlər, ancaq bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar və beləliklə, yenə də adətlərinə uyğun olaraq Azərbaycan iqtidarının üzərinə qarayaxma kampaniyası ilə gəlməyə cəhdlər göstərirlər.

Boykot taktikasına gəldikdə isə əslində, bu, o zaman sözün həqiqi mənasında boykot taktikası adlandırıla bilər ki, belə çağırışlara insanlar səs versinlər və onu dəstəkləsinlər. Azərbaycanda radikal müxalifətin arxasında ictimai dayaq olmadığı üçün onların seçkiləri boykot etmək haqqında çağırışlarının ictimai əhval-ruhiyyəyə və seçicilərə hər hansı bir təsiri olmayacaq. Ona görə də onların boykot çağırışlarının qarşıdan gələn parlament seçkilərinə hər hansı bir təsir gücü yoxdur.

Əslində isə bu, onların özünün boykotu kimi qavranılmalıdır, Azərbaycan cəmiyyəti tərəfindən radikallığın boykotu kimi dəyərləndirilməlidir. Həqiqi mənada, Azərbaycan cəmiyyəti tərəfindən radikallığın ciddi bir boykotu var. Əgər siyasi partiya ölkədə keçirilən istənilən seçkilərdə iştirak etmirsə, həmin partiyanın bütövlükdə mövcud olmasının mənası və əhəmiyyəti qalmır.

- Radikal müxalifət, həmçinin, növbədənkənar seçkilərin Konstitusiyaya uyğun olmaması ilə bağlı iddialar səsləndirir

- Müxalifətin və əsasən də radikal müxalifətin guya parlamentin vaxtından əvvəl buraxılmasının Konstitusiyaya uyğun olmaması haqqında fikirlərinin də heç bir məntiqi və hüquqi əsası yoxdur. Birincisi, 2016-cı ildə Azərbaycan Respublikasında keçirilən referenduma görə, Azərbaycanın Prezidentinə müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti verilib. Bu, Konstitusiyanın 98.1-ci maddəsində özünün ifadəsini tapıb.
Orada aydın şəkildə göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

İndiki halda, Azərbaycan parlamenti deputatlarının mütləq əksəriyyəti Prezidentə müraciət edərək faktiki olaraq öz vəzifəsinə xitam verib. Beləliklə də Azərbaycanın parlamenti, qanunverici orqanı, Milli Məclisi Azərbaycan Konstitusiyasında müəyyən olunmuş, özünün həyata keçirməli olduğu vəzifələri aradan qaldırılması mümkün olmayan səbəblər üzündən həyata keçirə bilmir. Çünki kvorum yoxdur, parlamentin deputatları öz fəaliyyətlərinə xitam verməyi xahiş ediblər. Əslində, belə oluğu halda parlament Konstitusiyanın ona verdiyi vəzifələri yerinə yetirməsi üçün dediyim kimi, aradan qaldırılması mümkün olmayan səbəblər üzündən həmin vəzifələri yerinə yetirə bilmir.

Ona görə də parlamentin vaxtından əvvəl buraxılması Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğundur və bununla əlaqədar Konstitusiya Məhkəməsinin çıxardığı qərar da bu hüququn Konstitusiya maddələrinə kifayət qədər istinad edildiyini göstərir.

- Əli müəllim, Yeni Azərbaycan Partiyası namizədlərini müəyyənləşdirən zaman hansı amillərə diqqət yetirəcək?

- Hər bir seçki kampaniyasının öz xüsusiyyətləri var və indiki dövrün səciyyəsindən çıxış etməli olsaq, burada həyata keçirilən islahatlar strategiyası və onun ümumi konteksti mütləq şəkildə nəzərə alınmalıdır. Bu gün aparılan islahatlar həm də kadr dəyişiklikləri formasında özünü göstərir. Belə olan halda, müəyyən dərəcədə parlamentdə də bir dəyişikliyin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə sanki gözlənti var. Amma, eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycanda parlamentin formalaşması səlahiyyəti birmənalı şəkildə Azərbaycan vətəndaşlarına məxsusdur. Seçicilər kimlərin parlamentdə təmsil olunmasını istəsələr, onlara da səs verəcəklər və onlar da parlamentdə Azərbaycan xalqını təmsil edəcək. Seçilənlər gənc və ya orta yaşlı nəslin nümayəndəsi olacaq, bunu seçicilərin müstəsna səlahiyyəti müəyyənləşdirəcək.

Azərbaycan cəmiyyətində yeni, ləyaqətli, yüksək təhsilli, geniş dünyagörüşə malik və dərin vətənpərvərlik ruhunda tərbiyə almış gənc nəsil formalaşıb. Bu gənc nəsil Azərbaycanın inkişafına öz töhfəsini verə bilər. Biz onların imkanlarından, potensialından istifadə etməliyik. Taktikamız ondan ibarətdir ki, imkan dərəcəsində gənc insanların namizədliyini irəli sürək. Yerdə qalan məsələni isə seçicilər müəyyən edəcəklər.

 
  • Oxunub:  6330  |  
  • Tarix:  09-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4