Ana səhifə »  Qəzetin pdf formatı »  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
A+   Yenilə  A-
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsı təşəbbüsü ilə ekoloji aksiya keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir. Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mindən də çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev dekabrın 6-da keçirilən mətbuat konfransında məlumat verib. Nazir müavininin sözlərinə görə, təkcə SOCAR kollektivi aksiya çərçivəsində 100 min ağac əkib: "Onlar gəmi vasitəsilə 12 min ağacı Çilov adasına göndərib və orada əkiblər. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. Demək olar ki, tədbirimiz yüksək əhval-ruhiyyə ilə yekunlaşıb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bugünkü ekoloji aksiyanı hamını bir amal ətrafında birləşdirən tədbir adlandıraraq deyib: "Çox sevindirici və qürurverici haldır ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval-ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlər, həmçinin ictimaiyyət nümayəndələri hamılıqla bu təşəbbüsə qoşuldu. Ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir. Deyərdim ki, bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işlərin daha yaxşı təşkili, daha çox ağac əkilməsi, damcılı suvarma sistemləri quraşdırılması ilə xüsusilə fərqləndi”.

Ən kütləvi ağacəkmə aksiyalarından biri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçirilib. Buradakı aksiyada ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparat rəhbəri Vüqar Kərimov bildirib ki, Müşfiqabadda avtomobil yolu kənarında yerləşən 5 hektar ərazidə 5 mindən çox ağac əkilib.

Ekoloji aksiyada iştirak edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov dekabrın 6-nı Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırıb. Əli Əhmədov deyib: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük təsir göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. Yeni Azərbaycan Partiyası kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. Partiyanın çoxsaylı üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər”.

Ekoloji aksiyada iştirak edən Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bunu olduqca önəmli təşəbbüs, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına böyük töhfə adlandırıb. İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulmasını vətəndaş birliyinə, dövlətə, xalqa, onun maraqlarına olan münasibət kimi dəyərləndirən Bahar Muradova deyib: “Hesab edirəm ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhval-ruhiyyəmiz var. Ölkəmizə, xalqımıza “Uğurlu olsun!” deyirik”.

Müşfiqabadda Azərbaycan vətəndaşları ilə yanaşı, Bakıda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Diplomatlar AZƏRTAC-a müsahibələrində bu gün keçirilən ekolojı aksiyanın yüksək qiymətləndiriblər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü təbiətin yaşıllaşdırılması, ekologiyanın təmizlənməsi baxımından çox mühüm və vacib addımdır. Biz də bu təşəbbüsə məmnuniyyətlə qoşulmuşuq. Dünya ekoloji böhran yaşayır. Bunu aradan qaldırmaq üçün planetimizi yaşıllaşdırmalıyıq. Bu təşəbbüs sayəsində dahi Azərbaycan şairi İmadəddin Nəsimi və onun yaradıcılığı ilə tanış oldum. İnanıram ki, gələcək nəsillərə ekoloji təmiz, yaşıllıqlarla zəngin təbiət vermək üçün bu təşəbbüs mühüm rol oynayacaq.

BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti: Bir gündə 650 min ağac əkilməsi çox mühüm təşəbbüsdür. Nə qədər çox ağac əkilərsə, o qədər də çox oksigen olar. Biz bu cür təşəbbüsü çox müsbət qarşılayır və dəstəkləyirik. Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna: Belə bir əhəmiyyətli aksiyada iştirak etməkdən çox məmnunam. Düşünürəm ki, bu təşəbbüs, həmçinin Azərbaycana xas olan dəyərlərin ölkədən kənarda yayılması üçün də əhəmiyyətlidir. Bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün planetimiz üçün çox vacib təşəbbüsdür, çünki biz hamımız bir planetdə yaşayırıq. Burada və ya dünyanın hər hansı bir yerində ağac əkməklə təkcə olduğumuz yerin deyil, həm də dünyanın ekoloji sisteminə töhfə vermiş oluruq.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari: Bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının intensiv udulmasına müsbət təsir göstərəcək. Ekoloji balansın pozulması dünyanı narahat edən bir məsələdir. Bu problemin aradan qaldırılması üçün hər bir insan öz qüvvəsini sərf etməlidir. Odur ki, ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü təqdirəlayiqdir.

Azərbaycan cəmiyyətinin tanınmış simaları da bu aksiyaya ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsü ətraf mühitin qorunması, yaşıllıq zonalarının salınması baxımından çox mühüm bir addımdır. İnsanlar müasir dövrdə təbiəti qorumaq üçün böyük səy göstərməlidirlər. Hər bir kəs ən azı bir ağac əkməlidir. Əgər belə etsək, rayonlarımız yaşıllaşar, ətraf mühit sağlamlaşar.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva: Bu tədbir Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bildiyiniz kimi, bu günlərdə Madriddə İqlim dəyişmələri ilə bağlı konfrans keçirilib. Bütün ölkələrin iqlimə mənfi təsir göstərəcək səbəbləri azaltmaq öhdəlikləri var. Yaşıllıqların karbon qazını udduqlarını nəzərə alsaq, belə ağacəkmə kampaniyaları olduqca vacibdir. 650 min ağacın əkilməsi istilik effekti yaradan qazların azaldılmasına Azərbaycanın bir töhfəsidir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov: Respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çox faydalı və xeyirxah bir işdir. Təbiətə, ana torpağa məhəbbəti olan hər kəs gərək bu kampaniyadan kənarda qalmasın. Bu, ekologiyanın, ətraf mühitin qorunmasına və sağlamlaşmasına yönələn olduqca vacib bir məsələdir. Hər bir ağacın ətrafa nə qədər oksigen verdiyini, nə qədər toz-torpağın, nə qədər səs-küyün qarşısını aldığını nəzərə alsaq, bu faydalı təşəbbüsün necə böyük əhəmiyyət daşıdığını təsəvvür etmək elə də çətin deyil.

Xalq artisti Tünzalə Ağayeva: Bugünkü xoş gün - xalqımızın böyük şairinin adı ilə bağlı olan yaşıllaşdırma aksiyası, hamının elliklə bu nəcib və xeyirxah təşəbbüsə qoşulması, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşmasına yönələn tədbirdir. İlk dəfə əlimə bel götürüb ağac əkməyim yaddaşımda həmişəlik iz buraxacaq və illər keçəndən sonra da ən unudulmaz günlərdən biri kimi zaman-zaman xatırlanacaq.

X X X

Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında AZƏRTAC-ın kollektivi də iştirak edib.

Ağacəkmə aksiyası Azərbaycanın bütün regionlarında, paytaxt Bakının bütün rayonlarında yüksək əhval-ruhiyyə ilə keçirilib. Aksiyalara on minlərlə insan qatılıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ağacəkmə aksiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirərək deyib: “Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyevin doğum günündə, yəni, dekabrın 15-də böyük ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulur. Həmçinin baramaçılığın inkişafı ilə bağlı bu yaxınlarda əhaliyə 700 min tut tingi paylanılacaq və əkiləcək”.

Nazir müavini aksiyaya göstərdiyi informasiya dəstəyinə görə AZƏRTAC-a minnətdarlıq edib. O, AZƏRTAC-ın ağacəkmə aksiyası ilə bağlı xəbərləri yeddi dildə bütün dünyaya yaydığını vurğulayıb.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  06-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4