Ana səhifə »  Qəzetin pdf formatı »  Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
A+   Yenilə  A-
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib

Almaniyanın Ştutqart şəhərində yerləşən və XIX əsrə aid abidə hesab edilən “Alte Reiterhalle” zalında Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Almaniyadakı səfirliyi, fəxri konsulluğu və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbir Almaniyada təhsil alan və çalışan azərbaycanlı musiqiçilərdən təşkil olunmuş yeni yaradılan “Odlar Yurdu” Orkestrinin ifasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamının ifa olunması ilə açıq elan edilib.

Konsertdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer, Baden Vürtemberq federal əyalətinin Kənd Təsərrüfatı və Ərzaq nazirliyinin dövlət katibi, Landtaqın üzvü xanım Fridlinde Qurr-Hirş (Friedlinde Gurr-Hirsch), Ulm şəhərinin baş meri Qünter Çij (Günther Czisch) və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev çıxış ediblər.

Çıxışlarda Azərbaycanla Almaniya arasındakı münasibətlərin tarixindən, iki yüz il öncə Azərbaycana köç edən almanlardan və onların özlərindən sonra qoyduqları irsdən söz açılıb. Azərbaycan hökumətinin bu irsin qorunub saxlanılması istiqamətində atdığı addımlar haqqında məlumat verilib. Azərbaycandakı alman icmasının hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində öz deputatı ilə təmsil olunduğu diqqətə çatdırılıb, bu birgə tarixə dair geniş məruzə edilib. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Almaniyanın onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu, Azərbaycanın Qərbi Avropa regionunda ilk səfirliyinin məhz Almaniyada açıldığı qonaqların diqqətinə çatdırılıb. Ulu Öndər Heydər Əliyevin və Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin, eləcə də 2018-ci ildə Almaniya Federal kansleri xanım Angela Merkelin Azərbaycana səfərinin iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına xüsusi töhfələr verdiyi vurğulanıb. Almaniyanın Cənubi Qafqaz regionunda ən vacib iqtisadi tərəfdaşı olan Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli roldan bəhs edilib, bu yaxınlarda Türkiyənin İpsala regionunda açılışı olmuş TANAP qaz boru kəmərinin bunun bariz nümunəsi olduğu nəzərə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən siyasi-iqtisadi islahatlardan, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən söz açılıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın olduğu bildirilib.

Azərbaycanda alman dilinə böyük marağın olduğu, hər il çox sayda azərbaycanlı gəncin təhsil almaq üçün Almaniyaya gəldiyi, Azərbaycanda “DAAD” və “Göte” Mərkəzinin fəaliyyət göstərdiyi, Berlində Azərbaycan səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin təsis edildiyi diqqətə çatdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətindən, Fondun mədəniyyətimizin təşviqinə töhfələrindən və həyata keçirdiyi çoxsaylı layihələrdən geniş bəhs olunub.

Tədbirdə bədii rəhbəri Fəridə Rüstəmova olan, Almaniyada yeni yaradılmış “Odlar Yurdu” Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Səid Rüstəmov, Aqşin Əlizadə, Volfqanq Amadeus Motsart və Lüdviq van Bethoven kimi bəstəkarların əsərləri səsləndirilib. Orkestrin ifası qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə Almaniyanın Baden Vürtemberq əyalətinin ictimai-siyasi, mədəni və elmi dairələrinin təmsilçiləri, Baden Vürtemberq federal əyalətində akkreditə olunmuş diplomatik korpusun üzvləri, kütləvi informasiya vasitələrinin və Almaniyadakı diasporamızın nümayəndələri iştirak ediblər.

Konsertdən sonra iştirakçılara ziyafət verilib.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  06-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0