Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: Radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur
A+   Yenilə  A-
Əli Əhmədov: Radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində “Parlamentin yeniləşmə zərurəti və anti-Azərbaycan qüvvələrin narahatçılığı” sərlövhəli məqaləsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabr ayının 28-də keçirilən iclasında Milli Məclisin yeniləşməsinin obyektiv zərurətə çevrildiyini nəzərə alaraq tarixi əhəmiyyət daşıyan təşəbbüsünü şərh etmişdir.

Əli Əhmədov qeyd etmişdir ki, Siyasi Şura Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlara Milli Məclisin buraxılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyi tövsiyyə etmişdir. Müşahidələr bu təşəbbüsün əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini göstərir. Səbəb çox sadə və aydındır. Ölkənin həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu – məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir.

Baş nazirin müavini Əli Əhmədov daha sonra qeyd etmişdir: “İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir.

Bu mülahizələrdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adi hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilmişdir”.

Əli Əhmədov fikirlərini davam etdirərək qeyd edir: “Gətirilən misallar fonunda Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil. Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı, hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir. Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi, əslində onun məkrli niyyətindən xəbər verir. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu mənada onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda qeyd etdiyi kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşvişə salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilməsi səbəbindən həyata keçirilən genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsünə radikal müxalifətin əks çıxması da məhz bu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatçılığı onlara da sirayət edib”.

Radikal müxalifətin Azərbaycanda daim dağıdıcı və inkiaredici mövqeyindən bəhs edən Əli Əhmədov daha sonra qeyd etmişdir: “Radikalçı mövqedə dayanan və hər addımda anti-milli qruplar kimi özünü göstərən partiyaların ölkədə keçirilən seçkilərdə iştirakdan müxtəlif səbəblərlə imtina etməsinin kökündə dayanan daha bir səbəb var. Bu da onların ictimai dayaqdan məhrum olması, sosial bazasını bütünlüklə itirməsidir. Seçicilər tərəfindən dəstəklənmədiyini aydın başa düşən həmin radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa çalışır. Onlar təlaş içindədir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır və onlar küncə sıxılır. Bu isə göstərir ki, radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur”.

 
  • Oxunub:  3600  |  
  • Tarix:  02-12-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA