Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir sıra sosial təyinatlı obyektlərin tikintisi, təmiri və təchizatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon 19 min manat vəsait ayrılıb

Bir sıra sosial təyinatlı obyektlərin tikintisi, təmiri və təchizatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon 19 min manat vəsait ayrılıb

02.12.2019 [16:14]

Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılıb, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilib. Xüsusilə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılıb.

AZƏRTAC xəbər verir ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən Prezident İlham Əliyev bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat vəsait ayırıb.

Nazirlər Kabinetinə həmin Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31