Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günümüzün zərurətidir
A+   Yenilə  A-
Yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günümüzün zərurətidir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, bugünlərdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Azərbaycan parlamentinin buraxılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü necə şərh edərdiniz?

- Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təşəbbüsü bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə olunur. Qeyd etməliyəm ki, müzakirələr çox pozitivdir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü həm də ictimai fikrə söykənir. Artıq məsələ ilə əlaqədar Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar parlament rəhbərliyinə müraciət edib və məsələ bu gün parlamentdə müzakirə olunacaq.

İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2018-ci il prezident seçkilərində cənab İlham Əliyev yenidən xalqın böyük etimadını qazandı və bundan sonra ölkədə islahatların keyfiyyətcə yeni mərhələsi başladı. Bu islahatlar həm dövlət idarəetməsini əhatə etdi, şəffaf, müasir idarəetmə ilə bağlı qərarlar verildi. Bu gün birmənalı demək olar ki, Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayıb. Faktiki olaraq qarşıya qoyulan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır və bu müasirlik həm idarəetmədə, həm korrupsiyaya qarşı mübarizədə, həm vətəndaş-məmur münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və eyni zamanda ölkənin sosial rifahında, əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.

Bu islahatlar ilk növbədə özünü icra strukturlarında aparılan struktur islahatları, yeni Nazirlər Kabinetinin formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində formalaşmış şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında idi. Eyni zamanda, bilirsiniz ki, dövlətimizin başçısı bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Çünki məhkəmə sistemində həyata keçirilən islahatlar təbii ki, iqtisadi islahatlara dəstək olmalıdır.

Onu da qeyd etməliyəm ki, bütün bu illər ərzində Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunların qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf deputatlar da əsas etibarilə dövlət başçısının siyasətini dəstəkləmişlər.

Həmçinin, ötən dövrdə parlamentdə nizam-intizam gücləndirilib, 2016-cı ildə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub. Və son illər parlamentarilərin davranışlarında da çox pozitiv meyllər müşahidə olunmaqdadır. Amma bütün bunlarla yanaşı müəyyən yeniliklərə ehtiyac var.

- Bu yeniliklər nədən ibarətdir? Sizcə, parlament islahatları Milli Məclisin qanunvericilik sahəsində daha keyfiyyətli fəaliyyət göstərməsinə nə dərəcədə təsir göstərəcək?

- Etiraf etməliyik ki, bu gün parlament üzvlərinin həm qanunvericilik sahəsində, həm də islahatlara ictimai-siyasi dəstək vermək baxımından yenilənməsinə ehtiyac var. Xüsusi vurğulamaq istəyirəm ki, cənab Prezidentin məhz parlament üzvü olan şəxslərin icra strukturlarında rəhbər vəzifələrə təyin olunması da dövlət başçısının parlamentə göstərdiyi etimadın bir formasıdır.

Amma biz görürük ki, qanunvericilik prosesinin çox böyük hissəsi qanunvericilik təşəbbüsü subyekti kimi məhz cənab Prezidentin öhdəsinə düşmüş olur. Bu baxımdan, hesab edirəm ki, parlament qanunların hazırlanması prosesində daha aktivlik nümayiş etdirməlidir. Sözsüz ki, Milli Məclisdə cəmiyyətimizi, ictimaiyyətimizi təmsil edən bir çox nüfuzlu şəxslər var. Onlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini özündə ehtiva edirlər, həm gənclər, həm yaşlı nəslin nümayəndələri var. Müxtəlif sahələrin insanları var ki, səhiyyə, sosial, elm və s.sahədə çox yaxşı tanınırlar. Amma peşəkar hüquqşünasların, iqtisadçıların, xüsusilə yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günün zərurətidir. Bu baxımdan, mən hakim partiyanın məlum qərarını alqışlayıram.

Bilirsiniz ki, YAP seçkilərə həmişə uğurlu namizədlərlə gedib və məhz buna görə partiya daim seçkilərdə qalib gəlib. Amma YAP-ın bu qərarı nümunəvi bir siyasi mədəniyyətdir. Partiya növbəti seçkilərə getmək iddiasını ortaya qoymaqla həm özünə əminliyini nümayiş etdirir, həm də keyfiyyətcə yeni tələblərə cavab verən, təbii ki, həm indiki deputat korpusunda təmsil olunan, həm də partiya üzvləri olaraq digər orqanlarda çalışan insanların bu prosesə cəlb olunması ilə töhvə vermək niyyətindədir. Mən əminəm ki, YAP-ın bu qərarı parlament tərəfindən dəstəklənəcək. Məlumat üçün deyə bilərəm ki, bitərəflər də bu məsələdə öz müsbət fikirlərini bildiriblər.

- Bu məsələnin hüquqi baxımdan həlli qaydaları haqqında nə deyə bilərsiniz?

- Hüquq baxımdan 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda çox vacib məsələ həllini tapdı. Əgər o vaxta qədər yalnız parlamentin Prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyəti var idisə, referendumdan sonra Konstitusiyada Prezidentin də parlamenti buraxmaq səlahiyyəti təsbit olundu. Beləliklə, ədalətli balans yarandı. Əsas Qanunun 98-ci maddəsi qeyd edir ki, hansı hallarda Prezident Milli Məclisi buraxa bilər. Onu qeyd edim ki, bu, Prezidentin müstəsna səlahiyyətidir, hüququdur.

İndiki vəziyyətdə isə Milli Məclisdə YAP-ı təmsil edən deputatlar parlamentin buraxılması ilə bağlı müraciət qəbul ediblər. Bu addım islahatlara dəstək vermək məqsədi və xalqın etimadını yenidən qazanmaq mənasını daşıyır.

Milli Məclis də Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsinə əsaslanaraq zəruri bildiyi məsələlərə dair qərarlar qəbul etməlidir. Əgər çoxluq belə bir müraciət edibsə, demək ki, bu zəruri haldır və Milli Məclis həmin məsələyə baxıb öz qərarını qəbul edəcək. Əlbəttə ki, belə bir qərar qəbul olunarsa, növbəti mərhələdə cənab Prezident Konstitusiyanın 109-cu və 98-ci maddəsinə, o cümlədən Seçki Məcəlləsinin 145-ci maddəsinə istinadən seçkiləri təyin etmək səlahiyyətinə malikdir.

Hesab edirəm ki, bu hadisə bizim parlamentarizm tarixində ilk dəfə baş versə də, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyət nümayiş etdirməsi baxımından çox mütərəqqi haldır. Partiya özü islahatların önündə gedir, islahatları həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədridir. Müxtəlif vəzifələrə təyin olunan kadrların böyük əksəriyyəti YAP üzvləridir və əminəm ki, YAP-ın irəli sürəcəyi yeni namizədləri xalqımız dəstəkləyəcək. Ümidvarıq ki, bu namizədlər peşəkar siyasi xadimlər, hüquqşünaslar və iqtisadçılar olacaqlar,

Bu situasiya təbiidir və günün tələbidir. Heç bir halda bizim opponentlərimiz burada hansısa bir siyasi problemlərin olması ilə bağlı arqumentlərə söykənməməlidirlər. Azərbaycanda iqtidar-xalq birliyi mövcuddur və bu birliyə söykənərək YAP Siyasi Şurası belə bir qərar qəbul edib.

- Əli müəllim, radikal müxalifətin nümayəndələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?

- Bu iddiaların nə indi, nə keçmişdə, nə də gələcəkdə heç bir əsası ola bilməz. Onlar iddia edirlər ki, guya bu addım parlament seçkilərini saxtalaşdırmaq məqsədi daşıyır və s. Müxalifətin nəzərinə çatdırım ki, Yeni Azərbaycan Partiyasının seçkiləri saxtaşalaşdırmağa ehtiyacı yoxdur. Seçkilər zamanında, yəni 1992-ci ildə AXC-Müsavat cütlüyü seçkilər keçirəndə saxtalaşdırılmışdı. Ondan sonra keçirilən bütün seçkilərdə xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verib.

Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir. Biz bu qərarı qəbul etməklə həm də əminliyimizi nümayiş etdiririk. Əgər Yeni Azərbaycan Partiyası əmin olmasaydı, bu mərhələdə bu addımı da atmazdı. Partiyamız üçün istənilən bir dövrdə seçki prosesində iştirak etmək həm asandır, həm də şərəfdir. Sadəcə, yeni seçkilər əlbəttə ki, YAP-ın parlamentdə təmsil olunmuş və uğurla fəaliyyət göstərmiş insanlarını həm yenidən parlamentdə görmək iradəsini ortaya qoyur, eyni zamanda ənənəvi olaraq sıralarının gəncləşdirilməsi, həmçinin bu seçkilərdən istifadə edərək hüquq, iqtisadiyyat, sosial, politologiya sahəsində daha peşəkar insanların namizədliyinin irəli sürülməsidir.

Əminəm ki, parlament bütövlükdə bu qərarı dəstəkləyəcək və yeni parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib gələcək. Sadəcə olaraq, hazırda parlament üzvlüyünə namizədlərin seçimində günün tələbi, cəmiyyətin çağırışları daha ciddidir. Məhz bu çağırışlara adekvat olaraq bu addım atılıb.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  02-12-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA