Ana səhifə »  Qəzetin pdf formatı »  Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
A+   Yenilə  A-
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı və qarşıdakı hədəflər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Sahib müəllim, ilk növbədə, sizi Azərbaycanın şose velosipedi üzrə yığma komandasının “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanması münasibətilə təbrik edirik. Əvvəlki illərlə müqayisədə bu dəfə lisenziyanın qazanılması prosesində hər hansı dəyişikliklər var idimi?

- Təbrikinizə görə çox sağ olun. Təbii ki, Tokioya yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibində velosipedçimizin də olacağından qürur hissi keçiririk. Bu lisenziyanı qazanmaq əvvəlki illərlə müqayisədə daha çətin oldu. Məsələ burasındadır ki, əgər “Rio-2016” Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi yarışında 150 idmançı çıxış etmişdisə, Tokioda cəmi 130 şose velosipedçisi olacaq. İştirakçı sayının 20 nəfər azalması təbii ki, mübarizəni daha da gərginləşdirdi. Olimpiadaya lisenziya xalları verən yarışlar ötən ilin oktyabrından başlamaqla bir il davam etdi və bu müddət ərzində Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) üzv olan 196 milli federasiyadan 115-i bu yarışlara qatıldı. Reqlamentə görə dünya reytinqinin ilk 50 pilləsində qərarlaşan ölkələr arzuolunan lisenziyalara sahib çıxa bilərdilər. Yığma komandamızın üzvləri Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədov baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda 894 xal toplaya bildilər və komandamız dünya reytinq cədvəlində 44-cü pillədə qərarlaşaraq “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu federasiyamız üçün çox böyük uğurdur. Fürsətdən istifadə edərək həmişə olduğu kimi, bu məsələdə də bizə dəstək verən Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və bütün velosiped həvəskarlarına dərin minnətdarlığımı bildirmək istərdim.

- İdmançıların adlarını çəkən zaman bir məqam diqqətdən yayınmadı. Görünən qədərilə “London-2012” və “Rio-2016” Yay Olimpiya Oyunlarından fərqli olaraq bu dəfə dördilliyin zirvə yarışında dəvət olunmuş legioner idmançı ilə deyil, Azərbaycan velosiped məktəbinin yetirməsi ilə təmsil olunacağıq.

- Bəli, hazırda yığma komandamızın üzvlərinin hamısı azərbaycanlıdır, öz velosiped məktəbimizin yetirmələridir. Təbii ki, ilk vaxtlar biz kənardan dəvət olunmuş velosipedçilərin xidmətindən istifadə etməyə məcbur idik və inkişafa başladığımız ilk illərdə bu tamamilə normal idi. Amma illər ötdükcə, görülən işlərin nəticəsi olaraq öz yetirmələrimiz də yüksək nəticələr göstərməyə başladılar. Biz onların bir neçəsinin dünyanın tanınmış kontinental komandalarının tərkibinə salınmasına, habelə Beynəlxalq Velosipedçilər İttifaqının İsveçrədəki Dünya Velosiped Mərkəzində təlimlərə cəlb olunaraq təcrübə qazanmalarına nail ola bildik və nəticələr də özünü çox gözlətmədi. Həqiqətən də velosiped idmanında bu, bizim ilk milli Olimpiya lisenziyamızdır və son illər qarşılaşdığımız bəzi çətinliklərə rəğmən belə nəticəyə nail olmağımız bizi çox sevindirir.

- Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsinin 7 üzvündən biri kimi qısaca olaraq oxucularımıza beynəlxalq qurumlarda velosiped idmanının daha da inkişaf etdirilməsi istiqamətində hansı işlər həyata keçirildiyi barədə məlumat verərdiniz.

- Hazırda Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsində 50 ölkə tərəfindən seçilmiş, İsveçrədən olan federasiya prezidenti, Böyük Britaniya, Almaniya, Danimarka, Rusiya, Polşa ilə yanaşı, Azərbaycan da təmsil olunur və bu Avropada velosiped idmanının inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilərkən bizim ölkəmizin də mövqeyinin nəzərə alınması böyük əhəmiyyət daşıyır.

Bir neçə gün bundan əvvəl İtaliyada Avropa və Beynəlxalq Velosipedçilər Birliklərinin Direktorlar Komitələrinin birgə iclası keçirildi və həmin tədbirdə, sözün yaxşı mənasında, gərgin və səmərəli müzakirələr apardıq. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının bəzi nümayəndələrində velosiped idmanının peşəkarlaşdırılmasına yönəlmiş meyillər artmaqdadır və onların diqqəti daha çox yüksək kateqoriyalı turnirlərə, Dünya Turu səviyyəsində olan yarışlara yönəlib. Təbii ki, bu, reklam, marketinq, sponsor marağı və TV yayımdan əlavə gəlirlər cəlb edilməsi nöqteyi-nəzərindən başadüşülən addımdır. Amma Avropa Velosipedçilər Birliyinin mövqeyi belədir ki, yuxarıda qeyd olunan meyillər artarsa, digər kateqoriyalı yarışlara, xüsusilə də həvəskarlar arasında təşkil edilən turnirlərə olan böyük maraq azala bilər. Təkcə bir misalı diqqətinizə çatdırmaq istərdim. Birgə iclas ərəfəsində İtaliyada velo-kross üzrə Avropa çempionatı keçirilirdi və bu yarışda peşəkarlarla yanaşı, həvəskarlar da iştirak edirdilər, 17 yaş qrupunda, həm kiçik yaşlı idmançıların, həm də yaşı 70-dək olan velosipedçilərin gərgin mübarizəsini izləmək olduqca maraqlı idi. Onu da qeyd etmək lazımdır ki, 400-ə yaxın həvəskar iştirakçının hər biri yarışa qatılmaq üçün 45 avro ödəniş etmişdi. Tamaşaçı marağı da olduqca yüksək idi və hər gün azarkeşlər 10 avrosundan keçməklə palçıqlı yollarda (həmin günlər yarış keçirilən bölgədə leysan yağışları yağırdı və Venesiya şəhəri suyun altında qalmışdı) onlara maraqlı mübarizə təklif edən həvəskarları böyük coşqu ilə izləyirdilər. Yəni, bu, bir daha göstərir ki, beynəlxalq idman qurumları təkcə peşəkarların deyil, həm də həvəskarların marağını nəzərə almalıdır. Digər tərəfdən, kütləvilik təmin olunmadan ancaq böyük idmanın inkişafı gələcəkdə problemlərə gətirib çıxara bilər.

- Qeyd etdiyiniz məsələlərlə bağlı, yəni, velosipedin populyarlaşdırılması istiqamətində ölkəmizdə bu vaxta qədər görülən işlər sizi qane edirmi?

- Çox da uzağa getməsək belə, danılmaz faktdır ki, cəmi 10 il bundan qabaq küçələrimizdə velosiped sürən insanlara çox az rast gəlinirdi. Velosiped idmanının inkişafı ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2011-ci ildə verdiyi göstərişlərdən sonra ölkəmizdə bu sahədə də ciddi dəyişikliklər baş verməyə başladı. Ölkəmizin tarixində ilk dəfə 2012-ci ildə 23 yaşadək gənclər arasında beynəlxalq velosiped yarışı keçirildi. Növbəti il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu təşkil edildi və bu yarışın Azərbaycanın dünyada tanıdılması və ölkəmizdə velosiped mədəniyyətinin formalaşmasında böyük rolu oldu. Ardıcıl beş il ərzində keçirilən bu yarış Azərbaycanda velosipedə marağı artırmaqla yanaşı, ölkəmizi bütün dünyada bir velosiped ölkəsi kimi də tanıtdırdı. 2018-ci ildə Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirildi ki, bunun özü də çox böyük uğurdur. Ölkədə velosiped yollarının çəkilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Dövlət Proqramına salınıb və bu istiqamətdə işlər görülməyə başlayıb. Yəni, bütün bunlar hamısı bir-biri ilə sıx əlaqəlidir.

Federasiyamız müntəzəm olaraq müxtəlif yarışlar, habelə digər qurumlarla birlikdə paytaxtda və regionlarda veloyürüşlər təşkil edir ki, bu da insanların bu idmana olan marağını daha da artırır. Bu yaxınlarda Regionların İnkişafı İctimai Birliyi ilə Gəncədə keçirdiyimiz veloyürüşə min nəfərdən çox velosipedçi qatılmışdı. Azərbaycan Gənclər Fondu ilə birlikdə Biləsuvar, Şəmkir, Qazax, həmçinin Salyan və Lənkəranda keçirilən veloyürüşlərdə də regionlarda velosipedə marağın sürətlə artdığının şahidi olduq. Son illər Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin birgə təşkil etdikləri “Olympic Moves” hərəkatını xüsusi qeyd etməliyəm ki, bu layihə çərçivəsində də velosiped yarışlarına minlərlə yeniyetmə cəlb olunur. Diqqətəlayiq haldır ki, xanımlar və gənc qızlar arasında velosipedə maraq gözlənildiyindən daha artıq sürətlə artmaqdadır. Bütün bunlar göstərir ki, ölkəmizdə yeni bir reallıq, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində mövcud olan velosiped mədəniyyəti sürətlə formalaşmaqdadır.

- Qeyd etdiyiniz məsələlərin daha da səmərəli olması üçün lazımi infrastrukturun yaradılması da əsas məsələlərdən biridir.

- Əlbəttə, infrastruktur olmasa, böyük və sürətli inkişafa nail olmaq çətindir. Velosiped yolları ilə bağlı az əvvəl danışdıq və təbii ki, ölkəmizdə velosiped yollarının uzunluğu artdıqca velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı da artacaq. Bu isə həm ekoloji durumun yaxşılaşmasına, insanlar, xüsusilə gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasına, həm də velosiped idmanı ilə məşğul olanların sayının artmasına öz müsbət təsirini göstərəcək. 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən Respublika Velotrekində yüksək səviyyəli məşqlər keçmək və idmançı hazırlamaq, habelə trek yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Paytaxtımızın cənub-qərb girişində yerləşən Veloparkın da imkanları bu baxımdan kifayət qədər genişdir. Vaxtilə daş karxanalarının yerləşdiyi bu ərazidə 70-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə salınmış, sonradan baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüş park bizim xahişimiz və dövlətimizin başçısının göstərişi ilə 2013-cü ildə baza kimi federasiyamıza təhkim edildikdən sonra orada xeyli işlər görülüb. Qırx hektara yaxın ərazidə on minlərlə Eldar şamı və zeytun ağacı, çoxlu sayda müxtəlif kollar, güllər əkilib, müasir suvarma sistemi qurulub. Normal təşkil olunmuş qulluq nəticəsində 2013-cü ildə əkilən ağacların hündürlüyü hazırda 3-4 metrə çatır. Veloparkda mütəmadi olaraq iməciliklər təşkil olunur, bu tədbirlərdə Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarının, müxtəlif şirkətlərin nümayəndələri, universitet tələbələri həvəslə iştirak edirlər. Yeri gəlmişkən, həmin qurumların rəhbərlərinə, Veloparkın bugünkü vəziyyətə gətirilməsində əməyi olanların hamısına dərin minnətdarlığımı bildirirəm. Ərazidə müxtəlif yaş qruplarından olan idmançılar üçün ümumi uzunluğu 6 kilometrə çatan 4 velosiped marşrutu yaradılıb. Veloparkda müntəzəm olaraq yarışlar keçirilir, həvəskarlar orada velosiped sürməyi öyrənir, insanlar rahat şəkildə istirahət edirlər. Bir qədər əvvəl də qeyd etdiyim kimi, Veloparkın ərazisində tikilmiş, ən müasir tələblərə cavab verən beynəlxalq səviyyəli BMX stadionunda keçən il BMX üzrə dünya çempionatı keçirilib.

- 2019-cu il artıq başa çatır. Gələn il üçün əsas planlarınız nədən ibarət olacaq?

- İlk növbədə, “Tokio-2020” Yay Olimpiya Oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün hazırlıq prosesinə ciddi diqqət yetiririk. Hazırda gələn il üçün yarışların təqvimi hazırlanır və idmançılarımızı həm ölkədaxili, həm də beynəlxalq yarışlara hazırlamaq üçün lazımi işləri görürük. Kütləviliyin təmin edilməsinə nail olmaq gələn il üçün də başlıca məqsədimiz olacaq. Çalışacağıq ki, velosiped sürmək insanlarımızın həyat tərzinə çevrilsin.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  22-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6