Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı
A+   Yenilə  A-
Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları olan, ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri 2019-cu il noyabrın 17-dən 19-dək Azərbaycanda olublar. Akademik İsa Həbibbəyli 40 ilə yaxındır ki, Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi ilə məşğuldur. Böyük demokrat ədib Cəlil Məmmədquluzadəyə həsr edilmiş bir neçə monoqrafik tədqiqatın müəllifi olan, yazıçının əsərlərini dünya dillərində çap etdirən İsa Həbibbəyli onun nəslinin davamçılarının axtarışı işinə 1989-cu ildə Vətən Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetində çap etdirdiyi “Ənvəri kim tanıyır” adlı məqalə ilə başlayıb. Onun eyniadlı məqaləsi, həmçinin İranda məşhur cərrah və ictimai xadim Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” jurnalında da oxuculara çatdırılıb. Bu axtarışlardan sonra Cəlil Məmmədquluzadənin oğlu, Azərbaycan Tibb Universitetini bitirmiş Ənvər Məmmədquluzadənin (1908-1979) sovet ordusunun tərkibində hərbi həkim kimi 1942-ci ildə İrana getdiyi və geri qayıtmadığı məlum olub. Tədqiqat və axtarış nəticəsində aydın olub ki, Ənvər Məmmədquluzadə İranda Bakıda ikən ailə həyatı qurduğu Mehri Pənahpurdan ayrılıb, polyak mənşəli Zofya Bahrinovski ilə evlənib. Bu nigahdan Ənvər Məmmədquluzadənin iki oğlu: Midhət və Teymur Cavanşirilər və iki qızı Nizhət Şəcəri və İren Cavanşiri dünyaya gəlib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ünvanlarını dəqiqləşdirdikdən sonra İsa Həbibbəyli 1992-ci il yanvarın 25-də Tehran şəhərində Teymur Cavanşiri, Midhət Cavanşiri, İren xanım və onun həyat yoldaşı Əmir Hüseyn Süleymani ilə görüşüb. Bu barədə “Səhər” qəzetində məqalə çap olunub, şəkillər oxuculara çatdırılıb. Səfərdə o vaxt Naxçıvan Dövlət Universitetinin müəllimi vəzifəsində çalışan kimya elmləri namizədi Miryaqub Seyidov da iştirak edib. Həmin vaxt Məmmədquluzadə - Cavanşirilər ailəsinin adları çəkilən nümayəndələri rəsmi şəkildə Naxçıvana dəvət olunublar. Lakin bir müddət sonra Teymur Cavanşiri dünyasını dəyişdiyi üçün səfər alınmayıb. Bundan sonrakı illərdə İsa Həbibbəyli Tehranda Midhət Cavanşiri, Teymur Cavanşirinin oğlanları Şahir və Bəzrinlə görüşüb.

İsa Həbibbəyli Ənvər Məmmədquluzadənin və Teymur Cavanşirinin Tehranın Behişti Zəhra qəbiristanlığındakı məzarlarını ziyarət edib.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini öyrənmək sahəsində axtarışlarını davam etdirən İsa Həbibbəyli 1998-ci ildə Paris şəhərində yaşayan Ənvər Məmmədquluzadənin birinci nigahdan olan qızı Məhin Səqqətçiya ilə görüşüb. Görüşdə tanınmış diplomat Ramiz Abutalıbov da iştirak edib.

Akademik İsa Həbibbəyli əldə etdiyi materiallar əsasında “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” adlı elmi əsər yazıb. Həmin tədqiqat onun 1997-ci ildə çapdan çıxmış “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı kitabında özünə yer alıb. Kitabda Cəlil Məmmədquluzadənin Fransada və İrandakı nəvə-nəticələri ilə yanaşı, nəslin Polşada yaşayan davamçıları, hazırda Azərbaycana gəlmiş Martin Cavanşiri və onun İrlandiyada məskunlaşmış qardaşı Ramin Cavanşiri haqqında da məlumat verilib. Müəllif onlar haqqında məlumatları İranda dəfələrlə görüşdüyü ataları Midhət Cavanşiri vasitəsilə əldə edib. İsa müəllim 2009-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi qeyd edilərkən Martin Cavanşiri və hazırda İrlandiyada yaşayan qardaşı Ramin Cavanşirini Azərbaycana dəvət etmək üçün ölkəmizin Polşadakı səfiri Vilayət Quliyevə müraciət edib. Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyev Martin Cavanşiri ilə əlaqə qurub və onlarla danışıqlar aparıb, zəruri olan digər prosedurları həyata keçirib, lakin səfər baş tutmayıb. Midhət Cavanşiri 2013-cü ildə Tehran şəhərində vəfat etdikdən sonra onun övladları ilə əlaqə zəifləyib. “Hafiz Times” saytında 2019-cu ilin yayında Polşadakı Cavanşirilər haqqında material verildikdən sonra İsa Həbibbəyli bu saytın sahibi Hafiz Əhmədovla əlaqə yaradıb, onun vasitəsi ilə Lodz şəhərində yaşayan, orta məktəbi yenicə bitirmiş Pşemislav Cavanşirinin facebook ünvanını əldə edib. O isə atasının razılığı olmadan göndərilən suallara cavab verməkdə çətinlik çəkdiyini bildirib. Bundan sonra İsa müəllim Pşemislav Cavanşiri ilə yazışaraq, onun atası Martin Cavanşiri ilə əlaqə yaratmağa nail olub, onun və oğlunun Azərbaycana ulu babaları Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Milli Elmlər Akademiyasında keçiriləcək tədbirlərdə iştirak etmək üçün dəvət olunmalarına razılıq alıb. Bundan sonra Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənova müraciət edən İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının - Martin Cavanşirinin və oğlu Pşemislav Cavanşirinin ölkəmizə dəvət edilməsinə köməklik göstərilməsini xahiş edib. Həsən müəllim və Polşadakı səfirliyimizin digər əməkdaşları Məmmədquluzadə – Cavanşirilər ailəsi ilə dərhal əlaqə yaradıb, onların ulu babalarının vətəninə gəlmələri üçün zəruri addımları atıblar.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsinin davamçıları ölkəmizin yazıçıları və alimləri ilə birlikdə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ulu babası Mirzə Cəlilin məzarlarını ziyarət edib, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində olub, ədibin 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda, ədibin ev-muzeyinin açılışında, Ədəbiyyat İnstitutda təşkil edilən görüşdə iştirak ediblər.

İsa Həbibbəyli 2019-cu il noyabrın 18-i saat 13.30-da “Hafiz Times” saytının rəhbəri Hafiz Əhmədova telefonla zəng edərək Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında noyabrın 19-da keçiriləcək tədbirlərə dəvət edib, onun səfəri ilə əlaqədar zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib. Hansı səbəbdənsə Hafiz Əhmədov Bakıya gəlməyib.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Polşadakı ünvanlarının müəyyən edilməsində, Azərbaycana dəvət olunmasında və səfərin təşkilində xidmətləri olan ölkəmizin Polşadakı səfiri Həsən Həsənova, Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirova və “Hafiz Times” saytının sahibi Hafiz Əhmədova dərin minnətdarlığını bildirir.

İsa Həbibbəyli Hafiz Əhmədovun izləri itmiş tanınmış azərbaycanlıları axtarıb tapmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu faydalı işə dəstək verir və həmin istiqamətdə onunla əməkdaşlıq etməyin ölkəmiz üçün faydalı olduğunu bildirir.

Müxtəlif illərdə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə Tehranda və Parisdə çəkilmiş fotoşəkillər ictimaiyyətə təqdim olunur.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin nəslinin hazırda yaşayan davamçılarının ünvanlarının kim tərəfindən tapılmasından, onların ölkəmizə kim tərəfindən dəvət edilməsindən asılı olmayaraq Mirzə Cəlilin şəcərəsini təmsil edənlərin ulu babalarının vətənini ziyarət etməsi mühüm əhəmiyyətə malik ədəbi hadisədir və bu işin təşkili bizim hər birimizin borcudur.

 
  • Oxunub:  1560  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA