Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 27-ci ildönümü münasibətilə noyabrın 20-də YAP Səbail rayon təşkilatının qərargahında konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP-ın ölkəmizin ictimai-siyasi həyatında genişmiqyaslı fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Sonra partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin və 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi zamanı həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açıq elan edən YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin müasir tarixində mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və bu gün qazandığı möhtəşəm nailiyyətlərdən danışıb. O bildirib ki, YAP-ın yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycanın ən önəmli hadisələri sırasındadır. YAP təkcə Azərbaycan tarixində deyil, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər.

Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən E.İbrahimov vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar 1992-ci ilin oktyabrında Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Xalqın səsini ulu öndər Heydər Əliyevə çatdıran tanınmış ziyalıların bu müraciətinə müsbət cavab verən Ümummilli Liderin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, daha sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransından sonrakı qısa müddət ərzində respublikamızın bütün bölgələrində rayon təşkilatları yaradıldı. Xalqımız bu partiyaya məhz ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyinə görə YAP sıralarına üzv olurdular. Sevindirici haldır ki, bu gün də Heydər Əliyev ideyalarına sadiq qalan Azərbaycan gəncləri partiyaya üzv olur, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, respublikamızın inkişafına mühüm töhfələr verirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov qeyd edib ki, müasir Azərbaycan tarixinin 35 illik dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. E.Əhmədov deyib ki, ulu öndər Heydər Əliyevin sovet dövründə rəhbər vəzifədən uzaqlaşdırılandan sonra ermənilər fəallaşaraq, xalqımıza qarşı ərazi iddialarını açıq şəkildə səsləndirməyə və həyata keçirməyə başladılar. İmperiya rəhbərliyinin qərəzli siyasətinə, sovet ordusunun Bakıda 20 Yanvar qırğını törətməsinə ən sərt formada etirazlarını bildirən ulu öndər Heydər Əliyev bu dövrdə xalqımızın haqq səsini dünyaya çatdıran yeganə şəxsiyyət idi. 1990-cı ildə dahi şəxsiyyətin Naxçıvana qayıtması blokada şəraitində olan muxtar respublikanın işğaldan xilas etti.

Qeyd olunub ki, Heydər Əliyevin sovet dövründə genişmiqyaslı fəaliyyəti, Naxçıvana rəhbərliyi dövründə xilaskarlıq missiyası müstəqilliyin əvvəllərində Azərbaycanı düçar olduğu dərin böhrandan məhz Ulu Öndərin çıxara biləcəyinə dair xalqda dərin inam formalaşdırmışdı. Məhz xalqın bu inamı və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider xalqımızın müasir inkişafının dərin əsaslarını formalaşdırdı, bu sahədə qətiyyətli addımlar atdı.

YAP Səbail rayon təşkilatının fəal gənci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalan ölkə gənclərinin YAP-ın sıralarında sıx birləşdiklərini və Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Qeyd olunub ki, ölkəmizin bugünkü müasir inkişafında ölkə, o cümlədən YAP gəncləri yaxından iştirak edərək əldə olunana uğurlara öz töhfələrini veriblər.

Konfransa yekun vuran Şəmsəddin Hacıyev vurğulayıb ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin tarixində ən şərəfli hadisələrdən biridir. Ən ağır ictimai-siyasi vəziyyətdə, bütün sahələrdə dərin böhranların yaşandığı, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı vaxtda müxalifət partiyası kimi təsis olunan YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə hakimiyyətə gələrək Azərbaycanı demokratik, dünyəvi, bütün insan hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin edən mütəşəkkil siyasi qüvvəyə çevrildi.

Xüsusi vurğulanıb ki, Ulu Öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın çoxşaxəli inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində dünyanın nüfuzlu ölkələri sırasında yer alan Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.

Ş.Hacıyev bildirib ki, partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəşəkkil inkişaf yolu keçən YAP-ın sıralarında hazırda 750 min üzv var. Bu üzvlərin 44 faizini gənclərin təşkil etməsi partiyanın gələcəkdə də mühüm siyasi qüvvə olacağını deməyə əsas verir.

Tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçildiyini vurğulayaraq Akademiyanın "Qızıl ulduz" medalını ona təqdim edib.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasında partiyanın ərazi ilk partiya təşkilatının sədri olmuş Yusif Zeynalov bu sahədəki fəaliyyətinə görə təltif olunub.

 
  • Oxunub:  1410  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA