Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov
- Eldar müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur. Partiyamızın yaradılması ərəfəsində ölkəmizdə baş verən prosesləri necə xatırlayırsınız?

- Bu günlərdə 27 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi. Ancaq onlar kifayət qədər sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin.
Ölkə ziyalıları xalqın düçar olduğu bəlalardan qurtuluşunu Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. İctimai-siyasi həyatda xaos və anarxiyadan cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvini tələb edir, bu məqsədlə respublikanın müxtəlif bölgələrində mitinqlər keçirirdilər. Bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikmişdilər. Hamı Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıdışını arzulayırdı.
Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri, ziyalılar və sadə əmək adamları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın yaradılmasını günün tələbi hesab edirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi.
Bu tarixi müraciətdə ölkədəki ağır siyasi, sosial-iqtisadi, mənəvi durumun getdikcə dərinləşməsi, təbii sərvətlərin talan edilməsi və digər həyati məsələlər ziyalı yanğısı ilə önə çəkilir, vəziyyətdən xilas üçün xalqın Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu ifadə olunurdu. Ölkənin gələcəyini düşünən insanlar yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri Heydər Əliyevin bu məsələdə məsuliyyəti Öz üzərinə götürməsini istəyirdilər.
Bu müraciət “Səs” qəzetində dərc edildikdən sonra bütün Azərbaycan xalqı böyük ümidlə öz böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi. Ulu Öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşərək yaranmış vəziyyəti təhlil etdi, AXC-”Müsavat” hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir.
Heydər Əliyevin ətrafında sağlam qüvvələrin birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə İdarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib Muxtar Respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Lakin Heydər Əliyevi sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi Onu müdafiə etdi. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən çox adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi dəstə Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı.
Bu hadisə əsl dövlət çevrilişinə cəhd idi. Lakin xalq öz böyük oğlunu qorudu. Sonralar, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Ulu Öndərə qarşı silahlı müxalifət tərəfindən belə uğursuz cəhdlər olacaqdı. Ancaq xalq yenə də öz müdrik rəhbəri ilə birlikdə olduğunu nümayiş etdirəcəkdi.
Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu Öndərin o zamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.
O dövrkü iqtidar - AXC-”Müsavat” hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.

- Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan dövlətinin və xalqının həyatında nə kimi rol oynadı?

- Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Heydər Əliyev kimi böyük lideri olan partiyanın ölkənin siyasi həyatına qədəm qoyması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.
Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP öz fəaliyyətində milli maraqları hər şeydən üstün tuturdu. Bu barədə ölkə Prezidenti İlham Əliyev partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə belə demişdi: “Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır... Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik”.
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu Öndərin adı ilə bağlı olan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.
1993-cü ilin iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. Ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev bildirib: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında dövlət müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Partiyanın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş müzakirə olunaraq o dövrkü siyasi reallıqlara uyğun müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Təşkilatın strateji xətti təsbit edildi: dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, ölkədə demokratik, hüquqi dövlət quruculuğu. Qurultayda o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın Sədr müavini seçildi.
Ötən illər ərzində partiya sıralarında siyasətçilərin yeni nəsli yetişdi. 2000-ci il parlament seçkilərində cənab İlham Əliyev YAP seçki kampaniyasına rəhbərlik edirdi və noyabr ayında Milli Məclisə keçirilən seçkilərdə partiya böyük uğur qazanaraq parlamentdə böyük üstünlük əldə etdi.
YAP-ın 2001-ci il noyabrın 21-də keçirilən II qurultayında da təşkilat üçün taleyüklü qərarlar qəbul edildi. Partiyanın Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis olunmuş Sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçildi.
- Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır. Əldə olunan nəticələr, uğurlar barədə fikirlərinizi bilmək istərdik…

- Ulu Öndərin və Onun yaradıcısı olduğu partiyanın ən böyük nailiyyətlərindən biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması oldu. Böyük dövlət xadimi Heydər Əliyevin 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində deyilirdi: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir”.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq ölkə Prezidenti seçildi və partiyanın siyasi taleyində yeni dövr başladı. Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi təşkilatda siyasi irs-varislik əlaqələrini təmin etməklə yanaşı, dünyada gedən qloballaşma prosesləri fonunda ölkənin hərtərəfli inkişafı üçün geniş imkanlar açdı.
Sonralar 2008-ci və 2013-cü illərdəki prezident seçkilərində də YAP-dan İlham Əliyevin namizədliyi irəli sürüldü. Bu seçkilərdə YAP-ın prezidentliyə namizədi parlaq qələbə qazanaraq respublikanın davamlı və sürətli yüksəlişi naminə əzmkar fəaliyyətini davam etdirmək imkanı əldə etdi.
Partiya ölkə həyatında baş verən prosesləri diqqətlə izləyir. Lazım gəldikdə cəmiyyətdəki dəyişikliklərə öz münasibətini bildirir. Yeni Azərbaycan Partiyasının 2008-ci il dekabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürməsi də obyektiv qanunauyğunluqlarla şərtlənirdi. Həmin il martın 18-də keçirilmiş referendumda seçicilərin mütləq əksəriyyəti YAP-ın təşəbbüsünü dəstəklədi. Partiya 2010-cu və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə parlaq qələbə qazanaraq cəmiyyətdə böyük nüfuz sahibi olduğunu bir daha təsdiqlədi. Ötən il keçirilimiş prezident seçkilərində də partiyamızın Sədri cənab İlham Əliyev parlaq qələbə qazandı.
Ötən 27 il ərzində YAP parlament tipli partiya kimi ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hüquqi bazasının yaradılması işinə öz layiqli töhfəsini vermişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasının tərkib hissəsinə çevrilmişdir.
YAP bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi güc kimi qavranılır. Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır.
Partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi qüvvəsidir: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır”.
YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Bu gün Azərbaycanın möhtəşəm inkişafı prosesində partiyamızın üzvləri yaxından iştirak edirlər. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Hazırda partiyamızın üzvlərinin 750 min nəfərə yaxın olması da bu faktı təsdiqləyir.

- Eldar müəllim, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə şansını necə dəyərləndirirsiniz?

- Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Bu reallığı ötən illərin təcrübəsi də əyani şəkildə təsdiqləyir. Hazırda da partiyamız bələdiyyə seçkiləri kampaniyasında fəal iştirak edir. Bildiyiniz kimi, partiyamız tərəfindən yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürülüb və namizədlərin qeydiyyata alınması prosesi davam edir.

Bu seçkilərdə də YAP tərəfindən laqyiqli namizədlər irəli sürülüb. Xüsusilə qeyd edim ki, bu prosesdə gənclərə və qadınlara da üstünlük verilib. Təqdirəlayiq haldır ki, gənclərin və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi artır.

Bir sözlə, hesab edirəm ki, partiyamız qarşıdan gələn bələdiyyə seçkilərində xalqın güclü dəstəyi nəticəsində parlaq qələbə qazanacaq. Və YAP üzvləri növbəti beş il ərzində də bələdiyyələrin inkişafında və yerli məsələlərin həllində fəal iştirak edəcəklər.

 
  • Oxunub:  1380  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir

12 Dekabr 15:34
Anadolu agentliyi: “Azərbaycanın memarı Heydər Əliyev”
12 Dekabr 14:45
Azərbaycanın Xarici İşlər naziri Latviya Milli Kitabxanasında olub
12 Dekabr 14:37
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12 Dekabr 14:29
Pərvin Kərimzadə: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
12 Dekabr 14:22
Sona Əliyeva: Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir
12 Dekabr 14:21
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 14:14
Erkan Özoral: Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir
12 Dekabr 14:01
Mübariz Qurbanlı: Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır
12 Dekabr 13:57
Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
12 Dekabr 13:52
Siyavuş Novruzov: Gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
12 Dekabr 13:47
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 13:40
YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib
12 Dekabr 12:54
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil
12 Dekabr 12:51
Tural Gəncəliyev: Ermənistanın BMT Baş Assambleyasında şahmat günü ilə bağlı sənəd yayması gülüncdür
12 Dekabr 12:35
ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12 Dekabr 12:32
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub
12 Dekabr 12:27
Hikmət Hacıyev: Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi xələl gətirir
12 Dekabr 12:23
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq
12 Dekabr 12:12
Kamilə Əliyeva: Heydər Əliyev siyasi kursu, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
12 Dekabr 12:06
Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb
12 Dekabr 12:05
İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub
12 Dekabr 11:53
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12 Dekabr 11:48
Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq
12 Dekabr 11:44
Fevzi Əkrəm Terzioğlu: Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib
12 Dekabr 11:43
Turqut Altınok: Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib
12 Dekabr 11:42
Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 11:18
Ulu Öndərin ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır
12 Dekabr 11:13
İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12 Dekabr 11:03
Pavlo Movçan: Ulu öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi
12 Dekabr 10:52
Mariya Orlik: Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı
12 Dekabr 10:32
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm
12 Dekabr 10:07
Cavanşir Paşazadə: Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir
12 Dekabr 09:56
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir
12 Dekabr 09:40
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
12 Dekabr 09:36
Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 Dekabr 09:33
Ürəklərdə yaşayan dahi insan
12 Dekabr 09:28
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb
12 Dekabr 09:21
Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!
12 Dekabr 09:19
Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır
12 Dekabr 09:16
Respublikanın müxtəlif bölgələrində meyvəçiliyin inkişafı üçün zəruri tədbirlər görülür
11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+5 +8