Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib
A+   Yenilə  A-
Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə özünün rəsmi facebook səhifəsində “Azərbaycanın dünəni, bu günü və gələcəyi” sərlövhəli məqaləsində paylaşmışdır.

Əli Əhmədov qeyd etmişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin tarixində yerini məhz bu cür müəyyənləşdirmişdi. Partiyanın yaranmasından artıq 27 il keçir. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü qeyd olunacaq. Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib.”

Baş nazirin müavini məqalədə daha sonra qeyd edir: “Keçən əsrin 90-cı illəri Azərbaycanın tarixinə həm şanlı, həm də qara səhifələr kimi daxil olub. Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması, onun qara səhifəsidir. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, dərəbəylik, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi.

Yeni Azərbaycan Partiyası belə bir zamanda yarandı, onun qurucusu və lideri Heydər Əliyev ümidsizliyə qapanmış ölkəyə ümid verdi, tarixi xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ayaq üzərinə qalxdı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladı, xalq isə sözün həqiqi mənasında öz taleyinin sahibi oldu.”

Əli Əhmədov daha sonra bildirir ki, Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi və yaxşılaşması, ordumuzun qüdrətinin artması, dünya miqyasında nüfuzunun yüksəlməsi və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir: “2003-cü ildən bu yana keçən illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ağlagəlməz sosial-iqtisadi və mədəni sıçrayışı, dünyanın ən dinamik iqtisadiyyatı, ən islahatçı dövləti, çiçəklənən ölkəsi adını qazanması, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələri kimi yaddaşlara həkk olunub. Azərbaycan indi bütün yer kürəsində bu cür tanınır, sayılır və hörmət edilir.”

“Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir. Həyatımızın ən böyük neməti olan müstəqillik və təhlükəsizlik göz bəbəyi kimi qorunur. Ölkəmizin dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri olması insanlarımızın qürur və rahatlıq mənbəyidir. İnkişaf, tərəqqi, müasirləşmə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Hər yerdə inkişaf, hər yetdə yeniləşmə müşahidə olunmaqdadır. Şərəfli tarixi, parlaq bugünü ilə qürur duyan Yeni Azərbaycan Partiyasının ən böyük avantajı onun gələcəyidir. 27 il bundan əvvəl insanlarımız Azərbaycanın gələcəyini Yeni Azərbaycan Partiyasında gördükləri kimi indi də parlaq gələcəyini onunla bağlayır. Prezident İlham Əliyevə olan inam, onun siyasətinin uğurları Azərbaycanın gələcəyə doğru inamlı addımlarının sınanmış yol xəritəsidir. Bu yol bizi daha böyük nailiyyətlərə, daha firavan gələcəyə, daha qüdrətli dövlətə doğru aparır. İnamla getdiyimiz yolda qarşımıza tör-töküntülər də çıxır. Onların əksəriyyəti tariximizin qaranlıq səhifəsini təşkil edən 1992-1993-cü illərdən qalmadır, alaq otu kimi ayaqlara dolaşır. Xalqın etimadını qazana bilməyən bu zatlar böhtan atmağı, qara yaxmağı, yalan və şayiələr uydurmağı özlərinə peşə seçiblər. Heç bir işıqlı ideyaların daşıyıcısı olmamaları bir yana qalsın, cəmiyyətdə mənəviyyatsızlığın baş təbliğatçısına çevriliblər. Müasir informasiya texnologiyalarının yaratdığı fürsətdən istifadə edərək anonim şəkildə insanlara qarşı mənəvi terror təşkil edir, şəxsiyyətini və ləyaqətini aşağılamağa çalışır, sanki bundan həzz alırlar. Qeyri-ixtiyari yadıma onların natamamlıq kompleksi və bir də Azərbaycanın müasir məğrur yüksəlişində ayaqlara dolaşan o zamandan qalan törtöküntülərə 1993-cü ildə xalqın mütləq əksəriyyətinin dərin nifrəti düşür. Aradan 26 il keçməsinə baxmayaraq o nifrət hələ də unudulmayıb.

Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində qərar tutub yüksəlir. Bu sağlam kökləri isə özündə Yeni Azərbaycan Partiyası ehtiva edir. Azərbaycanın parlaq gələcəyi Yeni Azərbaycan Partiyasındadır.”-məqalədə belə qeyd olunub.

Baş nazirin müavini Əli Əhmədov məqaləsini təbriklərlə yekunlaşdırıb- “Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə başda partiyanın Sədri cənab İlham Əliyev, Sədrin müavini Mehriban xanım olmaqla, bütün təşkilat üzvlərini təbrik edir, ölkəmizin firəvan gələcəyi naminə onlara yeni-yeni nailiyyətlər arzulayıram.”

 
  • Oxunub:  3780  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir

12 Dekabr 14:37
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12 Dekabr 14:29
Pərvin Kərimzadə: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
12 Dekabr 14:22
Sona Əliyeva: Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir
12 Dekabr 14:21
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 14:14
Erkan Özoral: Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir
12 Dekabr 14:01
Mübariz Qurbanlı: Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır
12 Dekabr 13:57
Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
12 Dekabr 13:52
Siyavuş Novruzov: Gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
12 Dekabr 13:47
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 13:40
YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib
12 Dekabr 12:54
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil
12 Dekabr 12:51
Tural Gəncəliyev: Ermənistanın BMT Baş Assambleyasında şahmat günü ilə bağlı sənəd yayması gülüncdür
12 Dekabr 12:35
ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12 Dekabr 12:32
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub
12 Dekabr 12:27
Hikmət Hacıyev: Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi xələl gətirir
12 Dekabr 12:23
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq
12 Dekabr 12:12
Kamilə Əliyeva: Heydər Əliyev siyasi kursu, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
12 Dekabr 12:06
Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb
12 Dekabr 12:05
İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub
12 Dekabr 11:53
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12 Dekabr 11:48
Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq
12 Dekabr 11:44
Fevzi Əkrəm Terzioğlu: Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib
12 Dekabr 11:43
Turqut Altınok: Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib
12 Dekabr 11:42
Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 11:18
Ulu Öndərin ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır
12 Dekabr 11:13
İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12 Dekabr 11:03
Pavlo Movçan: Ulu öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi
12 Dekabr 10:52
Mariya Orlik: Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı
12 Dekabr 10:32
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm
12 Dekabr 10:07
Cavanşir Paşazadə: Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir
12 Dekabr 09:56
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir
12 Dekabr 09:40
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
12 Dekabr 09:36
Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 Dekabr 09:33
Ürəklərdə yaşayan dahi insan
12 Dekabr 09:28
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb
12 Dekabr 09:21
Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!
12 Dekabr 09:19
Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır
12 Dekabr 09:16
Respublikanın müxtəlif bölgələrində meyvəçiliyin inkişafı üçün zəruri tədbirlər görülür
11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+5 +8