Ana səhifə »  Qəzetin pdf formatı »  Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
A+   Yenilə  A-
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, Azərbaycan son illər dinlər və sivilizasiyalararası dialoqun inkişafına yönəlik bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Qeyd edim ki, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası, dövlət maraqlarını, xalqın mənafeyini, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Son illər respublikamız Prezident İlham Əliyevin birbaşa Öz təşəbbüsü və iştirakı ilə çoxlu sayda sivilizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Prezident İlham Əliyevin Sammitin açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qədim dinlərarası ənənələrindən irəli gəlir: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır...”.
Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazandıran beynəlxalq tədbirlərlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər.
- Bu tədbirlərin davamı olaraq ötən həftə ölkəmizdə keçirilən 70-dən çox ölkənin görkəmli din xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətlərinin qatıldığı Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlər ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasında mühüm amillərdən birinə çevrilib. Dünya dini liderlərinin I Bakı Sammiti, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamı olan bu Sammit də bir sıra məsələlər baxımından diqqət çəkməkdədir.
Dünya dini liderlərinin 2010-cu ilin aprelində keçirilmiş birinci Bakı Sammiti tolerantlıq prinsiplərini prioritet elan etmiş ölkəmizin bu istiqamətdə siyasətinin nümayişi üçün bir platformaya çevrilib. Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Dünya dini liderlərinin II Sammitində dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdilər.
Dünyanın ayrı-ayrı regionlarında gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışları fonunda nüfuzlu din və ictimai xadimlərin iştirakı ilə birgə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparıldı. Eyni zamanda, bu tarixi fürsətdən istifadə edilərək, Azərbaycan həqiqətləri dünyaya daha yaxından nümayiş etdirildi.
- Sammit hansı çağırışlarla yadda qaldı?
- Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi ikigünlük Sammitdə müxtəlif mövzular ətrafında önəmli müzakirələrdən sonra yekunda Bakı Bəyannaməsi qəbul olundu. Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsində Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vurğulandı. Dünyanın nüfuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səslədilər.
Bakı Sammitində yadda qalan məqamlardan biri də Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq, regional və ictimai təşkilatların, dini liderlərin terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanmasının, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər - xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırılmasıdır.
Sammitin yekununda həmçinin Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə bir daha yüksək qiymətləndirildi.
Təsadüfi deyildir ki, II Bakı Sammiti çərçivəsində keçirilən II Plenar iclasda çıxışı zamanı Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırdı. Vatikanın nümayəndəsi ölkəmizin tolerantlıq modelini “çox faydalı metod” adlandırdı. Moskva və bütün Rusiyanın patriarxı Kirill isə Bakının qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrildiyini vurğuladı.
Dövlət başçısı bəhs olunan nitqində qeyd etdiyi kimi, Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq: “Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.

 
  • Oxunub:  1230  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA