
Xarici ölkənin Azərbaycandakı səfirliyində çalışan şəxsin vergi öhdəliyi nədən ibarətdir?
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.
Belə ki, sözügedən yerlərdə çalışan şəxslərin əməkhaqqından vergilər 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcəsi ilə vergi hesablanır.
- Oxunub: 1470 |
- Tarix: 19-11-2019 |
-
Çap et |