Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

Azərbaycanın və Şimali Qafqaz respublikalarının yüksək səviyyəli rəsmilərinin və din xadimlərinin müntəzəm xarakter alan görüşləri, həmçinin sıx qarşılıqlı əlaqələri artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilinə çevrilib
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. Qəbulda müzakirə edilən məsələlərin spektri kifayət qədər geniş olub. Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadiminin bu günlərdə Bakının böyük uğurla ev sahibliyi etdiyi ikigünlük Dünya dini liderlərinin ikinci Zirvə görüşündə geniş tərkibdə iştirakını yüksək dəyərləndirib. Azərbaycanın Rusiya ilə, o cümlədən də bu ölkənin Şimali Qafqaz respublikaları ilə əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Çox şadam ki, Şimali Qafqaz respublikalarının dini liderləri Azərbaycanda tez-tez qonaq olurlar. Artıq uzun illərdir ki, biz görüşür, söhbət edir, dinlərarası dialoq, təhsil, Qafqazın dini liderlərinin qarşılıqlı əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə edirik. Hesab edirəm ki, bizim görüşlərimiz və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir”, - deyə qeyd edib.
Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasətinin prioritetləri hər kəsə bəllidir - respublikamız özünün imkanlarını təqdim edərək ölkələr və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyin və etimad mühitinin möhkəmlənməsinə daim yeni töhfələr verməyə çalışır. O cümlədən respublikamızın xarici siyasətinin prioritetləri sırasında regional əməkdaşlığın dərinləşdirilməsi, qonşularla münasibətlərin xoş məram əsasında inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyev belə bir fikri dəfələrlə vurğulayıb ki, hər bir ölkənin uğurlu inkişafı qonşularla münasibətlərdən çox asılıdır. İşğalçı Ermənistanın nümunəsindən də bəlli olduğu kimi, özünü qonşulardan, regional əməkdaşlıqdan təcrid etmiş hər hansı bir dövlətin inkişafla bağlı perspektivi yoxdur. Azərbaycan isə qısa müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə yüksək səviyyəli siyasi-iqtisadi münasibətlər qurmağa nail olub.
Deyilənlər baxımından, Azərbaycanın şimal qonşusu Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən də Şimali Qafqaz respublikaları ilə münasibətləri də səciyyəvidir. Azərbaycan xalqı ilə Şimali Qafqaz respublikalarında yaşayan xalqları tarixdən gələn ənənələr birləşdirir. Əsrlər boyu bu xalqlar mehriban qonşular olublar, tarixin sərt sınaqlarına birlikdə dözüblər, yadelli düşmənlərə qarşı birgə mübarizə aparıblar. Qafqaz xalqlarının mədəniyyəti, məişəti, ailə dəyərləri, bütövlükdə yaşam fəlsəfəsi bir-birinə çox yaxındır. Təsadüfi deyil ki, bu xalqların nümayəndələri heç bir məhdudiyyətdən çəkinmədən ailə münasibətləri qurur, xeyirdə, şərdə həmişə bir yerdə olurlar. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlər boyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır”.
Qafqaz xalqları arasında əməkdaşlıq əlaqələri müxtəlif istiqamətləri əhatə edir. Dövlət başçımız xüsusi olaraq vurğulayıb ki, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Məlum olduğu kimi, həm Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Azərbaycanın din xadimləri, həm də Şimali Qafqazın din xadimləri daim sabitliyə, sülhə və əməkdaşlığa çağırış edirlər. Onların çağırışları, bir qayda olaraq, insanların qəlbində əks-səda doğurur. Din xadimlərinin belə fəaliyyəti yüksək qiymətə layiqdir. Yeri gəlmişkən, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin Fərmanı ilə Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev Azərbaycanın yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilib. Qeyd edək ki, bu orden öz fəaliyyətləri ilə xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verən xarici ölkə nümayəndələrinə təqdim edilir. Prezident İlham Əliyev “Dostluq” ordenini Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevə təqdim edib.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Şimali Qafqaz respublikalarının din xadimləri bu günlərdə Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Zirvə görüşündə fəal şəkildə iştirak ediblər. Ümumiyyətlə, bəhs olunan Zirvə görüşünə qatılan qonaqların təmsil etdikləri ölkələrin coğrafiyası kifayət qədər genişdir. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak ediblər.
Azərbaycan və Rusiya prezidentlərinin sıx qarşılıqlı fəaliyyətləri hər iki ölkənin xalqları üçün çox vacib amildir
Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Azərbaycan və Rusiya həm qonşular, həm də mehriban dostlardırlar. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Ümumiyyətlə, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər.
Bu gün Azərbaycanla Rusiya arasında çox sıx ticari-iqtisadi münasibətlər mövcuddur. Cari ilin əvvəlindən ölkələrimiz arasında əmtəə dövriyyəsi 20 faiz artıb. Statistik məlumatlara diqqət yetirdikdə aydın olur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Bu ölkə qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları sərmayə yatırıb.
Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb.
Eyni zamanda, Azərbaycan qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Respublikamız Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib.
İki ölkə arasında iqtisadi əlaqələr nəqliyyat və enerji sektorlarında da uğurla inkişaf edir. Azərbaycan və Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında birgə səy göstərirlər. Hər iki ölkədə bu dəhlizin funksionallığını artırmaq məqsədilə müasir infrastruktur qurulur. Hazırda Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsində Rusiya şirkətləri də aktiv şəkildə iştirak edirlər. Bu ölkəyə məxsus “Qazprom”, “Transneft” və “Lukoyl” kimi şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərirlər.
Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə 4, 2019-cu ildə isə 2 görüşü baş tutub. Dövlət başçılarının müntəzəm xarakter alan görüşləri ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və regiondakı vəziyyətə öz müsbət təsirini göstərir. “Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda - ötən ay Soçidə görüşüblər. Azərbaycanın dövlət başçısı Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak edib. Həmin səfər çərçivəsində Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub. Prezident İlham Əliyevin xatırladığı kimi, müzakirələrdə dövlət başçıları tərəfindən münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər salınıb və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyindən məmnunluq ifadə olunub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2370  |  
  • Tarix:  19-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6