Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub

İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub

18.11.2019 [22:19]

Noyabrın 17-də İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub. “Azərbaycan, mədəniyyət və turizm” mövzusunda efirə getmiş 15 dəqiqəlik veriliş zamanı ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat verilib, Azərbaycanın multikulturalizm və dini tolerantlıq nümunəsi kimi fərqləndiyinə diqqət çəkilib.

Verilişdə inkişaf, müasirlik, təbiət və müxtəlifliyin Azərbaycanın cəlbedici xüsusiyyətlərindən yalnız bir neçəsi olduğu qeyd edilərək, respublikamızın mədəniyyət və dinləri, Avropa və Asiyanı özündə birləşdirən əsrarəngiz bir ölkə olduğu vurğulanır. Azərbaycanda müasirlikdən bəhs edərkən Bakı şəhərinə xüsusi diqqət ayrılır və gözəlliyi ilə insanı valeh edən bu şəhərin Qərbi Avropanın böyük şəhərlərindən heç nə ilə geridə qalmadığı bildirilir.

Eyni zamanda, Azərbaycan istirahətin və sülhün məkanı kimi qələmə verilir və izləyicilər “Qafqazda xəzinə” adlandırılan bu ölkəyə səfər etməyə dəvət olunurlar.

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31