2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16.11.2019 [12:12]
Azərbaycan Gimnastika Federasiyası üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq. Belə ki, növbəti ildə federasiya tərəfindən dünya və Avropa çempionatları da daxil olmaqla 8 beynəlxalq yarış təşkil ediləcək.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, ilk olaraq beynəlxalq yarışlara batut gimnastikası və tamblinq üzrə lisenziya xarakterli dünya kuboku ilə start veriləcək. Fevralın 15-16-da keçiriləcək yarışda ilkin qeydiyyat siyahısına əsasən, artıq 26 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 238 gimnastın iştirakı gözlənilir.
Martda Milli Gimnastika Arenasında baş tutacaq növbəti yarışlar isə kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir və “Tokio 2020” Yay Olimpiya Oyunlarına daha bir lisenziya xarakterli yarış – idman gimnastikası üzrə dünya kubokudur. “AGF Junior Trophy” turniri martın 7-8-də, dünya kuboku isə 1 həftə sonra – martın 12-15-də təşkil ediləcək.
İlkin qeydiyyat siyahısına əsasən dünya kubokunda iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Bu yarış üçün 321 gimnastın Bakıya təşrif buyuracaq.
Bədii gimnastika üzrə yarışlar isə ənənəyə uyğun olaraq aprel ayında keçiriləcək. Aprelin 17-19-da Bakıda ilk dəfə Yana Batırşinanın mükafatları uğrunda bədii gimnastika üzrə 7-ci açıq turnir, aprelin 24-26-da isə bədii gimnastika üzrə ənənəvi dünya kuboku təşkil olunacaq.
Bədii gimnastika üzrə ənənəvi dünya kubokunun iştirakçıları da Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bu yarış üzrə ölkələrin ilkin iştirak siyahısı isə dekabrda bəlli olacaq.
Mayda Azərbaycan daha irimiqyaslı beynəlxalq yarışlara ev sahibliyi edəcək. Aerobika gimnastikasının ölkəmizdə 2013-cü ilin sonlarından etibarən inkişaf etdirilməsinə baxmayaraq, bu növ üzrə Dünya Yaş Qrupu Yarışları (8-10 may) və dünya çempionatının (14-16 may) təşkili 2020-ci ildə məhz Azərbaycana həvalə olunub. Xatırladaq ki, 2019-cu ilin may ayında ilk dəfə olaraq Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı uğurla keçirilmişdi.
Mayın 27-31-də ölkəmizdə ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatı təşkil ediləcək. Qitənin ən güclü idmançılarının toplaşacağı bu yarış da iki ay sonra baş tutacaq Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarına vəsiqə qazandıracaq son yarış olacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27